Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-479/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh X1rşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi cavabdeh X1rşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh olan payçılardan Cavabdeh koorperativin Nizamnaməsi və iclas protokolları ilə müəyyən edilmiş kooperativin yaşaması, istismarı üçün 2013-cü ildən 2020-ci ilin yarım ili üçün yaranmış 3510 manat haqqın və məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdlr ki, “xxxx" MTK M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu əməkdaşlarının təşəbbüsü ilə yaradılmış və MTK-nın Nizamnaməsi xx xxxxxx 1990-cı ildə Bakı şəhər XDS-nin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir. xx xxxxxx 2001-ci ildə MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 221, F.İbrahimbəyov küçəsində 5 və A.Şaiq küçəsində 214 saylı bina inşa etmişlər. Həmin bina “P” şəkilli olduğundan mənzillərə 3 ünvan kimi yəni M.Sübhi, F.İbrahimbəyov və A.Şaiq ünvanları verilmişdir. MTK tərəfindən tikilmiş Bakı şəhər, Yasamal rayonu, F.İbrahimbəyov küçəsində yerləşən 5 saylı binanın 13 saylı mənzili əvvəllər başqa şəxsin adına rəsmiləşdirilsə də sonradan Cavabdeh Yiktorovnaya satılmış və payçı kimi protokolda da qeyd edilmiş, hətta cavabdeh müəyyən ödənişlər də etmişdir. Lakin cavabdeh mənzilə dair sənədini onlara təqdim etməmiş və daim təqdim etməkdən də yayınır. “xxxx” MTK-nın payçılarının müvəkkillərinin 2003-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 8 manat, 2004-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat, 2005-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat, 2006-cı il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 10 manat, xx xxxxxx 2007-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən xx.xx.2007-ci il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 20 manat, xx.xx.2007-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən xx.xx.2008-ci il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 25 manat, xx.xx.2008-ci il tarixdə keçirilmiş iclasının qərarına əsasən xx.xx.2009-cu il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, xx.xx.2009cu il tarixdə keçirilmiş iclasının qərarına əsasən xx.xx.2010-cu il tarixindən hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2011-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2012-ci il üçün har payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2012-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2013-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 30 manat, 2014-cü il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2015-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2016-cı il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 35 manat, 2017-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2018-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2019-cu il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat, 2020-ci il üçün hər payçıdan mənzil kommunal xidmət haqqı kimi hər ay 45 manat müəyyən edilmişdir. Hazırda isə cavabdeh olan payçılardan Cavabdeh koorperativin Nizamnaməsi və protokolları ilə müəyyən edilmiş kooperativin istismarına çəkilən xərclərin ödənilməsində iştirak etməməklə kooperativin üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən 2013-cü ildən 2020-ci ilin yarım ili üçün yaranmış 3510 manat borcu vardır, borcunu ödəmir və öhdəlikdən qəsdən yayınır. Cavabdehə dəfələrlə haqqın ödənilməsi barədə bildirişlər göndərsəkdə ödəniş etməmişdir. Bu səbəbdən Mehdən Kooperativin yaşaması və istismarı üçün müəyyən edilmiş haqqın iddiaçıya ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. NKİ-4" MTK-nın Nizamnaməsinin 2-ci redaksiyasının 8.1-ci bəndinə əsasən Kooperativ öz - həyata keçirmək üçün Ümumi Yığıncağın qərarı ilə üzvlük haqqı, pay haqqı, kooperativ ödənişləri və digər fondlar yarada bilər. Həmin Nizamnamənin 8.2-ci bəndinə əsasən kooperativin fondlarının həcmi, yaradılması, istifadəsinin ləğvi kooperativin Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş daxili sənədlərlə müəyyən olunur. “xxxx” MTK-nın Nizamnaməsinin 2-ci redaksiyasının 12-ci bəndinə əsasən Kooperativ öz vəsaitini nizamnamədə nəzərdə tutulmuş əmlak pay haqlarından, kreditlərdən, fiziki və hüquqi şəxlərin ianələrindən, kooperativin üzvlərinin verdikləri daxilolma haqqından, evin (evlərin) saxlanılması, istismarı və əsaslı təmiri üçün verilən haqdan və kooperativ evdə yerləşən qeyri-yaşayış sahələrinin istismarından əldə edilən vəsaitdən və qanunla qadağan olunmayan digər mənbələrdən formalaşdırılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, onların binası mənzil tikinti kooperatividir və sakinlərdən yığılan kommunal haqların hesabına saxlanılır. Marina xanım 2013-cü ilə qədər haqları ödəyib, 2013-dən sonra ödənişi dayandırıb. Biz bir neçə dəfə Marina xanımı məsələni müzakirə etmək üçün dəvət etsələr də, o, dəvətə gəlməmişdir. Son bir il yarım müddətdə cavabdeh MTK-ya 4 dəfə 60 manat məbləğində pul ödəyib. 2013-cü ildən x xxxxxx 2021-ci il tarixədək cavabdehin 3600 manat kommunal xidmətlərə görə borcu yaranmışdır. Məhkəmə mübahisəsindən sonra 60 manat pul ödəmişdir. Həmin pulu 2013-cü il üçün olan borcundan çıxmış, nəticədə cavabdehin 2013-cü il üçün 180 manat borcu qalmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MTK-nın Nizamnaməsində görünür ki, Cavabdeh Viktororovna pay fondunda koorperativin üzvüdür. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, “xxxx” MTK-nın payçılarının müvəkkillərinin iclasının 01 saylı protokolundan görünür ki, “xxxx” MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillərin kommunal xidmət haqları üçün xx.xx.2008-ci il tarixdən hər payçıdan 25 manatdan yığılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, “xxxx” MTK-nın payçılarının müvəkkillərinin iclasının 01 saylı protokolundan görünür ki, “xxxx” MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillərin kommunal xidmət haqları üçün xx.xx.2009-cu il tarixdən hər payçıdan 30 manatdan yığılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, “xxxx” MTK-nın payçılarının müvəkkillərinin iclasının protokolundan görünür ki, “xxxx” MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillərin kommunal xidmət haqları üçün 2014-cü ildən hər payçıdan 35 manatdan yığılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, “xxxx” MTK-nın payçılarının müvəkkillərinin iclasının protokolundan görünür ki, “xxxx” MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillərin kommunal xidmət haqları üçün xx.xx.2017-ci ildən hər payçıdan 45 manatdan yığılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, payçıların hər birindən yığılmalı olan məbləğ 2013-cü il il üçün hər ay 30 manat, 2014-cü il üçün hər ay 35 manat, 2015-ci il üçün hər ay 35 manat, 2016-cı il üçün hər ay 35 manat, 2017-ci il üçün hər ay 45 manat, 2018-ci il üçün hər ay 45 manat, 2019-cu il üçün hər ay 45 manat, 2020-ci il üçün hər ay 45 manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, cavabdeh xx.xx.2020-ci ildə 60 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 2013-cü il üçün 180 manat, 2014-cü il üçün 420 manat, 2015-ci il üçün 420 manat, 2016-cı il üçün 420 manat, 2017-ci il üçün 540 manat, 2018-ci il üçün 540 manat, 2019-cu il üçün 540 manat, 2020-ci il üçün 540 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətiər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəilə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid ediimiş digər məsələlər aiddir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəs mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 138.5-ci maddəsinə görə isə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xxxx” MTK-nın Nizamnaməsində görünür ki, Cavabdeh Viktororovna pay fondunda koorperativin üzvüdür. İş materiallarında olan “xxxx” MTK-nın payçılarının müvəkkillərinin iclas protokollarından görünür ki, payçıların hər birindən yığılmalı olan məbləğ 2013-cü il il üçün hər ay 30 manat, 2014-cü il üçün hər ay 35 manat, 2015-ci il üçün hər ay 35 manat, 2016cı il üçün hər ay 35 manat, 2017-ci il üçün hər ay 45 manat, 2018-ci il üçün hər ay 45 manat, 2019-cu il üçün hər ay 45 manat, 2020-ci il üçün hər ay 45 manat müəyyən edilmişdir. Hazırda iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi cavabdeh X1rşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh olan payçılardan Cavabdeh koorperativin Nizamnaməsi və iclas protokolları ilə müəyyən edilmiş kooperativin yaşaması, istismarı üçün 2013-cü ildən 2020-ci ilin yarım ili üçün yaranmış 3510 manat haqqın və məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi izahatında məhkəmə gedişatında cavabdehin onlara 60 manat məbləğində pul verdiyini etiraf edərək, onların həmin pulu cavabdehin 2013-cü il üçün olan borcundan çıxdıqlarını və nəticədə cavabdehin 2013-cü il üçün 180 manat, 2014-cü il üçün 420 manat, 2015-ci il üçün 420 manat, 2016-cı il üçün 420 manat, 2017-ci il üçün 540 manat, 2018-ci il üçün 540 manat, 2019-cu il üçün 540 manat, 2020-ci il üçün 540 manat borc hesablanmışdır. Yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, X2 3330 manat məbləğində pul iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 2013-cü il üçün olan borcundan çıxdıqlarını və nəticədə cavabdehin 2013-cü il üçün 180 manat, 2014-cü il üçün 420 manat, 2015-ci il üçün 420 manat, 2016-cı il üçün 420 manat, 2017-ci il üçün 540 manat, 2018-ci il üçün 540 manat, 2019-cu il üçün 540 manat, 2020-ci il üçün 540 manat borc olduğu qeyd edilmişdir. İddia tələbində göründüyü kimi cavabdehdən 2013-cü ildən 2020-ci ilin yarım ili üçün olan borc tələb edilir. Belə olduğu halda cavabdehin kommunal xidmət haqları üzrə borcu müvafiq illər üzrə (180+420+420+420+540+540+540+270=3330 manat) kimi hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, “xxxx” MTK tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq “xxxx” MTK-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X2 3330 (üç min üç yüz otuz) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-479/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-479/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver