Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1556/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı MTK-nın cavabdeh X1rşı, iddiaçı cavabdeh İddiaçı MTK-ya qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin lazımınca icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən X1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Tərəflər arasında bağlanmış ## #### 2021-ci il tarixli, *** nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində, 3 otaqlı 125,5 kvm-dən ibarət ** №-li mənzili tikib Khadish Mohammada təhvil verməyi, sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.
3. # #### 2021-ci il tarixdə Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdehə verilməsi nəzərdə tutulan mənzilin 1 kv.m qiyməti 1.298,80 manat, ümumi dəyəri isə 163.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə imzalanarkən “sifarişçi” ilkin ödəniş kimi ümumi dəyərin 50.000 manatını ödəməyi, qalan 113.000 manat məbləğini isə 12 ay ərzində hər ayın 1-də 4.703,33 manat olmaqla hissə hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti # #### 2022-ci il tarixədək müəyyən edilmişdir.
4. Məhkəməyə müraciət edilən zaman Khadish Mohammadın tərəf olduğu müqavilə üzrə MTK qarşısında 58.000 manat borcunun olması işin mübahisələndirilməyən halıdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı MTK cavabdeh X1rşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında # #### 2021-ci il tarixli, *** saylı müqavilənin ləğv olunmuş hesab edilməsi, cavabdeh X1, azyaşlı (##.##.2009-cu il təvəllüdlü) və qeyrilərinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində, 3 otaqlı, 125,5 kv.mdən ibarət ** №-li mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ### 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi varisi olan İddiaçı Mənzil-Tikinti Kooperativi isə ## #### 2024-cü il tarixdə dövlət qeydiyyatından keçməklə ona **************** saylı çıxarış verilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında ## #### 2021-ci il tarixli, *** saylı müqavilənin 1-ci bəndinə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində, 3 otaqlı, 125,5 kv.m-dən ibarət ** №-li mənzili tikib cavabdehə təhvil verilməsini və cavabdeh öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m qiyməti 1298,80 manat həcmindədir. Mənzilin ümumi sahəsi 125,5 kv.m-dir. Mənzilin ümumi dəyəri 163000 manatdır. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalanarkən cavabdeh müqavilənin ümumi dəyərinin 50000 manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən tikinti işləri yerinə yetirildikcə cavabdeh mənzilin ödənilməyən 113000 manat məbləğini 12 ay ərzində hər ayın 01-də 4708,33 manat ödəməlidir. (Müqaviləyə * nömrəli əlavədə göstərilən qaydada). Müqavilənin 6.2.4-cü bəndinə əsasən mənzil tikintisi ilə əlaqədar cavabdeh tərəfindən müqavilənin 3-cü və 4-cü bəndlərinin nəzərdə tutulmuş şərtləri cavabdeh tərəfindən yerinə yetirilmədikdə iddiaçının birtərəfli qaydada xəbərdarlıq etmədən müqaviləyə xitam vermək hüququ var. Cavabdeh müqavilə bağlanandan sonra ilkin 50000 manat məbləğində vəsaiti ## #### 2021-ci tarixdə ödəmiş və müqavilə şərtlərini davamlı olaraq pozmuşdur. Belə ki, 12 ay ərzində hər ayın biri 4708,33 manat ödəmək əvəzinə 1500 manat ödəmişdir və müqavilə üzrə 12 ay ərzində 163000 manat əvəzinə 86500 manat ödəniş etmişdir, bu müddət ərzində cavabdeh iddiaçıdan icazə alıb mənzili təmir etmiş, arvadı və iki azyaşlı uşağı ilə məskunlaşmışdır. Bundan sonra cavabdeh 78000 manat qalıq borcundan 9 ay ərzində hissəhissə cəmi 28500 manat ödəniş etmişdir, 2023-cü ilin aprel ayından sonra (58000 manat) ödəniş etmədiyinə və sistematik müqavilə şərtlərini pozduğuna görə ## ### 2023-cü il tarixli ** saylı, ## ### 2024-cü il tarixli ** saylı, ## #### 2025-ci il tarixli ** saylı məktubla (pretenziya) müqavilənin 6.1.1-ci bəndinə əsaslanaraq, birtərəfli qaydada müqavilənin qüvvədən düşdüyü bəyan edilmişdir və 7 gün ərzində mənzilin boşaldılması tələb olunmuşdur. Lakin cavabdeh mənzili boşaltmaqdan boyun qaçırır.
7. Həmçnin iddiaçı X1 cavabdeh İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı MTK-ya 58.000 manat ödənilməklə, İddiaçı MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunması üçün maliyyə arayışlarının və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ## #### 2021-ci il tarixli, *** saylı müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 125,5 km2 olan, ** nömrəli mənzili ona təhvil verilməsini, o isə mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalanarkən “Sifarişçi” müqavilənin ümumi dəyərinin 50000 manatını ödəyir, həmin müqavilənin 4.2-ci bəndinə əsasən isə müqavilə üzrə qalan 113000 manat məbləğinin 12 ay ərzində hər ayın 1-də 4708,33 manat məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə bağlanmamışdan öncə mənzilin alınması şərtləri şifahi olaraq İddiaçı MMC-nin (bundan sonra MMC) təsisçisi və direktoru– Akif Sadıqovla razılaşdırılmış və sonradan müqavilə bağlanmışdır. MMC-nin direktoru ilə əldə olunmuş razılığa əsasən, tərəfindən ilkin olaraq 50000 manat pul ödənilmişdir və ilkin ödənişdən 1 həftə sonra o mənzildə təmir işlərinə başlamışdır. MMC nin direktorunun 6 ay ərzində binanın istismara qəbul aktını alıb və onun da həmin mənzilə 6 ay sonra çıxarış alıb problemlərini həll etmək şərti ilə aylıq ödənişləri həyata keçirmişdir. O və cavabdeh İddiaçı MMC bu şərtlərlə razılaşıb mənzilin alqı-satqısına razılaşsa da, müqavilə bağlanarkən MMC-nin direktoru bildirmişdir ki, mənzilin alqı satqısına dair bağlanılan müqavilə şablon formadı, ödəniş şərtləri formal xarakter daşıyır və şifahi danışıqlara uyğun ödənişlər aparılacaq. Nəticədə o bu səbəbdən razılaşaraq, cavabdehlə müqavilə bağlayıb 50000 manat ödəniş etmişdir. Lakin MMC verdiyi vədə əməl etməmişdir və onun aldığı mənzili müqavilə bağlanandan 1 həftə yox, 6 ay sonra təmir üçün təqdim etmişdir. Bu səbəbdən onun planları pozulmuş və uzun müddət kirayədə yaşamaq və kirayə ödənişləri etmək məcburiyyətində qalmışdır, bu da onun maliyyə imkanlarını çətinləşdirmişdir. Bununla bağlı o, MMC-nin direktoru Akif Sadıqovla müəyyən danışıqlar aparmışdır. Sonuncu dəfə cavabdeh ona bildirib ki, ödənişləri etmək üçün əlavə olaraq 1 il vaxt veriləcək, tezliklə bina istismara qəbul olunacaq və o mənzilə çıxarış alaraq bankdan kredit götürüb ödənişlərini rahat bağlayacaq. Bununla bağlı MMC nin direktoru müqavilənin üzərində müvafiq qeydlər aparıb imza atmışdır. O deyilənlərə inanaraq, aylıq ödənişləri davam etdirərək 110.000 manat ödəniş etmişdir, lakin MMC-nin direktoru verdiyi vədə əməl etməyərək, binanın istismara qəbul aktını dövlət orqanlarından almamış və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O yenidən MMC-nin direktoru ilə danışıqlar aparmış və razılaşmışdır. Razılaşmaya görə, MMC inşa etdiyi binanın istismara qəbul aktını alıb mənzilləri özəlləşdirməyə buraxandan sonra tərəfindən 58000 manat qalıq məbləğ MMC-yə ödəniləcək. Lakin onun yaşadığı mənzilə daxil olmuş ## #### 2025-ci il tarixli ** №-li məktubla cavabdeh İddiaçı MTK yaranmış borcla bağlı mənzilin boşaldılmasını tələb etmişdir. O, həmin məktuba cavab olaraq rəsmi qaydada İddiaçı MTK-ya müraciət edərək, İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının istismara qəbul aktının alınması və mənzillərə Çıxarışın verilməsi barədə məlumatın verilməsini xahiş etmiş və bildirmişdir ki, mənzillərə Çıxarışın verilməsi barədə məlumat verilən kimi qalıq borc onun tərəfindən şirkətə ödəniləcək. Lakin İddiaçı MMC-nin sahibi Akif Sadıqov ona hədə-qorxu gələrək, yaşadığı mənzilə tanımadığı adamları göndərərək, mənzilin boşaldılmasını tələb etmiş və həmin mənzilin satışa çıxaracağını bildirmişdir. Bu səbəbdən o məhkəməyə müraciət edərək, daşınmaz əmlaka dair hüquqlarının təmin edilməsi üçün cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə həmin sənədlərin özünə verilməsini tələb etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərardadına əsasən iddiaçı X1 cavabdeh İddiaçı MTK-ya “sənədlərin verilməsi” tələbinə dair *(***)-****/**** saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı MTK-nın cavabdeh Khadish Mohammada qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə e-*(***)-****/**** saylı mülki işə birləşdirilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək İddiaçı MTK ilə X1 arasında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 125,5 kv.m-dən ibarət ** №-li mənzilə dair bağlanmış ## #### 2021-ci il tarixli *** nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin ləğv olunması; X1 ailə üzvləri ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 125,5 kv.m dən ibarət ** №-li mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılmaları; icraatı birləşmiş iş üzrə iddiaçı X1 cavabdeh İddiaçı MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir (hakim Ilahə Abbasova).
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, # #### 2021-ci il tarixli *** nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin şərtləri İddiaçı MTK tərəfindən tam icra edildiyi halda, Khadish Mohammad tərəfindən müqavilə üzrə öhdəlik pozulduğu sübut edildiyindən, yəni mübahisəli mənzilin dəyəri Khadish Mohammad müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilmədiyindən, həmin müqavilədə mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındıqdan sonra ödənişin tam icra edilməsi şərti nəzərdə tutulmadığından, tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı 125,5 kvm-dən ibarət ** №-li mənzilə dair bağlanmış ## #### 2021-ci il tarixli *** nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə ləğv edilməli, X1 ailə üzvləri ilə mübahisəli mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılmalıdır.
12. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbini araşdıraraq hesab etmişdir ki, Khadish Mohammad tərəfindən müqavilə üzrə müəyyən edilmiş məbləğ tam şəkildə ödənilmədiyi iş materialları ilə təsdiq edildiyindən və hazırkı qətnamə ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən, iddiaçı X1 cavabdeh İddiaçı MTK-ya qarşı “sənədlərin verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.1, 390.2, 390.5, 405.2, 425.1, 427.1, 427.2, 442 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. X1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini; tərəfindən verilmiş iddianın təmin edilməsi, cavabdeh İddiaçı MTK-ya 58.000 (əlli səkkiz min) manat ödənilməklə, İddiaçı MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin müvafiq ərazi idarasinə təqdim olunması üçün maliyyə arayışlarının və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun ona verilməsi, eyni zamanda İddiaçı Mənzil-Tikinti Kooperativinin ona qarşı “müqavilənin ləğv olunmuş hesab edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edir ki, MMC müqavilənin 6.1.1-ci bəndinə əsaslanaraq, birtərəfli qaydada müqavilənin qüvvədən düşdüyünü bəyan edir və 9.2-ci bəndinə əsasən mənzil təkrar satışa çıxarır və mənzil satıldıqdan sonra pul geri qaytarılacaqdır. Həmçinin qətnamədə o da qeyd edilir ki, məhkəmə baxışı zamanı tərəfindən qalıq borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndində deyilir ki, sifarişçi aldığı mənzilin dəyərini ödəyə bilmədiyi halda, sifarişçi mənzili almaqdan imtina etdiyi halda, mənzil satışa çıxarıla bilər. Bununla bağlı qeyd etmişdir ki, onlar mənzilin dəyərini ödəməkdən imtina etməmişlər, axırıncı ## ####### 2025-ci il tarixli məhkəmə baxışı iclası zamanı məhkəmə tərəfindən ona təklif olunmuşdur “qalan borcu ödəməyə razısız məhkəmə iclası gedişatı zamanı ödəyin”, bildirmişlər ki, “məhkəmə iclasını təxirə salın, növbəti məhkəmə iclasına qalan məbləği tam şəkildə gətirib iclas zamanı ödəyə bilərik”, tikinti şirkəti isə ödəməni qəbul etməkdən imtina etmiş, bildirmişdir ki, borcun iki qatını ödəyin, mənzilin bazar qiymətləri qalxmışdır. Məhkəmənin nəzərinə onu da çatdırmışdır ki, ilkin olaraq mübahisəli mənzilə dair onun cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinə qarşı mübahisəli mənzilə dair sənədlərin verilməsi barədə Nərimanov rayon Məhkəməsində ##.##.2025-ci il tarixdə iddia qaldırdıqdan təxminən bir ay sonra İddiaçı Mənzil-Tikinti Kooperativi Xətai rayon Məhkəməsində ona qarşı ## #### 2021-ci il tarixli, *** saylı müqavilənin ləğv olunmuş hesab edilməsi və mənzildən çıxarılmaya dair iddia qaldırmışdır. Məhkəmə onu da qeyd edir ki, təmirə icazə verilməsini xahiş edir, mənzilin pulunu tam ödəyə bilməsə, mənzili geri qaytarası olsa, təmirə xərclədiyi pulu şirkətdən tələb etməyəcəyinə söz vermişdir. Bununla bağlı qeyd etmişdir ki, sifarişçi Iran Respublikası vətəndaşıdır və farsdır, yazılan əl yazı isə azərbaycan dilində yazılmışdır. Sifarişçi isə qeyd edir ki, şirkət tərəfindən həmin yazı şablon formada onun qabağına qoyulmuş və bildirilmişdir ki, “sənədləşdirmə üçün bu ərizə sizin tərəfinizdən yazılamalıdır”. Onlar arasında da qarşılıqlı etimad olduğundan, iddiaçı əlyazmanı sorğu sual etmədən olduğu formada köçürmüşdür. Bildirir ki, İddiaçı MMC ilə onun arasında bağlanmış ##.##.2021-ci il tarixli, *** saylı müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 125,5 km olan, ** nömrəli mənzili ona təhvil verilməsini, o isə mənzili qəbul edib haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalanarkən “Sifarişçi” müqavilənin ümumi dəyərinin 50.000 manatını ödəyir, həmin müqavilənin 4.2-ci bəndinə əsasən isə müqavilə üzrə qalan 113.000 manat məbləğinin 12 ay ərzində hər ayın 1-də 4708.33 manat məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd etmişdir ki, yuxarıda qeyd olunan müqavilə bağlanmamışdan öncə mənzilin alınması şərtləri şifahi olaraq İddiaçı MMC-nin (bundan sonra MMC) təsisçisi və direktoru Akif Sadıqovla razılaşdırılmış və sonradan müqavilə bağlanmışdır. MMC-nin direktoru ilə əldə olunmuş razılığa əsasən, tərəfindən ilkin olaraq 50.000 manat pul ödənilir və ilkin ödənişdən 1 həftə sonra mənzildə təmir işlərinə başlanır və aylıq ödənişlər həyata keçirilir bu şərtlə ki, MMC-nin direktoru 6 ay ərzində binanın istismara qəbul aktını alacaq və o mənzilə 6 ay sonra Çıxarış alıb problemlərini həll edəcəkdir. Onlar bu şərtlərlə razılaşıb mənzilin alqı-satqısına razılaşsalar da, müqavilə bağlanarkən MMC nin direktoru bildirmişdir ki, mənzilin alqı-satqısına dair bağlanılan müqavilə şablon formadı, ödəniş şərtləri formal xarakter daşıyır və şifahi danışıqlara uyğun ödənişlər aparılacaq. Bu səbəbdən onlar müqavilə bağlayıb 50.000 manat ödəniş etdilər. Lakin, MMC artıq verdiyi vədə əməl etməmiş və aldıqları mənzili müqavilə bağlanandan 1 həftə sonra yox, 6 ay sonra təmir üçün təqdim etmişdir. Artıq buna görə onların planları pozulmuş, MMC-yə görə uzun müddət kirayədə qalmaq və kirayə ödənişləri etmək məcburiyyətində olmuşlar ki, buda onların maliyyə imkanlarını çətinləşdirmişdir. Bununla bağlı MMC-nin direktoru Akif Sadıqovla müəyyən danışıqları olub və sonuncu onlara bildirib ki, ödənişləri etmək üçün əlavə olaraq 1(bir) il vaxt verəcək, tezliklə bina istismara qəbul olunacaq və onlar mənzilə Çıxarış alıb bankdan kredit götürüb ödənişləri rahat bağlayacaqlar. Bununla bağlı MMC-nin direktoru müqavilənin üzərində müvafiq qeydlər aparıb imza atmışdır. Onlar deyilənlərə inanaraq aylıq ödənişləri davam edərək 110 000 manat ödəniş etdilər, lakin MMC-nin direktoru verdiyi vədə əməl etməyərək binanın istismara qəbul aktını dövlət orqanlarından almamış və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Onlar yenə də MMC-nin direktoru ilə danışıqlar apardılar və aralarında olan son razılaşma belə oldu ki, MMC inşa etdiyi binanın istismara qəbul aktını alıb mənzilləri özəlləşdirməyə buraxandan sonra onlar tərəfindən 58000 qalıq məbləğ MMCyə ödəniləcək. Lakin, yaşadıqları mənzilə daxil olmuş ##.##.2025-ci il tarixli, ** №-li məktubla İddiaçı MTK yaranmış borcla bağlı mənzilin boşaldılmasını onlardan tələb etmişdir. Həmin məktuba cavab olaraq rəsmi qaydada İddiaçı MTK-ya müraciət edib İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının istismara qəbul aktının alınması və mənzillərə Çıxarışın verilməsi barədə məlumatın verilməsini xahiş etmişlər və bildirmişlər ki, mənzillərə Çıxarışın verilməsi barədə məlumat onlara verilən kimi qalıq borc onların tərəfindən şirkətə ödəniləcək. Lakin, İddiaçı MMC-nin sahibi Akif Sadıqov onlara hədə-qorxu gələrək, mənzildən çıxmalarını tələb etmiş, yaşadıqları mənzilə tanımadığı adamları göndərərək mənzilin boşaldılmasını tələb etmiş və həmin mənzilin satışa çıxaracağını bildirmişdir. Qeyd etmişdir ki, onların tələbi ödənilməmiş borcu cavabdehə ödənilməklə, həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan sənədlərin cavabdehdən alınması olunmuşdur. Məhkəmə əsassız yerə qətnaməsində bir neçə dəfə qeyd etmişdir ki, həmin pulu onlar məhkəmə baxışı zamanı belə ödəməmişlər. Məhkəmə icraatı zamanı onlardan pulun ödənilməsi soruşulmuş və tərəfindən təklif qəbul olunmasına baxmayaraq, cavabdeh bunu qəbul etməmiş, birtərəfli qaydada müqaviləyə xitam verdiyini bildirmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı MTK-nın nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Cəmilə Musayeva sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Fuad Babayev). Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəməyə müraciət edilən zaman Khadish Mohammadın tərəf olduğu müqavilə üzrə MTK qarşısında 58.000 manat borcunun olması işin mübahisələndirilməyən halıdır. Iddiaçının iddia ərizəsində göstərdiyi halların mübahisə predmeti olan müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi üçün əsas olubolmaması
18. məhkəmə tərəfindən araşdırılıb qiymətləndirilməli olan hüquqi məsələdir.
19. Bununla bağlı qeyd edilmişdir ki, sifarişçinin daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etməsi üçün müqavilədə nəzərdə tutulmuş ödənişləri müəyyən edilmiş müddətlərdə həyata keçirməməsi, yəni üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsi nəticəsində müqavilə şərtlərinin faktiki olaraq pozulduğu müəyyən edilir. Bu hal iddiaçıya # #### 2021-ci il tarixli, *** nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə birtərəfli qaydada xitam vermək hüququnun yaranmasına əsas vermişdir. Belə ki, bu pozuntu xarakter etibarilə əhəmiyyətli olmaqla müqavilənin məqsədinə çatmanı qeyrimümkün etmiş və iddiaçı üçün müqavilə münasibətlərinin davam etdirilməsini əsassız etmişdir.
20. Cavabdeh müqavilə şərtlərinə zidd şəkildə davrandığını ödənişlərin müqavilədə nəzərdə tutulmuş qaydada deyil, müqavilə bağlanmamışdan öncə İddiaçı MMC-nin təsisçisi və direktoru Akif Sadıqovla şifahi qaydada əldə olunmuş razılaşmaya əsasən keçirilməli olduğunu, mənzilin ona gec təhvil verildiyi üçün zərərə uğradığını, həmçinin qalıq borcun ödənilməsini çıxarışın verilməsini şərtləndirən sənədlərin MTK tərəfindən ona təhvil verilmədiyi ilə əlaqələndirsə də, tərəflər arasında # #### 2021-ci il tarixli, *** nömrəli Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin başqa qaydada icra edilməsinə şərait yaradan razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
21. Qeyd edilən hallara əsasən, kollegiya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin “müqavilənin ləğv olunmuş hesab edilməsi və s.” hissəsində əsaslı olduğu qənaətinə gəlmişdir.
22. Məhkəmə kollegiyası həmçinin iddiaçı X1 cavabdeh İddiaçı MTK-yə qarşı “sənədlərin təhvil verilməsi və s.” tələbinə dair hissədə qətnamənin qanuniliyinə və əsaslılığına ayrıca münasibət bildirməyi zəruri hesab etmiş və bu mövqe mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırılmışdır.
23. Məhkəmə mövqeyini Mülki Məcəllənin 6.1.5, 6.2. 21.1, 144-1.1, 178.8, 385.1, 386.1, 390.1, 405.1, 421.1, 421.2, 421.3, 422.1, 423.1, 425, 432.1, 442, 560.1, 560.2, 567, 752.1, 753.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
24. X1 (vəkil vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək tərəfindən qaldırılmış iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır ki, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı MMC-nin nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Etirazda Mülki Məcəlləsinin 421.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, # #### 2021-ci il tarixdə çoxmənzili yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdehə verilməsi nəzərdə tutulan mənzilin 1 kv.m qiyməti 1.298,80manat, təşkil edirdi. 2024-2025-ci illərdə həmin mənzillərin dəyəri 2300-2500 manat təşkil etmişdir. 2026cı ildə isə daha çox. Yəni cavabdehin müqavilə şərtlərini kobud pozması nəticəsində iddiaçı xeyli zərər çəkməkdədir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
32. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
36. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
38. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
39. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
45. Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, X1 “ailə üzvlərinin şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılması” hissəsi xaricində iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, qeyd edilən hissədən başqa apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, İddiaçı MMC Khadish Mohammad ilə bağladığı # #### 2021-ci il tarixli, *** nömrəli müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etsə də, Khadish Mohammad tərəfindən həmin müqaviləyə əsasən edilməli olan ödənişlərin əhəmiyyətli hissəsi ödənilməmişdir.
52. Belə olan halda iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etməsi və cavabdehin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmasını tələb etməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və yuxarıda göstərilən hüquq normalarına uyğun olmuşdur. Ona görə də X1 iddiasının rədd edilməsi, İddiaçı MMC-nin iddiasının isə müqavilənin ləğv edilməsi və Khadish Mohammadın şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılması hissəsində təmin edilməsi qanuni və əsaslıdır.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Khadish Mohammadın dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası bu hissələrdə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin sözügedən hissəsində ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi X1 iddiasının rədd edilməsi, İddiaçı MMC-nin iddiasının isə müqavilənin ləğv edilməsi və Khadish Mohammadın mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
57. Bununla belə Kollegiya hesab edir ki, qətnamə cavabdehin “ailə üzvlərinin şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılması” hissəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
58. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
59. Iş üzrə çıxarılmış məhkəmə qətnaməsində X1 çıxarılması qət edilən “ailə üzvlərinin” kimliyi – adı, soyadı, atasının adı göstərilməmişdir.
60. Nəzərə alınmalıdır ki, mübahisəli hüquq münasibətinin tərəfi sayılan və barəsində məhkəmə qərarı çıxarılan hüquq subyektinin kimliyi müəyyən edilmədən, eləcə də məhkəmədə iştirakı təmin olunmadan çıxarılan qətnamə həmin şəxslərə münasibətdə qanunvericiliyə uyğun şəkildə qəbul edilmiş məhkəmə aktı sayıla bilməz.
61. Ona görə ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (§ 37-39).
62. Məhkəmə tərkibi qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi qismən - X1 “ailə üzvlərinin şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılması” hissəsi ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilməlidir.
63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi X1 “ailə üzvlərinin şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılması” hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilərək iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.