Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4883/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Zeynalov Nihad Niyazi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC X2 qarşı kredit borcuna Azərbaycan Respublikası Prezidentinin Fərmanının tədbiq edilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə göndərilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QBKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı mülki işin ərazi aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının fikrini dinləyərək hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, AZEMİS Elektron Məhkəmə informasiya sistemi vasitəsi ilə alınmış məlumatdan görünür ki, Cavabdeh MMC X1 hüquqi ünvanı Nəsimi rayonunda yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin hüquqi ünvanının yerləşdiyi yer üzrə - Nəsimi rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC X2 qarşı kredit borcuna Azərbaycan Respublikası Prezidentinin Fərmanının tədbiq edilməsi tələbinə dair 2(004)4883/2020 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4883/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4883/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver