Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4834/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarıması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarıması tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 771,04 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23.07.2020-ci il tarixində ərizə ilə müraciət edərək mərhum atası X5 10.04.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh atasının-ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 31.07.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 1371,04 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. Onun Mərkəzi filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200 manat) üç misli miqdarında (600 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1371,04 manat məbləğindən çıxılmış, qalan 771,04 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Cavabdeh yaranmış 771,04 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə 27.05.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 771,04 manat dövlət borcu Mərkəzi Filialın hesabına ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına 23.07.2020-ci il tarixdə ərizə ilə müraciət edərək mərhum atası X5 10.04.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcini özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh atasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi filiala vaxtında təqdim etmədiyindən onun müvafiq kart hesabına 31.07.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdeh 1371,04 manatı mərhumun kart hesabından götürmüşdür. Cavabdehin dəfn xərci ilə bağlı müraciətinə əsasən 200 manatın üç misli, yəni 600 manat dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1371,04 manat məbləğdən çıxılmış və qalan 771,04 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi filialın hesabına qaytarılmamışdır. Cavabdehə şifahi və rəsmi müraciətlər edilməsinə baxmayaraq tələb olunan pul məbləğini geri qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, o, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edirərək, bildirdi ki, atası Şahin Bayramov 09 aprel 2020-ci ildə vəfat etmiş, onun dəfnindən bir qədər sonra dəfn xərci ilə əlaqədar tələb edilən sənədləri toplayıb müvafiq orqana müraciət etmişdir. Lakin həmin sənədlərdə natamamlıq olduğu bildirdiyi üçün yenidən zəruri sənədləri bütünlüklə toplayıb poçt vasitəsi ilə müraciət etmişdir. Təqdim etdiyi sənədlər əsasında dəfn xərcinin ödənilməsi təmin edilməmiş, lakin mərhum atasının adına olan pensiya kartına onun pensiyası köçürüldüyündən o ehtiyac içərisində olduğuna görə həmin pul məbləğini oradan çıxarıb xərcləmişdir. Mərhum atasının krediti olduğu üçün kartdan cəmi 600-700 manat məbləğində pul çıxarmışdır. Əvvəlcə dəfn pulu olduğunu hesab etmişdir. Hazırda həmin pul məbləğini tam olaraq geri qaytarmaq imkanı xaricindədir, lakin buna dair qərar qəbul edilərsə hissə-hissə həmin pul məbləğini qaytara bilər. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 10.04.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan DSMF-nin vətəndaşın ödəniş vəziyyətindən çıxarışından görünür ki, X6 hər ay 397,79 manat məbləğində pensiya ödənişi edilmişdir. Sonuncu ödəniş 14.07.2020-ci il tarixdə edilmişdir. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında Qanunun 38.1.-ci madəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Həmin Qanunun 39.4.-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Həmin Qanunun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin atası X5 10.04.2020-ci il tarixdə vəfat etmişdir. Lakin cavabdeh bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 23.07.2020-ci il tarixdə müraciət etmiş və onların bu barədə yalnız həmin zaman məlumatları olmuşdur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı tərəfindən cavabdehin atasının kartına hər ay 397,79 manat məbləğində pensiya məbləği ödənilmişdir. Sonuncu ödəniş iyul ayı üçün edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarıması tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 771,04 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin atası X7 10.04.2020-ci il tarixdə vəfat etmişdir. Lakin onun kartına pensiya kartına aprel, may, iyun, iyul aylarının ödənişləri edilmişdir. Ona görə də iddiaçı həmin aylar üzrə yəni, aprel ayı üçün 21 gün, may, iyun, iyul ayları üçün ödənilmiş artıq pensiya məbləğini geri tələb etməkdə haqlıdır. X4 aylıq pensiya məbləği 397,79 manatdır. Belə olduğu halda ona hesablanmış artıq pensiya məbləği (397,79:30=13,25; 33,25X21 gün=278,45, 397,79X3=1193,19; 1193,19+278,45=1471,64 manat) 1471,64 manat təşkil edir. Daha sonra iddiaçının izahatından da göründüyü kimi 100.79 manat məbləğ kart hesabından silinmiş, qalan məbləğ 1371.04 manat isə cavabdeh tərəfindən mərhuma məxsus kart hesabından götürülmüşdür. Bundan sonra əmək pensiyasının minimum məbləğinin üç misli (dəfn pulu 600 manat) çıxıldıqdan sonra 1371,04-600=771,04 manat qalan məbləğ cavabdeh tərəfindən əsassız olaraq götürülmüş məbləğ təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələb tamamilə qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 771,04 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 771,04 (yeddi yüz yetmiş bir manat dörd qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4834/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4834/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver