Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-491/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh X39rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh X39rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Su və Meliorasiya Kompleksinin layihələndirilməsi İnstitutu” X55 09 sentyabr 2024-cü il tarixli 224-K saylı əmrinin ləğv edilməsi; onun Cavabdeh X55 “Geodeziya şöbəsinə” mühəndis vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma hallarına görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi; Bakı şəhəri 3 saylı Mediasiya Təşkiatına ödənilmiş 60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli əmrinə əsasən ASC-nin departamentinin “Geodeziya və torpaqayırma” şöbəsinə 10-cu dərəcə ilə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitununun xx.xx.2014-cü il tarixli əmri ilə Geodeziya Şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir.xx.xx.2016-cı il tarixdə dərəcəsi 12-yə dəyişdirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 224-k nömrəli əmrinə əsasən AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir.Cavabdehin bu əmrini qanunsuz hesab edərək onunla razılaşmır.Belə ki, onun uzun illər işlədiyi vəzifədən azad edilməyini cavabdeh yeni təşkil və təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqələndirmişdir. Hansı ki, müəssisə yenidən təşkil edilərkən ixtisar qaydalarını kobud surətdə pozmuş,həmin şöbədə onun ştat vahidi qalmasına və eləcə də həmin şöbədə digər vəzifələrə onun ixtisası,təcrübəsi və biliyi imkan verməsinə baxmayaraq, ondan sonra həmin müəssisədə işə qəbul edilmiş və eləcə də,ixtisası buna imkan verməyən( filoloq,bağça müəlliməsi və sairə) şəxsləri saxlayaraq onu-geodeziya üzrə tam ixtisaslı kadrı ixtisara salmışdır ki,bu halda həmin əmri qanuni hesab etmək olmaz.Ona görə də cavabdehin bu əmri qanunsuz hesab edilərək ləğv edilməli, onun işə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqqım cavabdehdən alınaraq ona ödənməlidir. Mübahisənin məhkəmədən kənar həlli üçün tərəfindən Mediasiya təşkilatına müraciət edilmiş cavabdeh iştirak etmədiyi üçün Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/3\2024-00699 saylı müvafiq arayış verilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, Cavabdehin nümayəndəsi iddia tələbinə qəbul etməyərək bildirdi ki, xx.xx.2023cü il tarixli AR Prezidentinin Fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə yolu ilə Cavabdeh yaradılmışdır. "xxxx" ASC-nin Sukanal ETLİ-nin ştat cədvəli onun tərəfindən elektron sistemə yerləşdirilmişdir. Həmin ştat cədvəlinə əsasən geodeziya şöbəsi üzrə 21 nəfər işçi olmuşdur. Yeni ştat cədvəlində isə idarənin torpaqayırma şöbəsi geodeziya şöbəsinə birləşək bir şöbə olmuşdur. Həmin yeni şöbədə 16 nəfər üzrə ştat cədvəli nəzərdə tutulmuşdur. Hal-hazırda da geodeziya və torpaqayırma şöbəsində 16 nəfər şəxs işləyir. Geodeziya 21 nəfər işçidən 14 nəfəri ixtisara düşmüş,cəmi 6 nəfər saxlanılmış,1 nəfəri isə yerdəyişmə edilmişdir.Cavabdehə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq edilmişdir.İddiaçı Həmkarlar İttifaqının üzvü olduğu üçün təqdimat verilmiş və təqdimat əsasında Həmkarlar İttifaqının məktubu daxil olmuşdur.xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər cavabdehin əmək fəaliyyətinin müvəqqəti itirilməsi ilə bağlı tez-tez bülleten təqdim olunmuşdur.Eyni zamanda cavabdehin ştat vahidinin ixtisarı ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin 78,79,80ci maddələrinin heç bir tələbi pozulmamışdır.Qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. İşçilərin peşəkarlıq səviyyəsini qanunvericiliyə uyğun olaraq işəgötürən özü müəyyən edir. Digər mühəndislərin çalışdığı vəzifəyə uyğun ixtisasları var. Qeyd edir ki, iddiaçı tərəfindən tez-tez xəstələnməsi, xəstəlik vərəqəsi əsasında işdə olmaması da qiymətləndirməyə təsir etmişdir. Digər işçilərin staj müddəti iddiaçıdan az deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçınnun ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, xx.xx.2013-cü il tarixdə Tikilməkdə olan X2 və Layihə departamentinin Geodeziya və Torpaq ayırma şöbəsinə 10-cu dərəcə ilə mühəndis vəzifəsinə işə qəbul olunmuşdur.
7. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 29 yanvar 2014-cü il tarixli 166-k saylı əmrinə əsasən X57-Mühəndis axtarışları şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən 13-cü dərəcə ilə Geodeziya çöbəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir. Mühəndis axtarışları şöbəsinin mühəndisi vəzifəsi üzrə onunla bağlanmış əmək müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir.
8. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 29 may 2014-cü il tarixli 292-k saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən 11-ci dərəcə Geodeziya şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir.
9. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 23 may 2016-cü il tarixli 66-k saylı əmrinə əsasən İddiaçı –Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2016-cı il tarixdən 12-ci dərəcə Geodeziya şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir.
10. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanına əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” təsdiq edilmişdir.. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin trukturu” təsdiq edimişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və X85 Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və X9 Xidməti yaradılmışdır. Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X9 Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilmişdir. Agentliyin tabeliyində tabeliyindəki Azərbaycan Meliorasiya və X85 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X56 Xidməti; "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; Azərbaycan Meliorasiya və X85 Səhmdar Cəmiyyətinin Meliorasiya X24 çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X37 İnstitutu; Azərbaycan Meliorasiya və X85 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Müdiriyyəti; Azərbaycan Meliorasiya və X85 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılmışdır.
11. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” nin 5.5.4-cü yarəmbəndini rəhbər tututaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında 27 may 2024-cü il tarixli 001/f nömrəli əmrinə əsasən Agentliyin tabeliyindəki X56 Xidməti, Su və X37 İnstitutu, X14 Müdriyyəti, Su və X1 İnstitutu publik hüquqi şəxslərin strukturu və ştat cədvəli təsdiq edilmişdir. X56 Xidmətinin işçilərinin say həddi cəmi 21000 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 175 ştat vahidi, Su və Meliorasiya X24 işçilərinin say həddi cəmi 320 ştat vahidi, X14 Müdriyyətinin işçilərinin say həddi cəmi 110 ştat vahidi, Su və X1 İnstitutunun işçilərinin say həddi cəmi 248 ştat vahidi müəyyən edilmişdir. X56 Xidmətinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icra edənə (R.Aslanov) təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində strukturuna daxil olan idarələrin ştat cədvəllərinin hazırlanmasının təmin edilməsi tapşırılmışdır. X56 Xidmətinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icra edənə (R.Aslanov) , Su və X37 X10 sədri vəzifəsinin müvəqqəti icra edənə (M.Dadaşov), Tikilməkdə olan X6 Heyətinin sədri vəzifəsinin müvəqqəti icra edənə (S.Məmmədov), Su və X1 X10 sədri vəzifəsinin müvəqqəti icra edənə (E.Paşayev) ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə (F.Quliyev) təqdim edilməsini;yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlər görülməsini;bu əmrdən irəli gələn digər məsələlərin həllinin təmin edilməsi tapşırılmışdır.Aparatın rəhbəri(F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyini sədrinə təqdim etməlidir.
12. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli əmri ilə təsdiq edilmiş Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu PHŞ-nin strukturundan çıxarışa əsasən müəyyən olunur ki, həmin struktur 248 nəfərdən ibarətdir.
13. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 28 iyun 2024-cü il tarixli 23-k saylı əmrinə əsasən X25-Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 16 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
14. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 28 iyun 2024-cü il tarixli 24-k saylı əmrinə əsasən X57-Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 17 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
15. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 28 iyun 2024-cü il tarixli 25-k saylı əmrinə əsasən X40-Geodeziya şöbəsinin rəisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 15 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
16. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 28 iyun 2024-cü il tarixli 32-k saylı əmrinə əsasən X41-Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 15 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
17. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 28 iyun 2024-cü il tarixli 33-k saylı əmrinə əsasən X15-Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 14 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
18. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 28 iyun 2024-cü il tarixli 34-k saylı əmrinə əsasən X49-Geodeziya şöbəsinin rəis müavini ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 21 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
19. Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 28 iyun 2024-cü il tarixli 35-k saylı əmrinə əsasən X26 -Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 19 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
20. Cavabdeh 01 iyul 2024-cü il tarixli 41-k saylı əmrinə əsasən X27 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 11-ci dərəcə ilə böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir.
21. Cavabdeh 01 iyul 2024-cü il tarixli 41-k saylı əmrinə əsasən X27 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 11-ci dərəcə ilə böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir.
22. Cavabdeh 01 iyul 2024-cü il tarixli 79-k saylı əmrinə əsasən X15 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 10-cu dərəcə ilə aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir.
23. Cavabdeh 01 iyul 2024-cü il tarixli 80-k saylı əmrinə əsasən X50 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 11-ci dərəcə ilə böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir.
24. Cavabdeh 01 iyul 2024-cü il tarixli 81-k saylı əmrinə əsasən X42 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 12-ci dərəcə ilə baş məsləhətçi vəzifəsinə təyin edilmişdir.
25. Cavabdeh 01 iyul 2024-cü il tarixli 82-k saylı əmrinə əsasən X40 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 12-ci dərəcə ilə başk məsləhətçi vəzifəsinə təyin edilmişdir.
26. Cavabdeh 01 iyul 2024-cü il tarixli 43-k saylı əmrinə əsasən X16 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 15-ci dərəcə ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir.
27. Cavabdeh 01 iyul 2024-cü il tarixli 84-k saylı əmrinə əsasən X43 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
28. Cavabdeh 01 iyul 2024-cü il tarixli 85-k saylı əmrinə əsasən X17 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
29. Cavabdeh 01 iyul 2024-cü il tarixli 86-k saylı əmrinə əsasən X18 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
30. Cavabdeh 01 iyul 2024-cü il tarixli 87-k saylı əmrinə əsasən X28 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
31. Cavabdeh 01 iyul 2024-cü il tarixli 88-k saylı əmrinə əsasən X29 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
32. Cavabdeh 01 iyul 2024-cü il tarixli 89-k saylı əmrinə əsasən X19 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
33. Cavabdeh 01 iyul 2024-cü il tarixli 90-k saylı əmrinə əsasən X25 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
34. Cavabdeh 01 iyul 2024-cü il tarixli 91-k saylı əmrinə əsasən X57 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
35. Cavabdeh 01 iyul 2024-cü il tarixli 183-k saylı əmrinə əsasən X44 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir.
36. Cavabdeh 01 iyul 2024-cü il tarixli 184-k saylı əmrinə əsasən X26 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Cavabdehn Geodeziya və torpaqayırma şöbəsinə 9-cu dərəcə ilə məsləhətçi vəzifəsinə təyin edilmişdir.
37. İddiaçı ünvanlanmış 08 iyul 2024-cü il tarixli xəbərdarlığa əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında ilə yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X84n xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X84n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştata cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Ona Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə işyeri axtarmaq üçün bir iş günü müddətində işdən azad edilərək iş axtarmağa imkan yaradılır. Eyni zamanda qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırki xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında bir dəfəlik ödəniş edilməklə onunla bağlanılmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər.Qeyd olunan xəbərdarlıq İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir.
38. "xxxx" ASC-nin “Sukanal” Ülmi-Tədqiqat və Layihə İnstitutunun 12 iyul 2024-cü il tarixli 134-k saylı əmrinə əsasən X30-Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024cü il tarixdən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 17 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
39. "xxxx" ASC-nin “Sukanal” Ülmi-Tədqiqat və Layihə İnstitutunun 15 iyul 2024-cü il tarixli 138-k saylı əmrinə əsasən X45-Geodeziya şöbəsinin topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X20 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 06 ay 29 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi, X20 Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 06 ay 29 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 55 təqvim gününə düşən hissəsi bir dəfəyə ödənilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
40. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su və X37 İnstitutu X61 15 iyul 2024-cü il tarixli 301-k saylı əmrinə əsasən X30 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Hidrotexniki qurğuların tədqiqi və modelləşdirilməsi şöbəsinə elmi işçi vəzifəsinə təyin edilmişdir.
41. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 16 iyul 2024-cü il tarixli 142-k saylı əmrinə əsasən X51-Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X31 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 11 ay 23 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi, X31 Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 11 ay 23 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 56 təqvim gününə düşən hissəsi bir dəfəyə ödənilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 17 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
42. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 23 iyul 2024-cü il tarixli 148-k saylı əmrinə əsasən X32-Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X12 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 17 il 06 ay 21 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi, X12 Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 17 il 06 ay 21 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 47 təqvim gününə düşən hissəsi bir dəfəyə ödənilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 18 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
43. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 23 iyul 2024-cü il tarixli 149-k saylı əmrinə əsasən X52- Geodeziya şöbəsinin topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X33 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 10 ay 11 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi, X33 Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 10 ay 11 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 47 təqvim gününə düşən hissəsi bir dəfəyə ödənilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
44. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 25 iyul 2024-cü il tarixli 151-k saylı əmrinə əsasən X58- Geodeziya şöbəsinin topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X46 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 0 ay 20 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi, X46 Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 0 ay 20 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 45 təqvim gününə düşən hissəsi bir dəfəyə ödənilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
45. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 29 iyul 2024-cü il tarixli 154-k saylı əmrinə əsasən X47- Geodeziya şöbəsinin topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X21 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 7 ay 17 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi, X21 Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 7 ay 17 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 41 təqvim gününə düşən hissəsi bir dəfəyə ödənilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 13 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
46. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 02 avqust 2024cü il tarixli 161-k saylı əmrinə əsasən X53- Geodeziya şöbəsinin topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X34 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 7 ay 17 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi, X34 Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 7 ay 17 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 37 təqvim gününə düşən hissəsi bir dəfəyə ödənilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 13 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
47. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 12 avqust 2024cü il tarixli 176-k saylı əmrinə əsasən X7- Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X5 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 8 ay 2 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi, X5 Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 8 ay 2 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 27 təqvim gününə düşən hissəsi bir dəfəyə ödənilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 19 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
48. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 19 avqust 2024cü il tarixli 212-k saylı əmrinə əsasən X54- Geodeziya şöbəsinin topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X35 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 9 il 7 ay 18 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinatı verilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 14 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
49. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 19 avqust 2024cü il tarixli 213-k saylı əmrinə əsasən X36- Geodeziya şöbəsinin topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X13 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 8 il 4 ay 19 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinatı verilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 15 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
50. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 09 sentyabr 2024-cü il tarixli 219-k saylı əmrinə əsasən X4- Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X3 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 26 il 6 ay 24 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 22 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
51. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 09 sentyabr 2024-cü il tarixli 224-k saylı əmrinə əsasən İddiaçı- Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASCdə 11 il 3 ay 5 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 21 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
52. "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 09 sentyabr 2024-cü il tarixli 225-k saylı əmrinə əsasən X22- Geodeziya şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X8 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 3 ay 5 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinatı verilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 22 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir.
53. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su və X37 İnstitutu X61 01 noyabr 2024-cü il tarixli 247-k saylı əmrinə əsasən X23 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Su və X37 İnstitutu X61 Geodeziya və torpaqayırma şöbəsinə 6-cı dərəcə ilə texniki işçi-topoqrafik ölçügötürən peşəsinə təyin edilmişdir.
54. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su və X37 İnstitutu X61 01 noyabr 2024-cü il tarixli 248-k saylı əmrinə əsasən X54 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Su və X37 İnstitutu X61 Geodeziya və torpaqayırma şöbəsinə 6-cı dərəcə ilə texniki işçi-topoqrafik ölçügötürən peşəsinə təyin edilmişdir.
55. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 10 saylı iclasının 16 avqust 2024cü il tarixli protokolundan çıxarışa əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında ilə yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Fərmanın icrası ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli 001/F nömrəli ilə əmri ilə Su və X1 İnstitutu publik hüququ şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlində bəzi işçilərin tutduqları vəzifə üzrə ştat vahidlər ixtisara düşməsi ilə əlaqədar həmin ştatda çalışan Komitəyə daxil olmuş məktubun əlavəsində ad və soyadları qeyd edilən əməkdaşların əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndi əsasən xitam verilməsinə razılıq verilmişdir.
56. Azərbaycan Respublikası "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli, 224-K nömrəli əmrinə əsasən Geodeziya şöbəsinin mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 09 sentyabr 2024-cü il tarixindən əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 03 ay 5 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında işdən çıxarılma müavinatı verilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 21 təqvim günü pul ilə əvəz edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəli olmuşdur.
57. Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu PHŞ-nin İdarə Heyətinin sədr müavini Vüqar mirzəyev tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli “Sukanal “ Elmi-Tədqiqat və Layihə İnstitutu Geodeziya Şöbəsi haqqında çıxarışdan müəyyən edilir ki, həmin şöbədə çalışmış 21 nəfərdən 13-ü Əmək Məcəlləsinin b bəndinə 1 nəfər isə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsaəsn işdən azad edilmişdir.
58. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
59. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
60. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.
61. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
62. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
63. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
64. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
65. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
66. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
67. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
68. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə işdə saxlanmasına üstünlük verir.
69. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
70. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx"ASC-nin Tikilməkdə olan X2 və Layihə departamentinin Geodeziya və Torpaq ayırma şöbəsinə 10-cu dərəcə ilə mühəndis vəzifəsinə işə qəbul olunmuş, daha sonra xx.xx.2014-cü il tarixdən 11-ci dərəcə Geodeziya şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmiş və xx.xx.2016-cı il tarixdən 12-ci dərəcə Geodeziya şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir.Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
71. Məhkəmə qeyd edir ki, ixtisar etmək işəgötürənin hüququdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Əmək Məcəlləsində işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur.
72. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında ilə yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X84n xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X84n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştata cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür.Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, ... işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”. Məcəllənin 77ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən işçinin təminatları gözlənilmişdir. İşçi doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmiş və ona işdənçıxma müavinəti ödənilmişdir.
73. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir.
74. Hazırki işin hallarından da görünür ki, iddiaçı 9 təqvim təqvim həftəsi qabaq xəbərdarlıq edilmiş, iddiaçı bu barədə xəbərdarlığa imza çəkmələ qəbul etmişdir.
75. Bununla bağlı məhkəmə bir daha qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.
76. Əmək qanunveriliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən bu barədə işçini rəsmi qaydada xəbərdar etməlidir. Eyni zamanda, bu əsasla işçi ilə əmək müqaviləsini ləğv edilərkən, işəgötürən tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl edilmiş, yəni qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya bu barədə 9 təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir.
77. Həmçinin, məhkəmə cavabdeh təşkilat tərəfindən təqdim edilmiş əmrlərin surətinə əsasən də hesab edir ki, iddiaçı ilə bərabər bir neçə işçinin də əmək müqaviləsinə ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Yəni, əmək müqaviləsinə xitam verilən zaman iddiaçıya qarşı hər-hansı ayrı seçkiliyə yol verilməmişdir.
78. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
79. Bundan başqa iddia ərizəsində 60 manat mediasiya xərcinin cavabdehdən tutulması da tələb edilir.
80. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
82. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
83. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil