Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4776/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən olunmasına dair” mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsində qeyd olunan gün, ay, ili rəhbər tutaraq, “atası” qrafasında “X4” “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X2”, “milliyyəti” qrafasında “azərbaycanlı” qeyd olunmaqla ona doğum haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1943-cü ildə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuşdur. Atası milliyyəti azərbaycanlı X4, anası milliyyəti azərbaycanlı X1r. Onlar 1937-ci ildə ailə qurmuşdur. Doğum faktı Bərdə rayon Qeydiyyat şöbəsində təsdiq olunmuş, bununla bağlı doğum haqqında şəhadətnamə verilmişdir.Lakin sonradan doğum haqqında şəhadətnaməni itirmişdir. 02.09.2020-ci ildə Bərdə rayon qeydiyyat şöbəsinə təkrar doğum haqqında şəhadətnamə alınması ilə bağlı müraciət etmiş və orda ona bildirilmişdir ki, doğum aktını bərpa etmək qeydiyyat şöbəsinin səlahiyyətləri xaricindədir. Hazırda doğum haqqında şəhadətnaməni bərpa etmək onun üçün vacibdir. Göründüyü kimi, tələb olan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və həmin sənədin başqa qaydada alına bilinməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2, 308-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü və 14-cü bəndlərini nəzərə alaraq, müəyyən etmişdir ki, Ərizəçi xx.xx.1943-cü ildə Bərdə rayonu Otuzikilər kəndində anadan anadan olması faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsinin 02.09.2020-ci il tarixli, 481-05/15 saylı sorğuya cavab məktubundan görünür ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün qeydıyyat şöbəsınə müraciət etmişdir. Ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Mülki prosessual qanunvericiliyə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, ərizəçi haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1943-cü il tarixində Bərdə rayonu Otuzikilər kəndində anadan olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə həmin fakt həm şahid ifadələri, həm də iş materialları ilə sübuta yetirildiyindən ərizə əsaslı olub təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi doğumu bərpa edilsin. Ərizəçi xx.xx.1943-cü il tarixində Bərdə rayonu Otuzikilər kəndində anadan olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə “atası” qrafasında “X4” “milliyyəti” qrafasında “azərbaycanlı”, “anası” qrafasında “X2”, “milliyyəti” qrafasında “azərbaycanlı” qeyd edilməklə, ona yeni doğum haqqında şəhadətnamə verilsin. Edilmiş qeydiyyat Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4776/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4776/2021
31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver