Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4849/2025 08.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxslər 12 nömrəli Xüsusi İnternat Məktəbi, Elm və Təhsil Nazirliyi və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “internat məktəbində oxuma faktı, valideyn himayəsindən məhrum edilməsi faktı və internat məktəbindən oxuyan zaman yaxın qohumlarının ziyarət etməməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər 12 nömrəli Xüsusi İnternat Məktəbi, Elm və Təhsil Nazirliyi və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “internat məktəbində oxuma faktı, valideyn himayəsindən məhrum edilməsi faktı və internat məktəbindən oxuyan zaman yaxın qohumlarının ziyarət etməməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plünumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.3-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyini əsas götürərək hesab edir ki, hazırki tələblərə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı baxıla bilməz. Çünki, tələb üzrə ilk 2 xüsusatın müəyyən edilməsinin qanunla müəyyən edilmiş forması vardır. Belə ki, müvafiq məktəbdə oxuma faktı müvafiq təhsil sənədləri ilə (şəhadətnamə, attestat, arayış və s.) müəyyən edilir. 3-cü tələb üzrə isə hər hansı hüquqi nəticənin əldə edilməsi mümkün deyildir, həmin tələbin təmin edilməsindən ərizəçinin hansı hüquqi marağının olması qeyrimüəyyəndir. Qeyd olunanlar nəzərə alınmaqla, ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər 12 nömrəli Xüsusi İnternat Məktəbi, Elm və Təhsil Nazirliyi və Sosial Xidmətlər Agentliyi cəlb edilməklə “internat məktəbində oxuma faktı, valideyn himayəsindən məhrum edilməsi faktı və internat məktəbindən oxuyan zaman yaxın qohumlarının ziyarət etməməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 101 (yüz bir) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4849/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4849/2025
08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver