Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4803/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 3 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 3 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək vətəndaş Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun miras qoyan X18 arasında qohumluq münasibətiləri faktının (onun övladı olması haqqında) müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə icraatı aparılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X.Əliyeva da maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Lakin əfsuslar olsun ki, ərizənin təmin olunmaması haqqında qətnamə qəbul olunmuşdur. Həmin qətnamədən narazı qaldığına görə apellyasiya şikayəti vermiş və şikayəti qismən təmin olunmuş, qətnamə ləğv olunaraq ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi qərardadı bununla əsaslandırılmışdır ki, “ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün lazımi sənədləri ala bilməməsini təsdiq edə bilməmişdir. Daha sonra isə qərardadda məhkəmə kollegiyası vurğulayır ki, Dövlət Arxivinə ünvanlanmış vəkil sorğusunda sorğu edilən Ağababa Əliyevin doğum yeri göstərilmədiyinə görə, arxivin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, məhz bu səbəbdən verilən sorğunun icrası mümkün olmamışdır“. Nəticə etibarı ilə qərardad qüvvəyə minmiş və qərardadda göstərilən nöqsanlar tərəfindən aradan qaldırılmasına dair cəhd göstərilsə də, tələb olunan hüquqi fakt müəyyən oluna bilinməmişdir. Belə ki, AR X20 yenidən vəkil sorğusu yazılıb göndərilsə də, xx.xx.2022-ci il tarixli, TA-00402-2022 nömrəli cavabı ilə Əliyev Ağababa haqqında ətraflı məlumat verilmədiyinə görə sorğunun icrası mümkün olmadığı bildirilmişdir. Baxmayaraq tarix Arxivinə dəfələrlə sorğu yazılmış, lakin müxtəlif bəhanələrlə sorğuda sorğu edilən məlumatın əldə edilməsi mümkün ola bilməmişdir. Odur ki, ərizədə göstərdiyimiz hüquqi faktı yalnız məhkəmə yolu ilə müəyyən oluna bilər. Hesab edir ki, ərizə təmin olunmalı və onun üçün mühüm hesab edilən hüquqi fakt yalnız məhkəmə vasitəsilə müəyyən oluna bilər. Belə ki, o, 1973-cü ildə Bakı şəhərində anadan olubdur. Onun valideynləri - atası X15 və anası Kazımova (Əliyeva) Nüşabə Səməd qızıdır. Doğulduğu gündən o, ünvan 1 ünvanında yaşamış və bir neçə il bundan öncə ailə vəziyyəti ilə əlaqədar başqa ünvana qeydiyyata düşmüşdür. Qeyd etmək istəyirəm ki, bu ev ərizəçinin əcdadı olan X2 xüsusi mülkiyyətində idi. Bu yaxınlarda ümumi əcdadı olan X2 ölümü ilə əlaqədar qanun üzrə vərəsəlik işinin açılması ilə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisindən verilən yazılı cavabına əsasən göstərilmişdir ki, “miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır”. Həmçinin “mərhum Soltan Nurulla qızının və onun oğlunun X1 ölüm faktını təsdiqləyən ölüm haqqında şəhadətnamələr olmadığı üçün vərəsəlik işinin açılması mümkün olmadığı” göstərilmişdir. Bununla əlaqədar olaraq vəkil sorğuları nəticəsində Əliyev Ağabalanın (Ağababa) həyat yoldaşının kimliyi, eləcə də övladları və nəvələri haqqında (Əliyev Ağabala mərhum atasının babasıdı) məlumatlar toplanılmışdır. Həmçinin miras qoyan X2 ölüm faktı arxiv orqanda təsdiq olunmuşdur. Lakin o, ulu babası Əliyev Ağabalanın ölümü, eləcə də miras qoyan X18 ilə qohumluq münasibətlərin olması (yəni, S.Nurullanın övladı olması) haqqında sənədləri əldə edə bilməmişdi (yəni, ümumiyyətlə onun doğum və ölüm qeydləri haqqında). Beləliklə də, müvafiq vərəsəlik işinin davam etdirilməsi üçün bəzi hüquqi faktların müəyyən edilməsi ancaq məhkəmə yolu ilə mümkün olacaqdır. Bununla əlaqədar olaraq hazırda bəzi hüquq müəyyənedici faktların məhkəmə yolu ilə müəyyən edilməsinə zərurət yaranıbdır. Bildirir ki, yuxarıda qeyd etdiyi evdə ərizəçinin mərhum atası və onun yaxın qohumları da vaxtı ilə qeydiyyatda olaraq orada yaşamışdırlar. Hazırki mirasqoyan Soltan Nurulla qızı ərizəçinin mərhum atasının ulu nənəsidi (yəni, Rafiq Kazımovun anası olan X5 nənəsidi). Mirasqoyan (ümumi əcdadları) Soltan Nurulla qızının sağ olan birinci, ikinci növbədən olan hər hansı bir qohumu da qalmamışdır. Hazırda yalnız ərizəçi (və onun bacısı Kəmalə) bu evdə yaşayaraq ərizədə göstərilən hüquqi faktlarının müəyyən olunmasında birbaşa maraqlıdır. Çünki həmin hüquqi faktlar məhkəmə yolu ilə təsdiq olunsa, o zaman o, vərəsə kimi tanınaraq ümumi əcdadı olan Soltan Nurulla qızından miras qalmış əmlaka dair müvafiq qanun üzrə vərəsəlik şəhadətnaməsi ala bilər. Beləliklə, vərəsəlik işinin açılması ilə əlaqədar bəzi hüquq müəyyənedici sənədlərin, eləcə də faktların olmaması səbəbindən vərəsəlik işinin açılması mümkünsüz olmuşdur. Eyni zamanda həmin faktların başqa yolla müəyyən edilməsi mümkünsüz olduğu açıq-aydın görsənir. Belə olan halda həmin faktların müəyyən edilməsi yalnız məhkəmə yolu ilə mümkün ola bilər. Beləliklə, mirasın açılması faktı ilə əlaqədar vərəsəlik işinin aparılması üçün tələb edilən bəzi hüquqi faktlarının məhz məhkəmə yolu ilə müəyyənləşdirilməsinə zərurət yarandığından məcbur olaraq müvafiq ərizə ilə o, məhkəməyə müraciət etməlidi. Göstərilənlərə əsasən Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun miras qoyan X18 arasında qohumluq münasibətləri faktının (X10 övladı olması haqqında) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizənin məzmununa uygun izahat verərək məhkəmədən rəmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iş üzrə maraqlı şəxs 3 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçi onun qohumudur. Belə ki, anası Zivər 1925-ci il tarixdə sözü gedən ünvan 1 ünvanında anadan olmuşdur. Nənəsi isə Balaxanım Əli qızı olmuşdur. Anası sözü gedən ünvanda 18 ildən artıq yaşamış, ailə qurmuş və sonradan həmin ünvandan köçüb getmişdir. O uşaqlıqda çox vaxtını nənəsinin yanında keçirmişdir. Əliyev Ağabala onun nənəsi Balaxanımın əri olmuşdur. Belə ki, nənəsinin ilk əri Əzim adlı şəxs olmuşdur. Nənəsinin Ağabala ilə nikahından Pikəxanım və Şəfiqə adlı qızları olmuşdur. Onun anası ilə sözü gedən şəxslər anabir, ataayrıdır. Ağabala onun anasına öz doğma qızları kimi baxmış, onlardan ayırmamışdır. Soltan Əliyeva isə Ağabalanın anası, yəni nənəsi Balaxanımın qaynanası idi. Xanlar isə Pikəxanımın əri, Rafiq isə onun oğlu idi. Hazırki ərizəçi isə Rafiqin qızıdır. Ağabalanı daima Ağabala kimi bilmiş, lakin sənəd də isə Ağababa yazıldığından da məlumatlı olmuşdur. Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaşlar Əliyev Ağababa və X7 doğum yerləri haqqında dəqiq məlumat verilmədiyindən sorğunun icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1892-ci il tarixdə Bakı şəhərində anadan olmuş Əliyev Ağabala haqqında ətraflı məlumat (ata adı, vəfat aktının qeydiyyata alındığı yer və tarix) verilmədiyindən sorğunun icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sorğuda adı çəkilən vətəndaşlar haqqında axtarış məlumatları (doğum, ölüm, nikah aktlarının tarixi və qeydiyyata alındığı inzibati ərazi vahidliyi) qeyd edilmədiyindən sorğunun icrası mümkün olmamışdır. İİ-ИЕ saylı, 392154 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sultan Nurulla qızı xx.xx.1942-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Balaxanım Əli qızı xx.xx.1996-cı il tarixdə bakı şəhərində ölmüşdür. Azərbaycan Sovet Sosialist Respublikasının qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 1 Sultan Nurulla qızının adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929- 1930-cu illərə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında bərpa kitablarında xx.xx.1928-ci ildə doğulan X6 qeyd olunur. Atası Əliyev X13, anası X17. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X4 oğlu Əliyev Ağabala ilə Balaxanım Əli qızının nikahından Pikə Əskərova və Şəfiqə Kərimova adlı övladları olmuşdur. X16 Kazımov ilə nikahından Rafiq Kazımov adlı oğlu dünyaya gəlmişdir. Sonuncunun isə Nüşabə Kazımova ilə nikahından isə Ərizəçi və Kəmalə Ələkbərli adlı övladları dünyaya gəlmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla və eləcə də, şahid ifadələri ilə təsdiq olunur ki, Əliyev Ağabala (Ağababa) X14 Soltan (Sultan) Nurulla qızının övladıdır (oğludur). Azərbyacan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Buna görə də, məhkəmə hesab edir ki, Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4803/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4803/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver