Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4806/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borc olaraq verdiyi 20000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ilin avqust ayında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin tələblərinə uyğun olaraq 20.000 (iyirmi min) manat məbləğinə borc pul vermiş və cavabdeh öhdəliklərini hazırki tarixədək yerinə yetirməyərək borcu qaytarmamışdır. Dəfələrlə cavabdeh və atası ilə görüşərək borcun qaytarılması haqqında söhbət etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Borcu qaytarmadığı halda 2020-ci ilin mart ayında Cavabdeh Bakı şəhəri 19-cu Polis Bölməsinə şikayət etmiş və orda cavabdehdən müvafiq izahat alınmışdır. İzahatında borcu olmasını etiraf etmiş, qaytaracağına söz versədə bu günə qədər borcu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, bankdan pul götürərək, cavabdehə borca müxtəlif vaxtlarda ümumilikdə 20000 manat məbləğində pul vermişdir. Belə ki, cavabdeh ona olan borcunu ödəyə bilmədiyi üçün ondan borc alaraq başqa şəxslərə faizə vermiş və onların hesabına öz borcunu bağlayacağını bildirmişdir. Cavabdeh ondan hissə-hissə həm özü üçün, həmdə dostlarına vermək adı ilə müxtəlif məbləğlərdə borca pul almışdır. Əvəzində isə ona da, əlafə olaraq faiz verməli idi. Düzdür cavabdeh həmin şəxslərin maaş kartlarına da təminat olaraq ona vermişdir ki, o hər ay ordan pul şıxarda bilsin. Lakin kartlar işləməmiş və o həmin kartları geri qaytarmışdır. O, cavabdeh və atası ilə görüşərkən sonuncu ilə onun arasında 12500 manat məbləğində pul söhbəti getmişdir. Cavabdeh ondan aldığı pullardan qalan hissəsinin digər şəxslərdə olduğunu bildirdiyindən, o həmin şəxslərə zəng etmiş və müəyyən edilmişdir ki, həmin şəxslər pulu qaytarmaq üçün cavabdehə vermiş, cavabdeh isə öz növbəsində həmin pulları iddiaçıya qaytarmamışdır. Bu barədə o şikayət ərizəsi ilə polisə də, müraciət etmiş, cavabdeh ona borcu olduğunu polisə verdiyi izahatında da, etiraf etmiş və qısa müddət ərzində borcunu qaytaracağına söz vermişdir. Lakin cavabdeh bundan sonra ona təxminən 2020-ci ilin aprel ayənda onlar cavabdehin atası ilə görüşdükdən sonra, elə həmin ərəfədə birdəfəyə 5050 manat ödəmiş, sonrada aylıq ödənişləri onu kartına otuzdurmuşdur. Lakin onun da, başqa şəxsə borcu olduğundan o, öz kartını ona vermiş və sonradan cəmi nə qədər pul otuzdurduğunu dəqiq bilmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, İddiaçı 4 ilə yaxın müddətdir ki, tanıyır. İddiaçı ona sələmə pul vermişdir. Onun maaş kartı da, iddiaçıda olmuşdur. İddiaçı ona 7 faizlə sələmə pul vermişdir. İddiaçı ona başqa bir nömrədən zəng edərək, kartını bağladırmağı bildirmiş, o da, bundan sonra təxmini 3 ay müddətində faiz ödəyə bilməmişdir. Bundan sonra onlar 20 yanvar ərazisində görüşmüş, onunla görüşən zaman ona polislər yaxınlaşaraq, 19-cu polis bölməsinə aparmışlar. Bölmədə ona məcburi olaraq iddiaçıya borclu olması barədə izahat yazdırmışlar. O, iddiaçıdan 10300 manata yaxın pul almışdır. Plis bolməsində izahatı alındıqdan sonra o və atası iddiaçı ilə Xırdalan dairəsinin yanında görüşmüş və iddiaçı ona 300 manata yaxın güzəşt etdiyini bildirmiş və yekunda 10000 manat borcunun olduğunu bildirmişdir. O, həmin məbləğdən elə həmən gün iddiaçının kart hesabına Kapital Bank vasitəsi ilə 5050 manat məbləğində ödəniş etmişdir. Həmin məbləğdən 5000 manat əsas borc, 50 manat isə faiz borcu olmuşdur. Bundan sonra iddiaçıya bir başa olaraq 500 manat, elektron ödəniş ilə 1010 manat və ayrı-ayrı vaxtlarda hər ay 505 manat ödəniş etmişdir. O, iddiaçıdan bundan qabaq da, borca pul almış və aldığı borclarını tam olaraq ödəmişdir. Sonuncu dəfə də qeyd etdiyi kimi, 10300 manat məbləğində iddiaçıdan borca pul almışdır. O, polisdə olarkən də iddiçıya 800 manat ödəniş etmişdir. Bundan başqa o, iddiaçı ilə bir neçə şəxsi də, tanış etmiş və həmin şəxslər də iddiaçıdan borca pul götürmüşdür. Elvin adlı şəxsi də, o iddiaçı ilə tanış etmiş və sonuncunun iddiaçıya 950 manat ödənişi qalmışdır. İddiaçı 600 manat məbləğində pulu Bərhuza vermiş və onun kartını almışdır. Raqif də iddiaçıdan borca pul almış, sonuncu da iddiaçıya anasına məxsus kartını vermişdir. O, polis bölməsində verdiyi izahatında ümumilikdə 19143 manat borc aldığını bildirsə də, həmin borcdan 10000 manat məbləği onun iddiaçıya olan borcudur, qalan hissəsi isə digər şəxslərin borcudur. Düzdür bəzi dostlarına iddiaçıdan borcu o alıb versə də, bəziləri özləri almış, o onları sadəcə tanış etmişdir. Ümumiyyətlə isə o, iddiaçıya olan borcunu tamami ilə ödəmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili X2 iddia tələbinə etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsi heç bir əsas olmadan polis bölməsinə aparılmış və orada ona məcburi qaydada izahat yazdırılmışdır. Cavabdeh iddiaçıya olan borcunu ödəmiş və hazırda onun ödənilməmiş borcu yoxdur. Bölmədə yazılmış izahatda göstərilmiş borc isə iddiaçı tərəfindən digər şəxslərə verilmiş borclardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin zahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Milli Ön ödəniş sistemindən çıxarışlardan (qəbzlərdən) görünür ki, İddiaçı hesabına 04.06.2020-ci il tarixdən, 22.04.2021- tarixədək müxtəlif vaxtlarda ümumilikdə 5050 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Cavabdeh 19-cu PB-də verdiyi izahatından görünür ki, sonuncu öz adına İddiaçı 7800 manat, digər şəxslərin adı ilə isə 11343 manat məbləğində pul vəsaiti almışdır. Cavabdeh 2020-ci ilin mart ayının sonunda İddiaçı 19143 manat borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 19143 manat məbləğində borca pul almışdır. Cavabdeh sözü gedən borcundan 15.04.2020-ci tarixdə (polis bolməsində izahatı alındıqdan sonra) 5050 manat, daha sonra 04.06.2020-ci il tarixdə 1010 manat və sonrakı 8 ay müddətində isə hər ya 505 manat olmaqla 4040 manat, ümumilikdə 10100 manat ödəniş etmişdir. Cavabdeh borcunu vaxtında qaytarmadığına görə iddiaçı qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Sözü gedən bu hallar iş materiallarında olan Polis Bölməsində verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında tərəflərin, eləcədə iddiaçının etiraf edici izahatı ilə cavabdehin iddiaçıya olan borcundan -- - - -- tarixdə 5050 manat, daha sonra isə iddiaçının kart hesabına ödənilməsi yolu ilə müxtəlif vaxtlarda (iş materiallarında mövcud qəbzlərə əsasən) umimilikdə 5050 manat pul ödədiyi müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan özü üçün ümumilikdə 10300 manat məbləğində borca pul aldığını və həmin borcunu da, iddiaçıya qaytarmasını, digər borcların isə başqa şəxslər tərəfindən iddiaçıdan alınmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq iş materiallarında olan Cavabdeh 19-cu PB-də verdiyi izahatından görünür ki, sonuncu öz adına İddiaçı 7800 manat, digər şəxslərin adı ilə isə 11343 manat məbləğində pul vəsaiti almışdır. Cavabdeh 2020-ci ilin mart ayının sonunda İddiaçı 19143 manat borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh sözü gedən izahatın məcburiyyət qarşısında təzyiqlar altında polis bölməsində yazdırıldığını bildirsə də, məhkəmə cavadbehin bu izahatına tənqidi yanaşaraq, sonuncunun izahatını inandırıcı hesab etmir. Belə ki, iddiaçı polis bölməsində verdiyi izahatını təsir altında qalaraq verdiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı bir sübutlar (polisin qərarının mübahisələndirilməsi, ona təsir göstərilməsi ilə bağlı şikayət etməsi və s.) təqdim etməmiş, bundan başqa həmin izahatın təsir altında vermiş olduğu və iddiasına görə iddiaçıya heç bir borcunun olmadığını iddia etdiyi halda daha sonra nə üçün iddiaçı ilə görüşərək ona 10100 manat məbləğində ödəniş etməsinə dair tutarlı izahat verə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı cavabdehin ona 20000 manat borcunun olduğunu bildirsə də, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, bunun əksi olaraq cavabdehin polis bölməsində verdiyi etiraf edici izahatı ilə iddiaçıya ümumilikdə 19143 manat məbləğində borcunun olması və həmin borcundan cəmi 10100 manat məbləğini ödəməsi, cavabdehin hazırda iddiaçıya ödənilməmiş 9043 (19143- 10100=9043) manat məbləğində borcunun qalması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9043 (doqquz min qırx üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9043 (doqquz min qırx üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4806/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4806/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver