Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4920/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ərizəçi X1 narkoloji qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərizənin imzalanmaması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, ərizəçi X1 narkoloji qeydiyyatdan çıxarılma tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. Ərizəçi narkoloji qeydiyyatdan çıxarılma tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji qeydiyyat qərarının hüquqi əsassız olması faktı, onun Yasamal rayon narkoloji dispanserində olan qeydiyyatının ləğv edilməsi və aidiyyəti üzrə qərar qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi
3. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.
4. Belə ki, qanunvericiliyin sadalanan tələblərindən görünür ki, ərizə məhkəməyə yazılı şəkildə verilir və ərizəçi və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
5. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş ərizə X3 tərəfindən imzalanmamışdır.
6. Odur ki, ərizə qanunvericiliyin tələblərinin pozulması ilə verildiyinə görə geri qaytarılmalıdır.
8. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizəçi X1 narkoloji qeydiyyatdan çıxarılma tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə