Məhkəmə qərarları › İş №2(004)-4861/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4861/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4861/2020 28.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qızına qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qızı ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildən istifadə hüququna xitam verilməsi və ödənilmiş 21 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Nozruzova Zöhrə Qurban qızı qanunsuz olaraq onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 20 saylı mənzilə yazılı razılığı olmadan qeydiyyata düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 20 saylı mənzil ½ hissədə İddiaçı xüsusi mülkiyyətində, digər ½ hissədə isə iddiaçının anası X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, cavabdeh Nozruzova Zöhrə Qurban qızı qeyd olunan mənzildə qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazdan görünür ki, İddiaçı onun qardaşıdır. Mübahisələndirilən mənzil qardaşı və anasının hər birinin ½ hissədə olmaqla paylı mülkiyyətindədir. 1983-cü ildən o doğulduğu vaxtdan bu mənzildə yaşamışdır. Ailə qurduqdan sonra da anası tək olduğundan, qardaşı anasına baxmadığından və buna görə də anasının qayğıları ilə yalnız o məşğul olduğundan ünvan 2 ünvanında yerləşən 20 saylı mənzildə yaşamaqda davam etmiş və hazırda da həmin mənzildə yaşayır. Həmçinin o, həmişə bu ünvanda pasport qeydiyyatında olmuşdur. Adıçəkilən mənzil onun yaşayış yeridir və bu mənzilə mənzilin mülkiyyətçilərindən biri olan ananın razılıq ərizəsi əsasında pasport qeydiyyatına alınmışdır. Odur ki, onun ünvan 2 ünvanında yerləşən 20 saylı mənzildə pasport qeydiyyatı formal xarakter daşımır. O, bu mənzildə faktiki olaraq yaşayır, bütün kommunal xərcləri ödəyir və həmin mənzildə istifadə hüququ olan şəxsdir. Hal-hazırda da iddia tələbini qəbul etmir və bu iddianı əsassız hesab edir. Hesab edir ki, mənzilə pasport qeydiyyatında məhz mülkiyyətçi - anası Lalə Fətəliyeva razılıq ərizəsi əsasında qeydiyyata alındığına görə və hal-hazırda da mənzildə pasport qeydiyyatında olmağına anası razı olduğuna görə İddiaçı ona qarşı belə bir iddia qaldırması əsassız və əhəmiyyətsizdir. Ona görə də o, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iddiaçı və cavabdeh onun övladlarıdır. Cavabdeh qızını o, öz ərizəsı əsasında ünvan 2, mənzil 20 ünvanına pasport qeydiyyatına salmışdır. Hal-hazırda da qızının həmin ünvanda pasport qeydiyyatında qalmasına razıdır və onu pasport qeydiyyatından çıxarmaq fikirində deyil.. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanın yerləşən 20 saylı mənzilə dair X1 ½ hissədə payı xx.xx.2006-cı il tarixdə, İddiaçı ½ hissədə payı isə xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı və onun anası mübahisəli mənzilin paylı mülkiyyətçiləridirlər. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia üzrə iddiaçının irəli sürdüyü iddiaya münasibətdə subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmənin icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qızına yönəltdiyi tələblə bağlı iddiaçı ümumiyyətlə müvafiq subyektiv hüquqa malik şəxs deyildir. Belə ki, onun, mülkiyyətçisi olduğu yaşayış sahəsinin digər paylı mülkiyyətçisi onun anası X2r. X3 tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, o, Cavabdeh qızını o öz ərizəsı əsasında ünvan 2, mənzil 20 ünvanına pasport qeydiyyatına salmışdır. Hal-hazırda da qızının həmin ünvanda pasport qeydiyyatında qalmasına razıdır və onu pasport qeydiyyatından çıxarmaq fikirində deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar