Məhkəmə qərarları › İş №2(004)-4825/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4825/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4825/2021 06.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı Əzı̇ zov Oktay Qeysəddı̇ n oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Əzı̇ zov Oktay Qeysəddı̇ n oğlunun Cavabdeh qarşı "pul tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əzı̇ zov Oktay Qeysəddı̇ n oğlunun Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40.000 manatın, 80.000 ABŞ dollarının ödəniləcəyi günə rəsmi məzənnə ilə manat ekvivalentinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2000-ci ildə 20 Yanvar küçəsində, işlətdiyi aptekin qonşuluğunda, zirzəmidə çexol tikməklə məşğul olan Şabanov Nazimlə (hazırda İsveçdə yaşayır) uzun ünsiyyətdən münasibətləri yaranmışdır. Onun həyat yoldaşı olan, tam adını sonradan bildiyi Şabanova (Məmmədova) Gülmayə Qurban qızı ara-sıra dərman almaq üçün aptekə gəlib gedərdi. Bir qədər etibarlı münasibətləri yaranmışdır. Daha sonra orada valyutadəyişmə məntəqəsi açmışdır. 2010-cu ildə Gülmayə ondan 10.000 ABŞ dolları borc istəmiş və bu pulu ona vermişdir. O, dediyi vaxt pulu tam şəkildə qaytarmışdır. 2013-cü ilin yanvar ayında Gülmayə bir daha qaytarmaq şərti ilə ondan 15.000 ABŞ dolları pul istəmiş və bildirmişdir ki, bu pulu hansısa işdə dövriyyə edəcək və ordan qazanc əldə edəcək. Bu cür qazanca marağı olmasa da, qonşuluq və tanışlıq xətrinə inanıb pulu işlətdiyi valyutadəyişmə məntəqəsinin qarşısında onun avtomobilində vermişdir. 3-4 gün sonra Gülmayə bir daha müraciət edərək qaytarmaq şərti ilə 25.000 ABŞ dolları məbləğində pul istəmiş, bu pulu isə ona Asif Məhərrəmov küçəsi 65 ünvandakı ona məxsus digər valyutadəyişmə məntəqəsində işləyən işçisi Suleymanov Rövşənin vasitəsilə vermişdir. Təxminən bir həftə sonra, Gülmayə inamdan istifadə edərək daha 12.000 ABŞ dolları istəmiş və pulu ona ilkin açdığı 20 Yanvar küçəsindəki, aptekin yanında olan valyutadəyişmə məntəqəsində özü işçilərinin yanında vermişdir. Beləliklə, 2013-cü ilin əvvəlində, qısa müddət ərzində Gülmayə ondan ümumilikdə 52.000 ABŞ dolları götürmüşdür. 2013-cü ilin mart ayında Gülmayə ondan eyni əsaslarla bir daha 8.000 ABŞ dolları pulu 20 Yanvar küçəsindəki valyutadəyişmə məntəqəsində götürmüşdür. Bu işlərdən Gülmayənin ərinin, Uça adlı qardaşının, qızı Ayanın və oğlu Buludun xəbəri olmuşdur. Arada onun əri və qızı bir neçə dəfə kiçik məbləğlərdə borc pullar götürüb, sonradan özləri və ya Gülmayə qaytarmışdır. Onların Gülmayənin iri borclarının olmasını bilməklərini həm də ona görə bilir ki, müxtəlif şəraitdə söhbətlər zamanı, o cümlədən evlərinə getdikdə, söhbətlərində bu pullar barədə sözlər deyirdilər. 2013-cü ilin aprel ayında o, bir daha eyni qaydada 20.000 manat, 8.000 manat və 12.000 manat, ümumilikdə 40.000 manat pul götürmüşdür. 23.04.2013-cü ildə, bir daha Türkiyədə olarkən zəng edərək müalicə adı ilə 20.000 ABŞ dollar istəmiş, oğluna və ya qardaşına verməyi xahiş etmişdir. Oğlu Bulud da gələrək Telman dediyi işçisindən götürmüşdür. Beləliklə, Gülmayə 23.04.2013-cü il tarixədək olan müddətdə onu aldadaraq ondan ümumilikdə 80.000 ABŞ dolları və 40.000 manat pul götürmüş, bu günə kimi müxtəlif bəhanələr və vədlər verərək qaytarmamışdır. Arada Gülmayə hissə-hissə götürdüyü 30.000 ABŞ dolları ona qaytarmışdır. Hesab edir ki, bu onda inam və ümid yaratmaq üçün idi. Çünki o, cavabdehdən qəti şəkildə pul tələb etdikdə, o, bu cür onu “sakitləşdirirdi”. Bu pulun 80 min dollara və 40 min manat pula daxil deyil. Sonuncu dəfə 2018-ci ilin noyabr ayında Gülmayə dedi ki, “qısa müddətə pulu qaytarıram”, lakin bu da növbəti yalanı idi. Cavabdeh onu aldadaraq götürdüyü pulu qaytarmamışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia ərizəsinin iddia müddəti ötürülməklə verildiyini göstərmiş və məhkəmədən iddia tələbinə iddia müddəti tətbiq etməklə onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əzı̇ zov Oktay Qeysəddı̇ n oğlu, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, İddiaçı 1990-cı ilin oktyabr ayından tanıyır. Həmin vaxtlar ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayırdı. Binanın zirzəmisində əri Nazim mebellərə üzlük çəkirdi, Oktay isə həmin vaxt yaşadıqları binanın yaxınlığında aptekdə işləyib yaxınlıqda binada kirayəşin yaşayırdı. Oktayı tez-tez görsə də, ona diqqət yetirdiyini bilməmişdir. Sonra Oktay əri Nazimlə münasibət yaradaraq onun evinə ərinin dostu kimi tez-tez gəlirmiş. 1990-cı ildə oğlu Bulud, 1992-cı ilin may ayında qızı Ayan dünyaya gəlmişdir. Həmin vaxtlarda baldızı Gülnarə və qaynanası onun evində yaşamışlar. Ailədə əri və qaynanası ilə münasibəti pis olmuşdur. Oktay onların evinə tez-tez gəldiyindən ailə daxili münasibətlərini bilmiş, özünü ona yaxın dayaq kimi göstərib narahat olmamasını, ərindən ayrılarsa ona ev kirayələyib saxlayacağını demişdir. Həmin vaxtlarda Oktay subay olmuş, ailə qurmamışdır. Ərindən acıq edib rəfiqəsinin evinə getmək istəyəndə Oktay razı olmamış, təklif etmişdir ki, onun evində qalsın. Qızı ilə Oktayın kirayə qaldığı evə köçüb qalmışdır. Oktay onunla həmin vaxtlardan yaxınlıq etməyə başlamışdır. Ərinin yanına qayıtdıqdan sonra Oktay əri Nazimi spirtli içki ilə içirdib özü evə gəlib yaxınlıq etmişdir. Oktay demişdir ki, ərindən boşansa, onunla ailə quracaq. 2006-cı ildə əri yaşadıqları mənzili və zirzəmidəki obyekti 180.000 manata satmışlar. Həmin pulun bir hissəsinə Yasamal rayonu, M.H.ünvan 2 ünvanını almışlar. Bir hissəsinə isə ünvan 3si olan 3 otaqlı mənzili almışlar. Hansı ki, həmin binadan Oktay da, özünə mənzil almışdır. Ailə üzvüləri ilə birlikdə 2009-cu ildə İsveçə köçmüşdür. Onlar getməmiş Oktayla əlaqəni kəsmək üçün həmin binadakı mənzili 135.000 manata satmışlar. Həmin puldan 50.000 ABŞ dollar edib Respublika bankına qoymuş, qalan pulu, yəni 83.000 manatı Oktaya vermişdir ki, puldəyişmə məntəqəsində dövr etdirib ona qazanc versin. Hansı ki, həmin vaxtlarda Oktay puldəyişmə məntəqəsi işləmişdir. 2012-ci ildə yenidən Bakı şəhərinə qayıtmışdır. İsveçdə olduğu müddətdə də, Oktayla telefon əlaqəsi saxlamış, geri qayıtdıqdan sonra isə onunla görüşməyib uzaqlaşmağa çalışmışdır. Oktayla görüşməyib əlaqəni kəsdiyinə görə Oktay yenidən onu əldə etmək məqsədi ilə ondan Nəsimi rayon polis idarəsinə şikayət etmişdir. Heç vaxt Oktaydan borca pul almamışdır və ona borcu yoxdur. Oktay ona şər və böhtan atır. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbi əsassız olduğundan, həmçinin, iddia müddətit tətbiq edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 385.1-386.1-ci və 739-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, Bakı şəhər BPİ-nin istintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi X1 01.03.2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən, İddiaçı pulunun tanışı Cavabdeh tərəfindən ələ keçirilməsi barədə müraciətinin araşdırılması zamanı izahatı alınmış X2 göstərmişdir ki, İddiaçı 1987-ci ildən tanıyır, Tibb Universitetində bir yerdə təhsil almışlar. 2013-cü ilin yanvar ayında A.Məhərrəmov küçəsində yerləşən aptek və puldəyişmə məntəqəsində olarkən Oktay ona zəng edərək Gülmayəyə 25.000 ABŞ dolları verməsini demiş, o da, kassadan Oktaya məxsus puldan 25.000 ABŞ dolları götürüb Gülmayəyə vermişdir. Sonra eşitmişdir.Gülmayə Oktayı aldadıb aldığı pulları qaytarmamışdır. X3 izahatında göstərmişdir ki, İddiaçı onun tələbə yoldaşıdır, Tibb Universitetində bir yerdə təhsil almışlar. Təxminən 2013-cü ilin aparel ayında Oktay ona zəng etmişdir kı, Gülmayəyə kassadan 20.000 manat pul götürüb versin. O da, kassadan 20.000 manat pulu götürüb Oktay dediyi yerə gedib ağ rəngli “Folsfagen” markalı, nömrəsini xatırlmamadığı avtomobildə sükanın arxasında əyləşmiş qadına yaxınlaşıb Gülmayə olduğunu dəqiqləşdirib 20.000 manat pulu ona verib iş yerinə qayıtmışdır. Aradan 1 həftə keçmiş Oktay yenə ona zəng edərək Gülmayə kassadan 12.000 manat götürüb verməsini demişdir. O da, kassadan Oktaya məxsus puldan 12.000 manat götürüb Gülmayəyə vermişdir. Həmin vaxt xalası oğlu X9 da. yanında işlədiyindən Gülmayəyə pul verməsini o da. görmüşdür. Üçüncü dəfə yenə Oktayın deməsi əsasında Əlinin yanında kassadan 8.000 manat pul götürüb Gülmayəyə vermişdir. Beləliklə də, Oktayın deməsi əsasında puldəyişmə məntəqəsində kassadan Oktaya məxsus 40.000 manat götürüb Gülmayəyə vermişdir. X9 izahatında Telman Həsənov izahatında göstərdiyi halları eyni ilə göstərmişdir. Cavabdeh eynilə hazırki məhkəmə iclasında verdiyi izahata uyğun ifadə vermiş, heç vaxt Oktaydan borca pul almadığını və ona 40.000 manat və 80.000 ABŞ dolları borcunun olmadığını bildirmişdir. X8 izahatında göstərmişdir ki, həmin pulu valideyinləri Oktaya veribdir ki, puldəyişmə məntəqəsində həmin pulu dövr etdirsin. X4 izahatında bacısı Cavabdeh və bacısı qızı X8 dediklərin bir daha təsdiq etmişdir. Toplanmış materialla İddiaçı ilə Cavabdeh arasındakı mübahisənin mülki xarakterli olduğu, Cavabdeh əvvəldən niyyətinin İddiaçı aldatmaq olmadığı, belə olan halda Cavabdeh əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkib əlamətlərinin yaranmadığı .müəyyən edilmiş, cinayət işinin başlanması rədd edilərək, zərərçəkənə dəymiş ziyana görə məhkəmədə mülki iddia qaldıra bilməsi hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırda İddiaçı iddia edir ki, Cavabdeh 2013-cü ildə qısa müddətə verdiyi 40.000 manat və 80.000 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən ona qaytarılmamışdır. Cavabdeh isə pulları aldığın etiraf etmiş, lakin öz pulunu aldığını bildirərək iddia müddətinin keçməsi barədə ərizə vermişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, tərəflər arasında kredit münasibətləri 2013-cü ildə yaranmış və həmin tarixindən qısa bir müddətdə qaytarılması şərti ilə verdiyini iddiaçı bildirmişdir. Buna baxmayaraq, iddiaçı mülki qanunvericiliyin iddia müddətinə dair tələblərini nəzərə almadan 13.07.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan, iddia müddəti ötürülmüş sayılıb rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əzı̇ zov Oktay Qeysəddı̇ n oğlunun Cavabdeh qarşı "pul tələbinə dair" iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar