Məhkəmə qərarları › İş №2(004)-482/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-482/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-482/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11700 manat pulun və dövlət büdcəsinə ödədiyi 125,10 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmə tərəfindən mülki iş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Filialı arasında bağlanmış İK № 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən o sözügedən bankdan illik 26 faiz olmaqla, 36 ay müddətinə 9094 manat məbləğində kredit götürmüşdür. Müqavilənin bağlandığı tarixdə, yəni 16 sentyabr 2020-ci ildə o "xxxx" ASC ilə № 1085/F-20 saylı zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh zamin olmuşdur. Cavabdeh "xxxx" ASC-yə olan borcunu ödəməmişdir. Cavabdehin sözügedən banka olan 11700 manat kredit borcunu, faizi ilə birlikdə o ödəmişdir. Dəfələrlə cavabdehdən banka ödədiyi pulu tələb etsə də, müxtəlif bəhannələr gətirərək borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Kredit onun adına rəsmiləşdirilsə də, faktiki olaraq X4 verilmişdir. İddiaçı ilə X6 qohumdurlar. Kredit müqaviləsi üzrə ödənişləri də X6 həyata keçirmişdir. Tərəfindən banka heç bir ödəniş olmamışdır. Məhkəmə, işdə iştirak edən tərəfin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 26% ödəmək şərtilə 9094 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC, Cavabdeh (borcalan), İddiaçı (zamin) X6 (zamin) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 36 ay müddətinə illik 26 faiz olmaqla aldığı 9094 manat məbləğində kredit, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan kredit müqaviləsi (Turan Bank” ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi) üzrə ödənişlər ödəniş terminalları vasitəsilə həyata keçirildiyindən ödənişin kim tərəfindən ödənilməsi barədə ətraflı məlumat verilməsi qeyri-mümkündür. İş materiallarında olan "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Turan Bank” ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 11107 manat ödəniş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin kassa məxaric orderindən görünür ki, 9094 manat məbləğində pul Cavabdeh verilmişdir. İş materialalrında olan "xxxx" ASC-nin borcalan Cavabdeh və zaminlər İddiaçı, X4 ünvanladığı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq və pretenziya məktubundan görünür ki, onlar "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. İş materialalrında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK №1085/F-20 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh, X3 və İddiaçı müştərək qaydada xx.xx.2020-ci il tarixli İK №1085/F-20 nömrəli kredit müqaviləsi üzrə 8474,83 manat əsas, 2473,55 manat faiz və 593,23 manat cərimə olmaqla, cəmi 11541,61 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 131,74 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11673,35 (on bir min altı yüz yetmiş üç manat otuz beş qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Saatlı Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən başlanılmış icra işi üzrə borclular Cavabdeh, X6 və İddiaçı tərəfindən ödənilməli olan borc tam şəkildə bağlanmışdır. Qeyd edilənləri nəzərə alaraq Yasamal rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə İcra haqqında AR qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 12473 saylı qəbzdən görünür ki, 9000 manat məbləğində kredit ödənişi "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Novruzovun İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli Qərarına əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, halhazırda İddiaçı "xxxx" ASC qarşısında "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə heç bir zaminlik öhdəliyi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 125,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 26% ödəmək şərtilə 9094 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda hazırki iş üzrə iddiaçı olan İddiaçı 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin qismində borcalanın 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 36 ay müddətinə illik 26 faiz olmaqla aldığı 9094 manat məbləğində kredit, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, nə borcalan, nədəki zaminlər tərəfindən borc ödənilmədiyindən "xxxx" ASC məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli İK №1085/F-20 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, habelə birgə borclular kimi borcalan Cavabdeh və zaminlər X3 və İddiaçı müştərək qaydada xx.xx.2020-ci il tarixli İK №1085/F-20 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 11673,35 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra, sözügedən 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulan borc ödənilmişdir. "xxxx" ASC-nin Saatlı Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu əsasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Novruzovun İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli Qərar qəbul edərək Yasamal rayon Məhkəməsinin 2(004)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəlik mövcud deyildir. Hazırda İddiaçı 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun zamin qismində onun tərəfindən ödənildiyini qeyd edərək, 11700 manat pulun və dövlət büdcəsinə ödədiyi 125,10 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu baxımdan 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı həmin müqavilə üzrə yaranmış və onun tərəfindən ödənilmiş borcu borcalandan tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə cavabdehdən tutulmalı olan pulun məbləğinə münasibətdə qeyd edir ki, Cavabdeh 9000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın cəmi 11700 manat məbləğində öhdəliyini icra etdiyini qeyd etsə də, yalnızca 9000 manat məbləğində pulun onun tərəfindən ödənildiyini təsdiq edə biləcək mötəbər sübutu – qəbzi məhkəməyə təqdim edə ilmişdir. Qalan məbləğin həqiqətən onun tərəfindən ödənilməsini təsdiq edə biləcək sübutunu təqdim edə bilməmişdir. Məhkəmə həmçinin onun da qeyd etməyi zəruri hesab edir ki, Turan Bank” ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan da görünür ki, qeyd olunan kredit müqaviləsi (Turan Bank” ASC və Cavabdeh (borcalan) arasında bağlanmış 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi) üzrə ödənişlər ödəniş terminalları vasitəsilə həyata keçirildiyindən ödənişin kim tərəfindən ödənilməsi barədə ətraflı məlumat verilməsi qeyri-mümkündür. Cavabdeh isə 1085/F-20 saylı, 16 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyinin onun özü tərəfindən icra edilməsini təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96,23 (doxsan altı manat iyirmi üç qəpik) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 28,87 (iyirmi səkkiz manat səksən yeddi qəpik) manat (125,10-96,23=28,87) iddiaçıya aid edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96,23 (doxsan altı manat iyirmi üç qəpik) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96,23 (doxsan altı manat iyirmi üç qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 28,87 (iyirmi səkkiz manat səksən yeddi qəpik) manat (125,10-96,23=28,87) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar