Məhkəmə qərarları › İş №2(007)-3618/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3618/2021

10.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3618/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X20 Mirzəyevin sədrliyi X7 Qurbanovun katibliyi İddiaçı,onun vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinə,”Nəzrin-E”MMC-nə Cavabdeh2 və DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,özəlləşmənin etibarsız hesab edilməsi və torpaq sahələrinin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinə,”Nəzrin-E”MMCnəCavabdeh2 və DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,özəlləşmənin etibarsız hesab edilməsi və torpaq sahələrinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli, 751 saylı sərəncamının 54-cü maddəsinə əsasən Nizami rayon İH-nə etdiyi xahişi təmin edilmiş və "xxxx" Elmi-İstehsalat Müəssisəsinin «Maral» Bakı şöbəsinə Bakı şəhər İHB-nın 12 dekabr 1991-ci il tarixli, 153 saylı sərəncamına əsasən Nizami rayonu Naxçıvanski küçəsində bulvar üçün ayrılan ərazidə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti üçün torpaq sahəsi ayrılıb. Bundan sonra ümumi sahəsi 7752,8 kv. metr olan həmin ərazidə o, abadlıq işləri aparmağa başlamış, kənd təsərrüfatı məhsullarının topdan satış ticarət mərkəzini yaratmışdır. Bu minvalla o, 2002-ci ilə qədər həmin kənd təsərrüfatı məhsullarının topdan satış ticarət mərkəzini işlətmiş, yəni həmin mərkəzi icarəyə vermişdir. 1999-cu ildən 2002ci ilə qədər olan müddət ərzində X14 həmin mərkəzdə müəyyən sahəni ondan icarəyə götürüb, işlədirdi. İcarədarlardan bəziləri, o cümlədən Səfərov Cəfər,onun işləməsinə mane olurdular, buna görə də 1999-cu ildə o, polisə və vergi idarəsinə müraciət edərək, fəaliyyətinin dayandırılması barədə məlumat vermişdir. Onun işinə maneçilik törədən əslən Cəlilabad rayonundan olan Cəfər Səfərov və onun dəstəsi idi. Onlar da Fərhad və Rafiq Əliyev qardaşlarına arxayın idilər. 2002-ci ilin aprel ayında Cəfər Səfərovla aralarında növbəti dəfə mübahisə olan zaman oraya Rafiq Əliyev öz avtomaşını ilə gəldi. Sonuncunun rəhbərliyi altında 50-60 nəfər əslən Cəlilabad rayonundan olan şəxslər onun ofisinə hücum çəkib, iş otağını darmadağın etdilər, seyfini sındırıb, bütün sənədləri götürdülər, özüü, qardaşı X8 və işçilərini döyüb, oradan qovdular. Rafiq Əliyevin göstərişi ilə yeganə təsisçisi olduğu "xxxx" müəssisəsinin bazasında məcburiyyət qarşısında Cəfər Səfərovla "xxxx" tam-ortaq müəssisə yaratılar. Həmin vaxtdan etibarən o, müxtəlif dövlət orqanlarına müəssisəsinin əlindən qanunsuz alınmasına dair çoxsaylı şikayətlər edirdi, lakin heç bir müsbət nəticə əldə edə bilmədi. Əksinə, onun şikayət etdiyini görən Cəfər Səfərov və onun qardaşları qardaşı Əsrəddin Əsədovu evindən oğurlayıb, aparıb «Yeganə» şadlıq evində saxlayırdılar. Eyni zamanda onun mənzilindən 12 karatlıq kolyeni və 123000 ABŞ dolları pulu oğurlamışdılar. Həmin vaxt ona telefonla Mamed adlı şəxs zəng edib bildirdi ki, qardaşın Əsrəddini azad etmək üçün 1 milyon dollar ödəməlsən. O,həmin şəxsə dedikdə ki, Sizin adamlarınız mənzilimdən 400000 ABŞ dollarlıq dəyərində əmlakımı oğurlayıblar, onda Mamed dedi ki, 600000 dollar verərsən, qardaşını azad edərik. Eyni zavanda Mamed dedi ki, Cəfər Səfərovun dediklərinin hamısına əməl etməlisən. Bundan sonra o, Cəfər Səfərova 600000 ABŞ dolları Dərnəgül yolunda Eyyub- Petrol yanacaq doldurma stansiyasında vermişdir.Bundan 2 saat sonra qardaşı Əsrəddini azad etmişlər. Bildirmək istəyir ki, 600000 ABŞ dollarını Cəfər Səfərova verəndə tək olmamışdır, onunla birlikdə keçmiş müavini Fərəməz Əliyev də var idi. Bundan sonra, 2005-ci ilin dekabr ayına qədər onu ticarət mərkəzinə buraxmırdılar, ona vəsait vermirdilər, ümumiyyətlə, onu həmin ticarət mərkəzindən kənarlaşdırmışdılar. 2005-ci ilin ikinci yarısında eşitdi ki, Fərhad Əliyev həbs edilib, buna görə MTN-ə şikayət etdi, şikayəti nazir müavini Hilal Əsədovun adına ünvanladı. Elə həmin gün onu generl Hilal Əsədovun qəbul otağında Akif Çovdarov qəbul etdi, bütün sənədləri ondan götürdü və o, bütün əhvalatı ona danışdı.O, orada olduğu zaman Cəfər Səfərovu və qardaşlarını oraya gətirdilər, onları da dinlədilər və Cəfər Səfərov bildirdi ki, obyekti ona qaytarmağa hazırdı, lakin, Çingiz 300000 ABŞ dolları ödəməlidir. Məcburiyyət qarşısında qalıb bu təkliflə razılaşdı. 24 dekabr 2005-ci il tarixdə onlar, yəni o, Akif Çovdarov, Cəfər Səfərov, Qulu Səfərov və Cavabdeh2 Bakı şəhəri İnşaatçılar prospektində yerləşən 12 saylı Dövlət Notariat Kontorunda görüşüb, obyektin alqı-satqısı barədə müqavilə imzaladılar. X15yınatası olan Cavabdeh2 bildirdi ki, sənin obyektim onlara keçir,qaytarılmır.O, qorxduğu üçün bütün sənədləri imzaladı və beləliklə 300000 ABŞ dolları Cəfər Səfərova ödəyərək, obyekti alqısatqı müqaviləsinə əsasən keçirdi Elşən Hüseynov və Cavabdeh2 adlarına. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(093)-10/2017 saylı hökmü ilə X6 və qeyriləri Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildilər. Həmin hökmlə zərərçəkmiş şəxs X9 təqsirləndirilən şəxs X3 qarşı verdiyi mülki iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən ticarət və xidmət sahəsi onun, sonradan isə "xxxx" müəssisəsinin mülkiyyətinə verilməsinə dair müvafiq olaraq 12.12.1995-ci il tarixli 26985 saylı qeydiyyat şəhadətnaməsi və 28.02.2001-ci il tarixli 000788 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə, eləcə də həmin ticarət və xidmət sahəsinə aid 2001-ci ildən 12.11.2013-cü il tarixədək olan bütün əqdlər: -"xxxx" müəssisəsinin təsisçisi İddiaçı 02.04.2002-ci il tarixli 0102-A1-340 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçib, özünə məxsus 50% payı alıcı X11 684.000.000 manata satmasına dair notarial qaydada təsdiq olunmuş 24.07.2002-ci il tarixli alqı-satqı müqaviləsi; -X9 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini 276.000 manata alıcı İddiaçı, yəni ona, satmasına dair notarial qaydada təsdiq olunan 06.01.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X2 dair notarial qaydada təsdiq olunan 07.02.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X5 Cavabdeh3 MMCnin kapitalında ona məxsus olan 50% payın X16 20 manat məbləğinə satmasına dair notarial qaydada təsdiq olunan 12.11.2013-cü il tarixli 3M/346 nömrəli reyestrdə qeydə alınan müqavilə, - etibarsız hesab edildi və rəsmi olaraq X17, faktiki olaraq isə məhkum Akif Çovdarova məxsus olan yuxarıda qeyd edilən ünvanda, 1118,9 kvadrat metr sahədə yerləşən ticarət və xidmət sahəsinin 50% payı, cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5. maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmalı, mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Güclü təsir altında imzaladığı alqı-satqı müqasiləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyi halda nəyə görə ona məxsus olan obyekt dövlətin nəfinə müsadirə edilməlidir? Onun barəsində ittiham hökmü çıxarılmayıb.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Buna gönə də hesab edir ki, alqı-satqı müqaviləsi bağlanana qədər mülkiyyətində olan əmlak özünə qaytarılmalıdır. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsi onun mülkiyyətində olub, 06 yanvar 2006-cı il tarixdə Bakı şəhəri 12 saylı DNK-da alqı-satqı müqaviləsinə əsasən təsir altında, məcburiyyət qarşısında tərəfindən Elşən Hüseynova və Cavabdeh2 satılıb. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1 (093)-10/2017 saylı hökmü ilə həmin alqı-satqı müqaviləsi yalnız cavabdeh Elşən Hüseynova satılması hissəsində etibarsız hesab edilib.Əgər alqı-satqı müqaviləsinin bir hissəsi etibarsız hesab edilirsə digər hissəsi necə qüvvədə qala bilər? Axı həmin alqı-satqı müqaviləsinə əsasən o, guya könüllü olaraq mülkiyyətində olan bazarı MTN generalı Akif Çovdarovun qonşusu Elşən Hüseynova və MTN generalı Hilal Əsədovun qayınatası olan Cavabdeh2 satmışdır. Hökmə görə isə E.Hüseynova «könüllü» satdığı, mülkiyyətimdə olan sahəsi 1118,9 kv. metr təşkil edən əmlak kompleksinin 50% payı cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb. Axı bu əmlak onun mülkiyyətimdə olub və o, heç bir cinayət törətməmişdir. Nəyə görə onun əmlakı olmuş bazar müsadirə olunmalıdır? Həmin əmlakın digər 50%-nə gəldikdə isə başa düşmür nəyə görə həmin 50% pay Cavabdeh2 mülkiyyətində qalmalıdır?Yuxarıda adı çəkilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1992-ci il tarixli, 751 saylı sərəncamının 54-cü maddəsinə əsasən ümumi sahəsi 7752,8 kv. metr ərazi təsisçisi olduğu "xxxx" Elmi-istehsalat müəssisəsinin «Maral» Bakı şöbəsinə ticarət-məişət və mədəni təyinat üzrə layihələndirmə və tikinti üçün ayrılıb. Bunun 1118,9 kv. metr ərazisi meyvə-tərəvəz bazarı altındadır. Bəs ona verilən qalan torpaq sahəsi nəyə görə özünə qaytarılmır? Sadə hesablama yolu ilə müəyyən edilir ki, təsisçisi olduğu "xxxx" MMC- yə ayrılan 7752,8 kv. metrdən 1118,9 kv. metr çıxdıqda 6633,9 kv. metr qalır. Bəs bu 6633.9 kv. metr sahənin taleyi necə oldu? Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən sorğusa cavab olaraq 17 may 2021-ci il tarixli, **********76 saylı məktubdan görünür ki, tikinti-quraşdırma işləri başa çatan obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 14.05.2007ci il tarixli aktı ilə Cavabdeh3 MMC-nin adına ünvan 1 ünvanda yerləşən 4198,5 kv.m. əmlak kompleksinə dair 06.07.2007-ci il tarixli 000362 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilib. 1 saylı Bakı Ərazi idarəsinə - hansı qəbul komissiyasıdır, 4198,5 kv. m əmlak kompleksi hansı sənədə əsasən özəlləşdirilib və mülkiyyət hüququ haqqında şəhadətnamə nəyə əsasən verilməsinə dair sorğu təqdim etdikdə ona şifahi bildirdilər ki, bu suallara cavab verə bilməyəcəklər, onlarda bu suallara cavab yoxdur. Bu halı da qanuni hesab etsələr belə, 7752,8 - 1118,9 - 4198,5 = 2435,4 kv. metr alınır. Bəs bu ərazi kimdədir? Hesab edir ki,onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini Cavabdeh2 satmasına dair notariat qaydada təsdiq olunan 07.02.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməli,Cavabdeh3 MMC tərəfindən özəlləşdirilən 4198,5 kv. metr əmlak kompleksi qanunsuz hesab edilərək, mənə qaytarılmalı və qalan 2435,4 kv. metr ərazi də mənə qaytarılmalıdırlar.Qeyd olunanlara əsasən onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X1 dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq olunan 07.02.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsi onun mülkiyyətinə qaytarılması, Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv. metr olan əmlak kompleksinin özəlləşdirilməsi qanunsuz hesab edilməsi və ona qaytarılması,qalan 2435,4 kv. metr ərazinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etmədi və izahat verərərək göstərdi ki,İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, 2005-ci ildə MTN-nin nazir müavini Hilal Əsədovun adına şikayət ünvanlayıb və şikayətində ünvan 2118,9 kv.m. olan ticarət və xidmət sahəsini Cəfər Səfərov və qardaşları tərəfindən qanunsuz ondan alınması barədə məlumat verib. 24 dekabr 2005-ci il tarixdə Çingiz Əsəsdov, Akif Çovdarov, Cəfər Səfərov, Qulu Səfərov və Cavabdeh2 Bakı şəhəri İnşaatçılar prospektində yerləşən 12 saylı DNK-da görüşüb, obyektin alqı-satqısı barədə müqavilə imzalayıblar. Həmin gün 1118,9 kv.m-dən ibarət olan obyekti onun mülkiyyətində qaytarılıb. Lakin X15ynatası Cavabdeh2 ona bildirib ki, həmin obyekti onun adına keçirilməlidir və İddiaçı qorxudan bütün sənədləri imzalayaraq və 300000 ABŞ dolları Cəfər Səfərova ödəyərək, obyekti alqı-satqı müqaviləsinə əsasən Elşən Hüseynovun və Cavabdeh2 adına keçirdib. Sonra Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 1(093)-10/2017 nömrəli hökmü ilə X6 və qeyriləri Azərbaycan Respublikası CM-nin 145.3; 179.3.1; 179.3.2; 182.3.1; 182.3.2; 311.3.1; 311.3.3;311.3.4 maddələri ilə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Həmin hökmlə zərərçəkmiş şəxs X9 təqsirləndirilən şəxs X3 qarşı verdiyi mülki iddia qismən təmin edilib, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən ticarət və xidmət sahəsinin 50% payı, cinayət yolu ilə əldə edilən əmlak kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb. Hazırda İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsini Cavabdeh2 və X1 dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq olunan 07.02.2006-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsinin onun mülkiyyətində qaytarılması xahiş edir. İş materiallarndan görünür ki, İddiaçı ilə Cavabdeh2 və X12 arasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m.olan ticarət və xidmət sahəsinə dair AN-1 ******* alqı-satqı müqaviləsi Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda 07.02.2007-ci il tarixdə bağlanılıb. Hesab edir ki, İddiaçı yuxarıda qeyd edilən əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyəm olunmuş prosessual müddəti buraxıb. Qeyd olunanları və iddiaçı tərəfindən qanunla müəyyən olunmuş prosrssual müddətin buraxıldığını nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. 04 noyabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Nəzrin-E” MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki,hüquqlarını müdafiə etdiyi Cavabdeh3 MMC vicdanlı alıcıdır. Qanunvericiliyin tələbinə uyğun olaraq ödənişini edib alqı-satqı rəsmiləşdirilib və hüquqlarını müdafiə etdiyi müəssisənin adına mülkiyyət sənədi verilib. Buna görə də, hesab edir ki, iddia tamamilə əsassız olduğundan rədd olunmalıdır. Həmin tarixli məhkəmə iclasında Nəzrin-E” MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməmiş və izahat verərərk göstərmişdir ki, 2006-cı ildən Cavabdeh3 MMC-nin mühasibi vəzifəsində işləyir.Həmin ilin mart ayında alqı-satqı olub, Ənvər və Elşən sözü gedən sahəni Çingizin etibarnaməsi ilə pulu tam şəkildə ödəyərək alıb.Sonra sənədlər topaq komitəsinə göndərilib oradan sənədlər əldə olunduqdan sonra sənədlər Daşınmaz Əmlakın Reyestri Xidmətinə göndərilib. Bunun əsasında isə mülkiyyət sənədi əldə etmişlər.İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və DƏDRX-nin Bakı Ərazi İdarəsi məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinin və DƏDRX-nin Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İddiaçı onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsinin Cavabdeh2 və X1 dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda təsdiq olunan 07.02.2006-cı il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 50 ünvanda yerləşən 1118,9 kv.m. olan ticarət və xidmət sahəsi onun mülkiyyətinə qaytarılması,Cavabdeh3 MMC tərəfindən sahəsi 4198,5 kv. metr olan əmlak kompleksinin özəlləşdirilməsi qanunsuz hesab edilməsi və ona qaytarılması,qalan 2435,4 kv. metr ərazinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Bunu onunla əlaqələndirir ki,müqaviləni imzalayarkən onun iradə azadlığı olmamış,ona qarşı edilən təzyiqlər və hədə-qorxu nəticəsində məcbur qalaraq həmin əqdi imzalamışdır. Lakin məhkəməyə işin bu halını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, iddiaçı hal-hazırda mübahisələndirdiyi əqdi 2006-cı ildə bağlamış,lakin əqdin etibarsız hesab olunmasına dair iddia ilə məhkəməyə 2021-ci ildə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı həm əqdin etibarsızlığı üçün müəyyən olunmuş 1 illik iddia müddətini,həm də 10 illik ümumi iddia müddətini açıq-aşkar ötürmüşdür. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan və iddiaçı tərəfindən iddia müddəti açıqaşkar ötürüldüyündən təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisinə,”Nəzrin-E”MMC-nə Cavabdeh2 və DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, özəlləşmənin etibarsız hesab edilməsi və torpaq sahələrinin qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar