Məhkəmə qərarları › İş №2(037)-1258/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1258/2021

15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1258/2021 15.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 9 saylı Qəbələ rayon Ərazi İdarəsi, İsmayıllı rayon Notariat Ofisi və maraqlı tərəf Maraqlı şəxs qarşı çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsini 15 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək adlarına verilmiş ******* nömrəli çıxarışın və AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması, İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində borc məbləğlərinə uyğun, yəni paylara uyğun mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsində göstərilən forma və məzmuna riayət etmədən tərtib etmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizədə alqı-satqı müqaviləsinin ləğvini xahiş etsə də alqı-satqı müqaviləsində tərəf olan və qəbul olunacaq qərarın hüquqlarına toxunacaq X1 cavabdeh şəxs qismində işə cəlb etməmişdir. Hazırkı iddia tələbi üzrə cavabdehlik daşımayan İsmayıllı rayon Notariat Ofisini İİİ şəxs qismində cəlb etmək əvəzinə cavabdeh kimi göstərmişdir. İddiaçı iddia ərizəsində cavabdeh kimi cəlb etdiyi tərəflərin hər birinə qarşı yönələn tələbi ayrı-ayrılıqda göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib edildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 9 saylı Qəbələ rayon Ərazi İdarəsi, İsmayıllı rayon Notariat Ofisi və maraqlı tərəf Maraqlı şəxs qarşı çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar