Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4853/2025 16.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1 və Azərbaycan Respublikası Müdafiə Nazirliyini cəlb etməklə “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1 və Azərbaycan Respublikası Müdafiə Nazirliyini cəlb etməklə “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş övladı xx.xx.1967-ci il təvəllüdlü X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X7 İ Qarabağ müharibəsi zamanı itkin düşmüşdür. Yoldaşı mərhum X2 rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 1995-ci il tarixli qərarı ilə ərizəsi təmin edilərək, övladları X7 yanvar 1994-cü il tarixdə Murovdağ uğranda gedən döyüşlərdə xəbərsiz itkin düşmüş hesab edilmişdir. Sonralar yoldaşı vəfat etmiş, o da qızı və onun uşaqları ilə birlikdə köçüb Naxçıvan şəhərində yaşamışlar. Sonralar ona şəhid ailəsi vəsiqəsi verilmiş, şəhid anası kimi təqaüd təyin edilmişdir. Zərurət hiss etmədiyindən, maddi vəziyyətinə və məişət problemlərinə görə oğlu Səbuhi Soltanovun ölmüş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmiş və beləliklə ölüm haqqında şəhadətnamə almamışlar. Hərbi əməliyyatlarla bağlı xəbərsiz itkin düşdüyünə görə məhkəmə qaydasında ölmüş elan edilməlidir. X10 məhkəmə qaydasında ölmüş elan edilməsi ona ona məxsus sənədlərin nizama salınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, oğlu 2024-cü ildə dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnaməni ala bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının nümayəndələrinin iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhəri Qeydiyyat Şöbəsinin AZ №1366067 saylı, 07 iyun 1967-ci il tarixli doğum haqqında şəhatnəməyə əsasən X7 21 may 1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X3, anası isə Ərizəçidır. - Göyçay Rayon Xalq Məhkəməsinin 2-154 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinə əsasən ərizə əsaslı olduğundan təmin edilmiş, ərizəçi X5 oğlu 21 may 1967-ci il tarixdə doğulmuş, Göyçay şəhər sakini X7 yanvar 1994-cü il tarixdə Murovdağ uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşmüş hesab edilmişdir. - Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Gəncə şəhərindəki Şəhidlər Xiyabanından ekshumasiya edilmişlərin (cəmi 22 hərbçi) 21 may 2024-cü il tarixli itkin şəhidlərin dəfn mərasimlərinə dair məlumatına əsasən X7 24 may 2024-cü il tarixdə saat 12:00-da Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Göyçay rayonu Göyçay Bələdiyyəsinin 230 saylı, 19 may 2025-ci il tarixli arayışa əsasən Ərizəçi 1994-cü ildə şəhid olmuş oğlu X7 24 may 2024-cü il tarixdə Göyçay şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ərizəçi ünvanladığı 16 avqust 2025-ci il tarixli cavab məktubuna əsasən Xidmətin Göyçay rayon şöbəsinin arxiv uçot sənədlərinə əsasən, şəhid (hərbi qulluqçu) X7 xx.xx.1986-ci il tarixdən xx.xx.1986-cı il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdə səfərbərliklə əlaqədar keçmiş Göyçay rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılmış və 22 yanvar 1994-cü il tarixdə Kəlbəcər rayonunun Murovdağ yüksəkliyində gedən döyüşlərdə itkin düşmüşdür. Göyçay Rayon Məhkəməsinin iş 2- 154/1995-ci il tarixli qətnaməsinə əsasən yanvar 1994-cü ildə Murovdağ uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası tərəfindən verilmiş akta əsasən, şəhid Səbuhi Soltanovun cənazəsinin xx.xx.2024-cü tarixdə Gəncə şəhər Şəhidlər xiyabanındakı naməlum məzar yerlərindən ekshumasiya edilərək xx.xx.2024-cü il tarixdə Göyçay rayon Şəhidlər xiyabanında yenidən dəfn olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivin İİ 18 avqust 2025-ci il tarixli arxiv arayışına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının siyahısı qovluğunda (əsas: səh- 144,sıra-3501) N nömrəli hərbi hissənin 4-cü taborunun hərbi qulluqçusu, xx.xx.1967-ci il təvəllüdlü, X4 xx.xx.1994cü il tarixdə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 26 avqust 2025-ci il tarixli arayışına əsasən Ərizəçi övladı - MN-in N nömrəli hərbi hissəsinin əsgəri, xx.xx.1967-cil il təvəllüdlü X7 xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ dağı istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) qeydiyyata alınmışdır. Dövlət Komissiyası tərəfindən aparılmış axtarış qazıntı işləri nəticəsində aşkarlanmış meyit qalıqları üzrə eyniləşdirmə prosesində X4 şəxsiyyəti müəyyən edilərək, nəşi ailəsinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə Göyçay rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir. İş materialları ilə sübut olunur ki, ərizəçinin oğlu xx.xx.1967-cil il təvəllüdlü X1 rayonunda, Murovdağ dağı istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı itkin düşmüş, daha sonra Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyası tərəfindən verilmiş akta əsasən, şəhid Səbuhi Soltanovun cənazəsinin xx.xx.2024-cü tarixdə Gəncə şəhər Şəhidlər xiyabanındakı naməlum məzar yerlərindən ekshumasiya edilərək xx.xx.2024-cü il tarixdə Göyçay rayon Şəhidlər xiyabanında yenidən dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 21 may 1967-ci il təvəllüdlü X4 22 yanvar 1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ uğrunda gedən döyüşlərdə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 312-316, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 may 1967-ci il təvəllüdlü X7 yanvar 1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ uğrunda gedən döyüşlərdə ölmüş elan edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.4-cü maddəsinə əsasən 22 yanvar 1994-cü il şəxsin ölüm günü sayılsın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4853/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4853/2025
16.09.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver