Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4826/2022 28.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X8 qarşı " müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs X8 qarşı " müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin alqısatqı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən 64 saylı mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri. Yasamal rayonu Həsənbəy ünvan 2 ünvanda yerləşən 64-cii mənzilə dair ilkin alqısatqı müqaviləsi bağlamışıq və həmin mənzil müqavilə şərtləri daxilində cavabdehə təhvil verilmişdir. Müqavilənin predmrti ondan ibarət olmuşdur ki, o, əmlakı ipotekadan azad etdikdən sonra cavabdehə 117818 manata satmaqla bağlı razılğa gəlirlər. Alıcı müqavilənin şərtlərinə əsasən ilkin olaraq satıcıya 10000 manat ödəyir və qalan 106818 manatı isə ipoteka ilə yüklü olan mənzilə görə banka ödəməyi öhdəsinə götürür. Lakin, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, ilkin müqavilənin 1-ci bəndinə əsasən cavabdeh aldığı mənzilin kredit ödənişlərini vaxtında etməmş, bununla da müqavilə şərtlərini təqsirli olaraq pozmuşdur. Alıcı tərəfindən ipoteka ilə yüklü olan əmlaka görə ödəniş aparılmadığına görə məcbur olub iş üzrə 3-cü şəxs olan X4 55450 manat borc alaraq krediti ödəmişdir. Bu səbəbdən də mənzilə dair sənədləşmə işlərinin aparılması barədə alıcı Cavabdeh Səladir qızına verdiyi etibarnaməni də qanuni əsaslarla ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 402.1. maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əslində, bu müqavilə əmlaklarla, işləıiə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. Ona görə qanunverici belə müqavilələrin dövlət reyestrində qeydə alınmasını nəzərdə tutmamışdır. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının məqsədi daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılınasının (yüklülüyüniin) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınmasıdır. Gələcəkdə müqavilə bağlanması öhdəliyi ilə bağlı müqavilənin dövlət reyestrində qeydiyyata alınmasına zərurət yoxdur. İlkin müqavilələrin reyestrdə qeydə alınmasına nə qanuni və nə də məntiqi zərurət qalmır. Mülkiyyətdə olmayan, dövlət reyestrində qeydiyatı olmayan əmlakla bağlı ilkin müqavilənin qeydiyatına dövlət nəzarət etməli deyil və bunu öz üzərinə götürmür. Analoji hallarda tərəfər razılaşırlar ki, həmin əmlakın sənədləşmələrini həyata keçirdikdən sonra əmlakın alqı-satqısını həyata keçirəcəklər (əsas müqaviləni bağlaş acaqlar). Məhz bundan sonra, əsas müqavilənin bağlanmasından sonra onun dövlət reyestrində qeydiyyata alınmasına zərurət yaranır. Lakin, əmlakın dövlət reyestrində qeydiyyata alınmasına qədər onun barəsində hər-hansı müqavilə bağlanmasını qanunverici istina etmir. Mülki Məcəlləyə daxil edilmiş ilkin müqavilə institutu məhz belə miiqavilələrdəndir. Onun məqsədi gələcəkdə bu və ya digər müqavilənin bağlanmasını təşkil etməkdir. Adətən bu müqaviləni o vaxt bağlayırlar ki, tərəflər gələcəkdə bağlanacaq müqavilənin əsas şərtləri barədə razılığa gəlirlər, amma onun bağlanmasına maneələr mövcuddur (Məs: alıcı əmlakı almaq üçün hələ kifayət qədər vəsaitə malik olmur, və yaxud satıcı əmlakı satmaq üçün zəruri olan sənədləşmələri aparmamışdır). Məhkəmə prosesinin gedişatında iddiaçı iddia tələbinin tələbinin dəqiqləşdirilməsi və həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh və X5 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 64-cü mənzilə istifadə hüquqlarının itirilməsi və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə 3-cü şəxs olan X4 alaraq banka ödədiyi məbləğlər çıxılmaqla banka olan ümumi borc 28562,18 manat olmuşdur. Hazırda Cavabdeh banka ödəməli olan borcu 18037,52 manat, ona ödəməli olduğu məbləğ isə 79257 manatdır. Qeyd olunan borc məbləğ ödənilmədiyindən və banka olan kredit ödənişləri mütəmadi olaraq gecikdirildiyinə görə hesab edir ki, Bakı şəhəri 11 saylı Natariat Kontorunun xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh və X5 mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu Həsənbəy ünvan 2 ünvanda yerləşən 64-cü mənzilə istifadə hüquqları itirilməli və həmin mənzil boşaldılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, X11 ilə 2013-cü ildə tanış olmuşdur. Aralarında rəsmi nikah münasibətləri olmasa da, 2016-cı ildə övladları dünyaya gəlmişdir. Sovetski ərazisində ona məxsus olan evi söküləndə kompensasiya olaraq 29.878 manat pul almış, İlham həmin pulu ona verməsini və üzərini müəyyən qədər artırdıqdan sonra yeni mənzil alacağını bildirmişdir. X1 etibarnamə verdiyi üçün o, bankdan pulu götürüb X8 vermişdir. X11 ev alıb daha sonra onun adına keçirəcəyinə söz vermişdir. Evə köçəndə evin ipotekada olmasından xəbəri olmamışdır. Heç bir yerdə işləmədiyindən evi onun işçisi olan Elyarın adına alacağını, borcu ödədikdən sonra onun adına keçirəcəyini bildirmişdir. 2021ci ildə İddiaçı ilə alqı-satqı müqaviləsi bağlamışdır. Notariusda İddiaçı 10000 manat vermişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, kifayət qədər uzunmüddətli məhkəmə təcrübəsində ilk dəfə belə bir halla rastlaşır ki, müqavilə tərəfi hər hansı digər şəxsi müqavilənin ləğvi tələbinə dair kreditor qismində üçüncü şəxs qismində cəlb edir. iddia ərizəsinin giriş hissəsindən bəlli olur ki, X3 Elyar Eldar oğlunun iddiasında cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəfi sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bu zaman nə iddia ərizəsində, nə də ki iddiaçının izahatında hazırkı iddianın X6 hüquq və vəzifələrinə təsir edə biləcəyinə aydın şəkildə izah verilməmiş, ona qarşı hansı tələb irəli sürülməsi də göstərilməmişdir. İlham Bağırovun istər prosessual hüquq normaları baxımından, istərsə faktiki hallar baxımından hazırkı iddianın qəbul (etiraf) etmək subyektiv hüququ yoxdur. Belə olan halda bəlli olur ki, X2 olaraq formal prosessual əsaslarla hazırkı məhkəmə prosesində iştirak etmək üçün real imkanlar yaradılmış, lakin üçüncü şəxsin real maraqları İddiaçı maraqları kimi pərdələnmişdir. Məhkəmə hazırlıq iclasında İlham Bağırov bildirmişdir ki, mübahisəli mənzil ipoteka ilə yüklü ediləndən sonra aylıq kredit ödənişləri üçün zəruri pul məbləğləri İddiaçı verirdi ki, sonuncu banka gedib həmin pulları ödəsin. X11 həmçinin bildirmişdir ki, mübahisəli evi Cavabdeh üçün almış, lakin sonradan Cavabdeh birgə münasibətlərdən doğulan oğlan uşağın dair atalıq faktını məhkəmə qaydasında tanıtdırdığı üçün acığa düşmüş və mübahisəli mənzili ona vermək artıq istəmir. İddiaçı isə Vəkil3 sualına cavabında İlham Bağırovun dedikləri ilə razı olduğunu və təsdiq etdiyini bildirmişdir. İddiaçı hazırkı iddianın irəli sürülməsini belə bir əsaslandırmışdır ki, guya X11 mübahisəli mənzilə görə ödədidiyi pulları ondan tələb edir. Halbuki iddia ərizəsində qeyd etmişdir ki, o, İlham Bağırovdan 55.000 manat məbləğində borc pul götürmüşdür. Halbuki, İddiaçı və üçüncü şəxs İlham Bağırov əvvəlcə inkar etməyə çalışsalar da, sonradan dostluq münasibətlərini etiraf etmişdirlər. Faktiki hallar isə ondan ibarətdir ki, İddiaçı İlham Bağırovun işçisidir və onun tapşırıqlarını yerinə yetirir. İnandırıcı deyil ki, İlham Bağırova bu pullar lazım olmadığı halda, dostundan pulları tələb etsin. Həm də belə bir iddia mövcud deyil. Ötən məhkəmə baxışı iclasında isə X11 bildirmişdir ki, onun bu pullara ehtiyacı yoxdur, mənzili oğlu üçün almış, lakin sonradan Cavabdeh müxtəlif instansiyalara ondan şikayət etdiyindən, mənzilin ona qalmasını istəmir. Bununla da, həmçinin X6 etirafından da bir daha təsdiq olunur ki, faktiki hallar ondan ibarətdir ki, Cavabdeh X11 ilə əvvəllər faktiki ər-arvad münasibətlər yaşamışlar və birgə təsərrüfat aparmışlar. Cavabdeh məxsus əvvəlki mənzili 2016-cı ildə şəhərdə aparılan abadlaşdırılma işləri ilə bağlı sökülüb əvəzinə kompensasiya ödənildiyi üçün, 30.000 manata yaxın pul İlham Bağırovun təklifi ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektindəki 68 saylı evin 64 nömrəli mənzilin alqışına sərf edilmişdir. Cavabdeh İlham Bağırova güvəndiyi üçün, pulları ona verilmişdir. İlham Bağırov isə üstünə artıq pul qoyaraq mübahisəli mənzili Cavabdeh adına alındığını əvvəlcə bildirsə də, sonradan məlum olmuşdur ki, mənzil İddiaçı adına rəsmilləşdirilmişdir. İlham Bağırov bunu belə izah etmişdir ki, Cavabdeh adına ipoteka müqaviləsinin rəsmilləşdirilməsi çətin olmuşdur. 2021-ci ildə isə Cavabdeh təkidi ilə mübahisəli mənzil cavabdehin adına ilkin alqı-satqı müqaviləsi ilə rəsmilləşdirilmişdir. xx.xx.2021-ci il tarixli ilkin alqı-satqısı müqaviləsi bağlanandan sonra bir müddət Cavabdeh kredit ödənişləri üçün nəzərdə tutulan pulları İlham Bağırova verirdi ki, sonuncu krediti ödəsin. 2021-ci ilin sonunda isə bəlli olmuşdur ki, İlham Bağırov kredit ödənişləri həyata keçirmir. Bundan sonra Cavabdeh kredit üzrə cari borcu bağlamış və kredit ödənişləri şəxsən həyata keçirirdi. Maraqlısı odur ki, xx.xx.2021-ci il tarixdən sonrakı üç ay ərzində İlham Bağırov təqsirindən gecikmə yaranarkən, İddiaçı hazırkı iddia tələblərini irəli sürməmiş, artıq neçə aylar sonra vaxtında ödənişlər həyata keçirildiyi halda iddianı məhkəməyə təqdim etmişdir. Cavabdeh isə xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirir. Həm özü 30.000 manat məbləğində, həm də İlham Bağırov ona yardım edərək mənzilin ödənişləri həyata keçirmişlər, müqavilə bağlandığı günü daha 10.000 manat ödəniş etmiş, sonradan isə müvafiq qrafik üzrə ödənişləri həyata keçirir. Ən azı müqavilə müddəti bitmədiyindən, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməsini iddia etmək əsassızdır. X11 İddiaçı vasitəsi ilə cavabdehə təzyiq göstərməyi çalışır ki, X14 Kərimovanın faktiki ailə münasibətlərindən doğulmuş oğlan uşağının atalıq faktı ləğv edilsin, Cavabdeh bu iddialarından imtina etsin ki, gələcəkdə uşaq İlham Bağırovun rəsmi nikahdan onlan uşaqları ilə birlikdə vərəsələr sırasına daxil olmasın. Məhkəməyə təqdim edilmiş İlham Bağırovla arvadı Təranə Bağırova ilə Cavabdeh arasında olan “SMS” yazışmalarından göründüyü kimi, İlham Bağırov cavabdehə təzyiq göstərirdi ki, uşaq iddiaları ilə ondan əl çəksin, əvəzində ev problemləri yaşamasın. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 izahatında göstərmişdir ki, İddiaçıla ilkin alqı-satqı müqaviləsi bağlayaraq evi almışdır. Evi almaqda məqsədi daha sonra onu cavabdehə vermək olub, hətta cavabdehi evə qeydiyyata da salmışdır. Bank ödənişlərini bir müddət müntəzəm olaraq etsə də, bir müddət sonra ödəyə bilməmişdir. Daha sonra iddiaçıya Cavabdehlə alqı-satqı müqaviləsi bağlamasını tövsiyə etmişdir. Lakin cavabdehin onu nüfuzdan salmaq üçün etdiyi hərəkətlərə görə mənzili boşaltmasını və iddiaçıdan verməli olduğu məbləğin verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cavabdeh bacısıdır. 2016-cı ilin iyun ayında bacısı etibarnamə verdiyinə görə ona məxsus Sovetski ərazisində yerləşən evin sökülməsinə görə verilən 30000 manat pulu “AzərTürk” bankdan çəkmişdir. İlham Bağırovla olan telefon danışıqlarında ona bildirmişdir ki, pulun bir qismini dollara çevirsin. O da, 25000 manatı dollara çevirmiş, 5000 manatı isə manat olaraq X8 vermişdir. X11 ona bacısı üçün ev aldığını, bu məbləği də banka qoyacağını demişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı PHŞ tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1, 64 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh birinci tərəfin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1, 64 saylı mənzil ipotekadan azad olunduqdan sonra 117818 manata ikinci tərəfə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə görə ikinci tərəf alqı-satqı məbləğindən 10000 manat notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə birinci tərəfə ödəmişdir. Kredit müqavləsi ilə müəyyən edilən məbləğ və faiz üzrə qalan 106818 manat kredit və ipoteka müqavilələri ilə müəyyən edilən qaydada ipoteka saxlayana ödənilməsini, qalan 1000 manatı isə alqı-satqı müqaviləsi bağlananda ödəməyi öhdəsinə götürmüşdür. İlkin müqavilə Bakı şəhəri 11 saylı notariat kontorundə təsdiq edilmiş və reyestrdə 3M-1424 nömrə ilə qeydiyyatı aparılmışdır. İş materiallarında olan kreditor-ipoteka saxlayan "xxxx"ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı X13 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 1-226 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı ümumi sahəsi 62.73 m, yaşayış sahəsi 46.73 m, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1, 3 otaqlı 64 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 60000 manatdır, mənzilin dəyərinin 10000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 50000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2010-cu il tarixli 226/İK/10 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən müəyyən olunur ki, alıcı-ipoteka qoyan İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 55450 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Yasamal RİH tərəfindən yaşayış obyektlərinin söküntüsü üçün mülkiyyətçilərə ödənən təzminat vəsaiti olaraq "xxxx" ASC Yasamal fililanından Cavabdeh adından etibarnamə ilə çıxış edən X9 xx.xx.2016-cı il tarixində 29710 manat verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1061/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X8 qarşı “alimentin tutulması tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Beləliklə, işin məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin müqavilənin şərtlərinə Cavabdeh alqı-satqı məbləğindən 10000 manat notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə İddiaçı ödəmiş, kredit müqavləsi ilə müəyyən edilən məbləğ və faiz üzrə qalan 106818 manat kredit və ipoteka müqavilələri ilə müəyyən edilən qaydada ipoteka saxlayana ödənilməsini, qalan 1000 manatı isə alqı-satqı müqaviləsi bağlananda ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ilkin müqavilə şərtləri pozularaq, mübahisəli mənzilə görə kredit və ipoteka müqavilələri ilə müəyyən edilən qaydada ödənişlər həyata keçirilməmişdir. Göründüyü kimi, iddiaçı ilkin müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə isə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat öfisində bağlanmış 3M-1424 reyest nömrəli xx.xx.2021-ci il tarixli ilkin müqavilə ləğv edilməli, Cavabdeh və X5 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 64cü mənzilə istifadə hüquqları itirilməli və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış 3M- 1424 reyest nömrəli xx.xx.2021-ci il tarixli ilkin müqavilə ləğv edilsin. Cavabdeh və X5 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 64-cü mənzilə istifadə hüquqları itirilsin və mənzil boşaldılsın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4826/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4826/2022
28.12.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver