Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4904/2023 27.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Bakı şəhəri 19 saylı notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 61 saylı fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X10 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. O vəfat etdikdən sonra miras əmlak kimi Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 61 saylı fərdi yaşayış evi qalmışdır. Ərizəçi bu evdə anadan olmuşdur və atası vəfat etdikdən sonra bu günə kimi də həmin evdə yaşamışdır. Bu evə dair bütün kommunal xərclər həmişə onun tərəfindən ödənilmişdir və hal-hazırda da onun tərəfindən ödənilir. Yəni, o mərhum atasından qalmış bu miras əmlakı faktiki olaraq qəbul etmişdir. O, bununla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi tərəfindən müraciəti təmin edilməmiş və notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Ona görə də o, mərhum atasından qalmış miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni tam müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. ünvan 1 ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X4 ifadələrində Ərizəçi və onun atasını tanıdıqlarını, qonşu olduqlarını, Ərizəçi doğulduğu gündən Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 61 saylı fərdi yaşayış evində yaşadığını bildirmişlər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : İİİ-ЖГ № 279736 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə, Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 X5 ilə birgə nikahından xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında qərardan görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə həmin notariat ofisinə müraciət edərək, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X3 məxsus olan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin miras qoyanın digər vərəsəsi olduğundan və tərəflər arasında mübahisə olduğundan Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 61 saylı fərdi yaşayış evinə onun ölümündən sonra oğlu Ərizəçi sahiblik etməklə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 61 saylı fərdi yaşayış evinin oğlu Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4904/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4904/2023
27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver