Məhkəmə qərarları › İş №2(004)-4876/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4876/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4876/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 manat məbləğində pulun və 57 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində hesab səhvinə yol verildiyini bildirərək, Cavabdeh 3990 manat məbləğində pulun və 57 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbləri onunla əsalandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə “Aristokrat Travel’' turizm agentliyinə səyahət ilə bağlı müraciət etmiş, agentliyin işçisi Cavabdeh Maldiv Adalarına səyahət etmək istədiyini bildirmişdir. O isə səyahət paketinin biletlərlə birlikdə qiymətinin 5700 manat təşkil etdiyini söyləmişdir. Qiymət barədə razılıq əldə olunduqdan sonra Cavabdeh tələbi ilə ilkin rezervasiya üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Ceyhun Fitness” idman zalının qarşısında 2000 manat məbləğində pul vəsaiti vermiş, qalan 3700 manat pulu isə xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən “Kapital Bank”-ın qarşısında vermişdir. Beləliklə onun Cavabdeh vermiş olduğu məbləğ ümumilikdə 5700 manat olmuşdur. Bundan sonra, o, Cavabdeh biletləri və otelin rezerv olunmasına dair çekləri təqdim edilməsini tələb etmiş, lakin Cavabdeh çekləri elektron formada göndərəcəyini vəd etmişdir. İddiaçı səyahətə bir gün qalmış, yəni xx.xx.2022-ci il tarixdə Telli ilə təkrar əlaqə saxlayıb çekləri göndərməsini bir daha tələb etmiş, bu dəfə Cavabdeh mesaj yazaraq işlədiyi şirkətin böyük problemlərinin olduğunu, partnyor şirkətə olan borcuna görə satışdan imtina edildiyini, paket üçün ödənilmiş pulun tam həcmdə geri qaytarılacağını bildirmişdir. Bundan sonra iddiaçı pulunun ələ keçirildiyini düşünərək şirkətin rəhbəri Nizami adlı şəxslə görüşmək üçün ofisə getmiş, ofisdə Nizami adlı şəxsə şikayətini bildirdikdə o, Cavabdeh ilk şikayət olmadığını söyləmiş və onu işdən çıxardığını bildirmişdir. Daha sonra o, Cavabdeh pulunu geri qaytarmasını tələb etmiş, əks halda barəsində şikayət edəcəyini bildirmişdir. Belə olan halda Cavabdeh ona hər ay 500 manat ödəməklə bağlı öhdəlik götürmüşdür. Bununla müxtəlif tarixlərdə 1992 manat pul qaytarmış,qalan 3700 manat pulu isə hələ də qaytarmamışdır. Bununla bağlı iddiaçı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 iddiaçının arvadı, X1 iddiaçının onun dostunun dostu olduğunu bildirmiş, onlar öz ifadələri ilə cavabdehin iddiaçını aldadaraq ona olan borcunu ödəməkdən yayındığını, təqdim edilmiş 22 fevral 2020-ci il tarixli iltizamın həqiqətən də cavabdeh tərəfindən tərtib olunduğunu təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdeh iltizamından görünür ki, o, İddiaçı borclu olduğu 5700 manat məbləğdən, 300 USD ödəmiş, hər ayın 12-si 500 manat ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Onun tərəfindən xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2023-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 60 dollar (102 manat) olmaqla, ümumilikdə 1902 manat ödəniş edilmişdir. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “Aristokrat Travel” turizm agentliyinə səyahətlə bağlı müraciət etmişdir. Agentliyin işçisi Cavabdeh Maldiv Adalarına səyahət etmək istədiyini bildirmiş, o, isə səyahət paketinin biletlərlə birlikdə qiymətinin 5700 manat təşkil etdiyini söyləmişdir. Qiymət barədə razılıq əldə olunduqdan sonra Cavabdeh tələbi ilə ilkin rezervasiya üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Ceyhun Fitness” idman zalının qarşısında 2000 manat məbləğində pul vəsaiti vermişdir. Qalan 3700 manat pulu xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən “Kapital Bank”ın qarşısında vermişdir. Beləliklə, onun Cavabdeh vermiş olduğu məbləğ ümumilikdə 5700 manat olmuşdur. Bundan sonra Cavabdeh biletləri və otelin rezerv olunmasına dair çekləri təqdim etməsini tələb etmişdir. Lakin, Cavabdeh çekləri elektron formada göndərəcəyni vəd etmişdir. İddiaçı səyahətə bir gün qalmış, yəni xx.xx.2022-ci il tarixdə Telli ilə təkrar əlaqə saxlayıb çekləri göndərməsini bir daha tələb etmişdir. Bu dəfə Cavabdeh “mesaj yazaraq işlədiyi şirkətin böyük problemlərinin olduğunu, partnyor şirkətə olan borcuna görə satışdan imtina edildiyini, paket üçün ödənilmiş pulun tam həcmdə geri qaytarılacağını” söyləmişdir. Bundan sonra İddiaçı pulunun ələ keçirildiyini düşünüb şirkətin rəhbəri Nizami adlı şəxslə görüşmək üçün ofisə getmişdir. Ofisdə Nizami adlı şəxsə şikayətini bildirdikdə, o, Cavabdeh ilk şikayət olmadığını söyləmiş və onu işdən çıxardığını bildirmişdir. Daha sonra İddiaçı Cavabdeh pulunu geri qaytarmasını tələb etmiş, əks halda barəsində şikayət edəcəyini bildirmişdir. Belə olan halda Cavabdeh özü iltizam verərək hər ay 500 manat ödəməklə borcunu qaytaracağına söz vermişdir. Bununla belə onun ödədiyi məbləğ 1992 təşkil etmiş, qalan 3700 manatı isə müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. İzahatının alınması məqsədi ilə polis bölməsinə dəvət edilməsindən ötrü Cavabdeh istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə əlaqə saxlanılmışdır. Telefon əlaqəsi zamanı Cavabdeh 2020-ci ilin noyabr ayından etibarən Yunanıstan Respublikasında yaşadığını bildirmiş, İddiaçı verməli olduğu pulu isə hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının aldadılması, ona səyahət paketinin satılması adı ilə 5700 manat pul vəsaitinin alınması, lakin səyahət paketinin verilməməsi, həmin məbləğdən 1902 manat məbləğinin qaytarılması, qalan 3990 manat məbləğinin isə geri qaytarılmaması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehdən 3990 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 57 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 3990 (üç min doqquz yüz doxsan) manat məbləğində pul və 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar