Məhkəmə qərarları › İş №2(004)-488/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-488/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-488/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan cəmi 15675,61 manat pulun həmçinin məhkəmə xərclərinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun- İddiaçı arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 003847 nömrəli payçı müqaviləsinə əsasən MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., giriş 192F ünvandakı binanın 5-ci mərtəbəsində 1 kv.m-i 2100 manat olmaqla sahəsi 47.3 kv.m olan 2 otaqlı 5 nömrəli mənzil 99330 manata ona satılmış və onun tərəfindən həmin məbləğ tam ödənilmişdir. xx.xx.2024-cü il tarixdə mənzilə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alan zaman müəyyən olmuşdur ki, ona satılan mənzilin ümumi sahəsi 47.3 deyil, cəmi 42 kv.m olmaqla mənzil 1 otaqlıdır. Belə ki, müqavilədə mənzilin 1 otaqlı olduğu, lakin həmin müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə mənzilin 2 otaqdan ibarət olduğu göstərilir və ona 2 otaqlı mənzil kimi satılmış və mətbəx 1-ci otağın giriş qapısı olan divar istiqamətində yerləşdirilərək 2-ci otağa çevrilmişdir. Bu zaman mətbəxin orada yerləşdirilməsi tikinti normalarına uyğun olmamışdır. Məhz bu səbəbdən Əmlak məsələləri Dövlət Xidmətinin əməkdaşları mənzilə baxış keçirən zaman onun qanuni layihə üzrə çizgisini və texniki qeydiyyatını göstərmişlər. Mənzil 1 otaqlı olduğu halda onun 2 otaqlı kimi ona satılması faktiki oiaraq alıcının aldadılmasıdır. Belə ki, mətbəxin yerinin dəyişdirilməsi tikinti normalarına, mənzilin konstruktiv quruluşuna və layihə cizgilərinə uyğun olmaması səbəbindən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu müvafiq qaydada təsdiq olunmamışdır. Bundan başqa, mənzilin 2 otaqlı olmaması onun daşınmaz əmlak kimi dəyərini də əhəmiyyətli dərəcədə azaltmışdır. Müqavilədən görünür ki, kooperativ qanunsuz olaraq 5,3 kv.m sahəni hüquqi əsas olmadan və onun alqı-satqı predmeti olmadığını bilə-bilə ona satmış və ondan 11130 manat artıq pul alınmışdır. Bundan başqa o mənzili alan zaman, dəfələrlə təkid etməsinə baxmayaraq, nağdsız köçürmə yolu ilə mənzilin dəyərini ödəmək istəsə də, kooperativin əməkdaşları tərəfindən kooperativin bank hesabı ona verilməmiş, yalnız nağd şəkildə ödəniş qəbul edildiyi bildirilmişdir. Ona görə də 99320 manatı nağd şəkildə ödəməli olmuşdur. Azərbaycan Respublikası Prezident İlham Əliyevin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydaları”na əsasən həmin vəsait köçürmə yolu ilə ödənilərdisə, onun 30 faizi, yəni 4545,61 manat ona qaytarılmalı idi. Beləliklə də, ona bu mənzilin satışı nəticəsində cəmi 15675,61 manat ziyan vurulmuşdur. Daha sonra, Cavabdeh MTK-nın nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 25 sentyabr 2023-cü ildə "xxxx" MTK-nın sədrinə Bakı şəhəri, Yasamal r-nu Zanlabi pr 3166 məhəllə ünvanında inşa edilən yaşayış binasında 1 otaqlı 47.3 kv m ümumi sahəsi olan manzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək sart (laona sathiman barədə ərizə ilə müraciət edib. Ərizəyə baxılmış və İddiaçı ilə "xxxx" MTK arasında 25 sentyabr 2023-cü ildə Bakı şəhəri, Yasamal r-nu, H.Zərdabi pr., giriş 192F ünvanındakı binanın 5-ci mərtəbəsində yerləşən 1 otaqlı 5 nömrəli mənzilin satışına dair ümumi dəyəri 99.330 manat olan "Payçı" müqaviləsi bağlanıb. Müqavilə iddiaçının öz imzası ilə təsdiq etmişdir. Müqavilə bağlanarkən iddiaçı "Payçı miqaviləsinin ümumi dayarini tam şəkildə ödəmişdir.Həmçinin "Payçı" müqaviləsində ödənişin köçürmə yolu ilə həyata keçirilməsi qeyd edilməmiş və iddiaçı ödənişi nəğd formada etmişdir. İddia tələbini heç bir hissədə qəbul etmir, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi asassızıdır və rədd edilməlidir. Belə ki, Tərəflərin imzaladığı "Payçı" müqaviləsinin 8.5-ci bəndinə əsasən "Cizgidə əhatə olunmuş sahəyə daxili divaraltı sahə, şaxtaların sahəsi, sütunaltı sahələr, qonşu ilə ortaq divarların alt sahəsinin yarısı, xarici divarların altının tam sahəsi, eyvan və lociyaların tam sahəsi daxil edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydiyyata alımdıqda daxili və qonşu divaraltı sahə, şaxtaların sahəsi, beton sütunların alt sahələri qeyd edilmədiyindən və eyvan, lociyaların sahəsi isə müvafiq əmsallarla nəzərə alındığı üçün çıxarışda verilən sahəsi mənzilin cizgi ils ahats olunan sahəsindən fərqli göstərilə bilər və bununla bağlı fərqə görə tikinti şirkəti heç bir məsuliyyət daşımır"Müqavilədə mənzilin sahəsinin hesablanılma qaydası və qeydiyyat zamanı fərqin yarana biləcəyi açıq-aşkar göstərilib və qeyd edilib ki, buna görə şirkət heç bir məsuliyyət daşımır. İddiaçı da müqaviləni axuyub və öz imzası ilə təsdiq edib. Bundan başqa qanunvericiliyin tələbinə əsasən əmsallarla hesablanan sahənin fərqli rəqəmlə ifadə olunması, həmin sahənin faktiki sahəsinin azalması demək deyil. Yaşayış və qeyriyaşayış sahələrinin hesablanması və müqavilədə göstərilən rəqəmlərdə azalmanın yekun sənəddə yazılması, MTK-nın alıcıya Çıxarışda qeyd edilən sahəni satması anlamına gəlməz. Əlavə olaraq bildirir ki, Alıcı xx.xx.2023-cü ildə ********* saylı mənzilin təhvil-təslim aktı ilə, mühasib, təmir nəzarətçisinin iştirakı ilə mənzili 3 açarı ilə birlikdə təhvil alıb. "Alıcı" nın təhvil verilən mənzilin müqavilə ilə müəyyən edilmiş şərtlərə tam uyğun olması, mənzilin ümumi vəziyyəti, mənzilin təmiri, mənzildə quraşdırılmış avadanlıqlar va təmir zamanı istifada edilmiş materialların keyfiyyati va kəmiyyəti ilə bağlı hər hansı bir iddiası, etirazi, pretenziyası və tələbi olmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Alıcı müqaviləni bəyənmiş, etirazını bildirməmiş, mənzilin plan-cizgisinə va sahəsinə heç bir irad bildirməyərək, qəbul etmişdir.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya vo bu müqavilələrin məzmununu müəyyənləşdira bilarlar. Odur ki, sözügedən müqavilənin mühüm sortlari raflar arasında razılaşdırılmış, müqavilə bağlanmış və mənzil təhvil verilmişdir İddia ərizəsindəki digər arqument isa hina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlıdır. Bununla bağlı bildirirki, əvvəlla FEBA MTK yaradılan zaman sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınıb. sözügedən mənzilin təməli qoyulan vaxt da sadələşdirilmiş vergi ödəyicisi olub. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmis Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.8.2-ci maddəsinə 16.8.1. va 16.8.2. maddələri əlavə edilib. Həmin maddələrə əsasən, 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış, sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər ƏDV-yə cəlb edilirlər. Həmin Qanunun 2.2.-ci maddəsinə (Keçid müddəları) əsasən, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi hamin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri ərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. "xxxx" MTK 1 yanvar 2020-ci il tarixinə qədər sadələşdirilmiş vergi ödəyicisi olaraq bina tikintisi fəaliyyətini başa çatdırmışdır. Koorperativ sadələşdirilmiş vergi ödəyicisi hüquqlarından isdifadə edərək tikilmiş mənzillərin satışını qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmiş və burada hər hansı köçürmə yolu ilə ödəmə və əlavə dəyər vergisinin qaytarılmasından söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçın izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, etirazı müdafiə edir. O, izahatında bildirmişdir ki, iddiaçı müqaviləni bəyənmiş, imzalamış, heç bir etirazını bildirməmişdir. Mənzilin təhvil-təslimi zamanı da iddiaçı heç bir etirazını bildirməmişdir. Ekspert rəyinə əsasən tədqiqatın nəticəsi olaraq ikinci sual üzrə mənzilin sahəsi müqavilə ilə eynilik təşkil edir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, giriş 192F, M5, m5 ünvanında ümumi sahəsi 42 m2 olan mənzil X4 adına tam payda xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü i tarixli ********* nömrəli beh müqaviləsinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.3166 məhəllə-ünvanında tikilməkdə olan yaşayış binasında 1-ci blok, 5-ci mərtəbədə yerləşən 5 nömrəli, 1 otaqlı, 47.3 m2 mənzili tikib 1m2ni 2100 manata İddiaçı satmağı öhdəsinə götürür. İddiaçı isə öz növbəsində həmin mənzilin 1m2-ni 2100 manata Cavabdeh MTK-dan almağı öhdəsinə götürür. İş materiallarında olan müqaviləyə əlavə № 1-dən görünür ki, X6 Kompleksində yerləşən bina F, blok 1, 5-ci mərtəbədə yerləşən 5 nömrəli 2 otaqlı, sahəsi 47.3 kv.m olan mənzil İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.3166 məhəllə-ünvanında tikilən 20 mərtəbəli F yaşayış binasının F1 blokunda 5 mərtəbədəki 5 saylı mənzilin ilkin dəyəri 47.3 x 2100 = 99300 manat təşkil edir. İddiaçı tərəfindən mənzilin dəyəri 500 manat avans və 98830 manat olmaqla ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 003847 nömrəli payçı müqaviləsinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.3166 məhəllə-ünvanında yerləşən yaşayış kompleksində inşa olunan F binası, F1 bloku, 5-ci mərtəbə, 5 saylı, 1 otaqlı mənzili tikib və payçı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. Payçı İddiaçı isə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.3166 məhəllə-ünvanında yerləşən yaşayış kompleksində inşa olunan F binası, F1 bloku, 5-ci mərtəbə, 5 saylı, 1 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin ödənilməsini və həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı mənzilin təhvil-təslim aktından görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.3166 məhəllə-ünvanında yerləşən 192F-M5_m41 saylı mənzili mühasib, təmir nəzarətçi və idarə edənin iştirakı ilə 3 açarı ilə birlikdə alıcı İddiaçı istifadəsinə verib , alıcı isə təhvil alıb. "Alıcı" nın təhvil verilən mənzilin müqavilə ilə müəyyən edilmiş şərtlərə tam uyğun olması, mənzilin ümumi vəziyyəti, mənzilin təmiri, mənzildə quraşdırılmış avadanlıqlar va təmir zamanı istifada edilmiş materialların keyfiyyati va kəmiyyəti ilə bağlı hər hansı bir iddiası, etirazi, pretenziyası və tələbi olmayıb. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9519 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59 - cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının " 04 " dekabr 2012 - ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, Bakı şəhəri, Yasamal rayonu , Həsən bəy Zərdabi prospekti 192F ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 5 - ci mərtəbəsində yerləşən 5 saylı mənzilin ümumi sahəsinin 38,1 kv.metr, həmin mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan sahəsinin 39,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri , Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 192F ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 5 saylı mənzilin ümumi sahəsi bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə daxil edilməklə sahəsinin 49,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsən bay Zərdabi prospekti 192F ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 5 - ci mərtəbəsində yerləşən 5 saylı mənzilin ümumi sahəsinin çöl divarların ortasından hesablanmaqla 47,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə onun- İddiaçı arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 003847 nömrəli payçı müqaviləsinə əsasən MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., giriş 192F ünvandakı binanın 5-ci mərtəbəsində 1 kv.mi 2100 manat olmaqla sahəsi 47.3 kv.m olan 2 otaqlı 5 nömrəli mənzil 99330 manata ona satılmış və onun tərəfindən həmin məbləğ tam ödənilmişdir. xx.xx.2024-cü il tarixdə mənzilə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alan zaman müəyyən olmuşdur ki, iddiaçıya satılan mənzilin ümumi sahəsi 47.3 deyil, cəmi 42 kv.m olmaqla mənzil 1 otaqlıdır. Belə ki, müqavilədə mənzilin 1 otaqlı olduğu, lakin həmin müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə mənzilin 2 otaqdan ibarət olduğu göstərilir və iddiaçıya 2 otaqlı mənzil kimi satılmış və mətbəx 1-ci otağın giriş qapısı olan divar istiqamətində yerləşdirilərək 2-ci otağa çevrilmişdir. Bu zaman mətbəxin orada yerləşdirilməsi tikinti normalarına uyğun olmamışdır. Məhz bu səbəbdən Əmlak məsələləri Dövlət Xidmətinin əməkdaşları mənzilə baxış keçirən zaman onun qanuni layihə üzrə çizgisini və texniki qeydiyyatını göstərmişlər. Mənzil 1 otaqlı olduğu halda onun 2 otaqlı kimi ona satılması faktiki oiaraq alıcının aldadılmasıdır. Belə ki, mətbəxin yerinin dəyişdirilməsi tikinti normalarına, mənzilin konstruktiv quruluşuna və layihə cizgilərinə uyğun olmaması səbəbindən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu müvafiq qaydada təsdiq olunmamışdır. Bundan başqa, mənzilin 2 otaqlı olmaması onun daşınmaz əmlak kimi dəyərini də əhəmiyyətli dərəcədə azaltmışdır. Müqavilədən görünür ki, kooperativ qanunsuz olaraq 5,3 kv.m sahəni hüquqi əsas olmadan və onun alqı-satqı predmeti olmadığını bilə-bilə ona satmış və ondan 11130 manat artıq pul alınmışdır. Bundan başqa o mənzili alan zaman, dəfələrlə təkid etməsinə baxmayaraq, nağdsız köçürmə yolu ilə mənzilin dəyərini ödəmək istəsə də, kooperativin əməkdaşları tərəfindən kooperativin bank hesabı ona verilməmiş, yalnız nağd şəkildə ödəniş qəbul edildiyi bildirilmişdir. Ona görə də 99320 manatı nağd şəkildə ödəməli olmuşdur. Azərbaycan Respublikası Prezident İlham Əliyevin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydaları”na əsasən həmin vəsait köçürmə yolu ilə ödənilərdisə, onun 30 faizi, yəni 4545,61 manat ona qaytarılmalı idi. Beləliklə də, ona bu mənzilin satışı nəticəsində cəmi 15675,61 manat ziyan vurulmuşdur. Odur ki, iddiaçı Cavabdeh MTK-dan cəmi 15675,61 manat pulun həmçinin məhkəmə xərclərinin geri qaytarılmasını xahiş edir. Cavabdeh isə idda tələbini qəbul etmir və etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə Bakı şəhəri, Yasamal rayonu, həsən bəy ünvan 6 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9519nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, həsən bəy ünvan 6 ünvanında yerləşən yaşayış binasının 5-ci mərtəbəsində olan 5 saylı mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi şaxtalar habelə yardımçı sahə daxil edilməklər sahəsinin 49,7 kv, həmin mənzilin çöl divarların ortasından hesablanmaqla 47,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Belə ki, iddiaçı 25 sentyabr 2023-cü ildə "xxxx" MTK-nın sədrinə Bakı şəhəri, Yasamal r-nu Zanlabi pr 3166 məhəllə ünvanında inşa edilən yaşayış binasında 1 otaqlı 47.3 kv m ümumi sahəsi olan manzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərti ilə ona satılması barədə ərizə ilə müraciət etmişdir. İddiaçı ilə "xxxx" MTK arasında 25 sentyabr 2023-cü ildə Bakı şəhəri, Yasamal rnu, H.Zərdabi pr., giriş 192F ünvanındakı binanın 5-ci mərtəbəsində yerləşən 1 otaqlı 5 nömrəli mənzilin satışına dair ümumi dəyəri 99.330 manat olan "Payçı" müqaviləsi bağlanıb. Müqavilə iddiaçının öz imzası ilə təsdiq etmişdir. Müqavilə bağlanarkən iddiaçı "Payçı miqaviləsinin ümumi dayarini tam şəkildə ödəmişdir.Həmçinin "Payçı" müqaviləsində ödənişin köçürmə yolu ilə həyata keçirilməsi qeyd edilməmiş və iddiaçı ödənişi nəğd formada etmişdir. Tərəflərin imzaladığı "Payçı" müqaviləsinin 8.5-ci bəndinə əsasən "Cizgidə əhatə olunmuş sahəyə daxili divaraltı sahə, şaxtaların sahəsi, sütunaltı sahələr, qonşu ilə ortaq divarların alt sahəsinin yarısı, xarici divarların altının tam sahəsi, eyvan və lociyaların tam sahəsi daxil edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydiyyata alındıqda daxili və qonşu divaraltı sahə, şaxtaların sahəsi, beton sütunların alt sahələri qeyd edilmədiyindən və eyvan, lociyaların sahəsi isə müvafiq əmsallarla nəzərə alındığı üçün çıxarışda verilən sahəsi mənzilin cizgi ils ahats olunan sahəsindən fərqli göstərilə bilər və bununla bağlı fərqə görə tikinti şirkəti heç bir məsuliyyət daşımır. "Müqavilədə mənzilin sahəsinin hesablanılma qaydası və qeydiyyat zamanı fərqin yarana biləcəyi açıq-aşkar göstərilib və qeyd edilib ki, buna görə şirkət heç bir məsuliyyət daşımır. İddiaçı da müqaviləni oxuyub və öz imzası ilə təsdiq edib. Bundan başqa qanunvericiliyin tələbinə əsasən əmsallarla hesablanan sahənin fərqli rəqəmlə ifadə olunması, həmin sahənin faktiki sahəsinin azalması demək deyil. Yaşayış və qeyriyaşayış sahələrinin hesablanması və müqavilədə göstərilən rəqəmlərdə azalmanın yekun sənəddə yazılması, MTK-nın alıcıya Çıxarışda qeyd edilən sahəni satması anlamına gəlməz. Alıcı xx.xx.2023-cü ildə ********* saylı mənzilin təhvil-təslim aktı ilə, mühasib, təmir nəzarətçisinin iştirakı ilə mənzili 3 açarı ilə birlikdə təhvil alıb. "Alıcı" nın təhvil verilən mənzilin müqavilə ilə müəyyən edilmiş şərtlərə tam uyğun olması, mənzilin ümumi vəziyyəti, mənzilin təmiri, mənzildə quraşdırılmış avadanlıqlar va təmir zamanı istifada edilmiş materialların keyfiyyati va kəmiyyəti ilə bağlı hər hansı bir iddiası, etirazi, pretenziyası və tələbi olmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Alıcı müqaviləni bəyənmiş, etirazını bildirməmiş, mənzilin plan-cizgisinə va sahəsinə heç bir irad bildirməyərək, qəbul etmişdir.Sözügedən müqavilənin mühüm sortlari raflar arasında razılaşdırılmış, müqavilə bağlanmış və mənzil təhvil verilmişdir İddia ərizəsindəki digər arqument isa hina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlıdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmis Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.8.2-ci maddəsinə 16.8.1. va 16.8.2. maddələri əlavə edilib. Həmin maddələrə əsasən, 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış, sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər ƏDV-yə cəlb edilirlər. Həmin Qanunun 2.2.-ci maddəsinə (Keçid müddəları) əsasən, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi hamin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri ərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. "xxxx" MTK 1 yanvar 2020-ci il tarixinə qədər sadələşdirilmiş vergi ödəyicisi olaraq bina tikintisi fəaliyyətini başa çatdırmışdır. Koorperativ sadələşdirilmiş vergi ödəyicisi hüquqlarından isdifadə edərək tikilmiş mənzillərin satışını qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmiş və burada hər hansı köçürmə yolu ilə ödəmə və əlavə dəyər vergisinin qaytarılması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE **********00********) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar