Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4789/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1929-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində anadan olmuş X2nın doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. X2 xx.xx.1929-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində anadan olmuş və xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Anasının doğum haqqında şəhadətnaməsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə xx.xx.2016-cı il tarixində olan müraciəti nəticəsiz qalmışdır. Maraqlı şəxs də onun müraciətinə cavab olaraq itmiş sənədin həmin orqan tərəfindən bərpasının mümkün olmadığını göstərmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun doğma bacısı qızıdır. Bacısının adı X10 olmuşdur. X16 1929-cu ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində doğulmuş və 1992-ci ildə vəfat etmişdir. X5 anasının adı X4 olmuşdur və o, 1901-ci ildə dünyaya gəlmişdir, atası X3 1886-cı ildə dünyaya gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Sabunçu Rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2010-cu il tarixli arayışına əsasən X8 xx.xx.1937-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1937-ci il tarixdə 222 nömrə ilə qeydiyyat aparılmışdır. Atasının adı X3, anasının adı X1r. Nikahın bağlanması haqqında Bakı şəhəri Lenin rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1978ci il tarixli İİ ЖГ № 261096 nörməli şəhadətnaməyə əsasən X6 və X4 xx.xx.1922-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə 576 B nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli M-12 saylı məktubuna əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-cu ilə dair Bakı şəhəri Lenin rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. xx.xx.1993-cü il tarixli İV-ЖГ 388979 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində 63 yaşında ölmüşdür və bu barədə akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 297 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.1993-cü il tarixli 297 nömrəli ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X10 doğum tarixi xx.xx.1929-cu il, doğum yeri Bakı şəhəri olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, tədqiq olunmuş sübutlarla ərizəçinin anasının doğum akt qeydinin məhkəmədən kənar əldə edə bilməməsi, onun doğum faktının müəyyən edilməsinin ərizəçiyə hüquqi rəsmiləşdirmə işləri ilə əlaqədar lazım olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin anasının doğum faktı, yəni xx.xx.1929-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X2nın xx.xx.1929-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində doğulması faktı müəyyən edilsin. “Vətəndaşın soyadı” qrafasında Məmmədova, “adı, atasının adı” qrafasında Ədilə Mirəli qızı, “doğulduğu tarix” qrafasında 07 dekabr 1929-cu il , “doğulduğu yer” qrafasında Bakı şəhəri, Sabunçu rayonu, “atası” qrafasında X3, “anası” qrafasında X4 göstərilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4789/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4789/2022
01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver