Məhkəmə qərarları › İş №2(004)-4926/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4926/2021

23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4926/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, Ərizəçi “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 15.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum babası X7 adı bir sıra sənədlərdə “Eldar” və “İldar” kimi yazılmış, bu adların eyni şəxs, yəni X11 olması faktının müəyyən edilməsi; mərhum babası X4 və mərhum X3ndan miras qalmış Bakı şəhəri Suraxanı rayonu Növsan kəndi Dənizkənarı küçəsində 34 kv.m sahəsi olan 64 nömrəli evin və yerləşdiyi 40 sot torpaq sahəsinin, Bakı şəhəri Suraxanı rayonu Növsan kəndi Üzümçülük küçəsi 26 və 27 nömrəli evlərin onların vəfatından sonra miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Bakı şəhəri 14 saylı Notariat Kontorunun Xüsusi Notariusunu maraqlı şəxs kimi göstərmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Ərizəçi ərizəsində qeyd edir ki, mərhum babası X7 adı bir sıra sənədlərdə “Eldar” və “İldar” kimi yazılmışdır, bu adların eyni şəxsə, yəni X10 aid olması faktı müəyyən edilməlidir. X3 30.05.2019-cu ildə vəfat etmişdir. X13 (İldar) Sabir oğlu 13.09.1985-ci ildə vəfat etmişdir. O, babası X4 və X3ndan miras qalmış Bakı şəhəri Suraxanı rayonu Növsan kəndi Dənizkənarı küçəsində 34 kv.m sahəsi olan 64 nömrəli evin və yerləşdiyi 40 sot torpaq sahəsini, Bakı şəhəri Suraxanı rayonu Növsan kəndi Üzümçülük küçəsi 26 və 27 nömrəli evləri faktiki qəbul etmiş və vərəsə kimi idarə edir. Lakin babası X10 03.08.2019-cu il tarixdə təkrar ölüm haqqında şəhadətnamə verilərkən soyadı Cəfərov adı İldar kimi yazılmışdır. O, miras əmlaklara dair vərəsəlik şəhadətnaməsi almaq üçün müəraciət etsə də, babasının alı “Eldar” əvəzinə “İldar” kimi yazıldığına görə notariusun 31.07.2019-cu il tarixli 1218 nömrəli məktubu ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Əksinə, ərizəçinin təqdim etdiyi Milli Arxiv İdarəsinin 02.08.2019-cu il tarixli c-21 nömrəli məktubundan müəyyən edilir ki, 1929-1930-cu illərə dair Bakı şəhəri Orconokidze (Suraxanı) rayonu Hövsan qəsəbəsi üzrə doğum haqqında qeydlər kitablarında 08 fevral (sənəddə olduğu kimi) 1930-cu ildə doğulan X17 (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: İsrafilov (sənəddə olduğu kimi) İldar (sənəddə olduğu kimi) Cəfər qulu (sənəddə olduğu kimi) oğlu; Anası: İsrafilova (sənəddə olduğu kimi) Rubaba Əlibəndə qızıdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.08.2019-cu il tarixli AZ-İİ 021076 nömrəli ölüm haqında şəhadətnamədən müəyyən edilir ki, Cəfərov İldar 13.09.1985-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 21.11.1986-cı ildə 32-B nömrəli ölüm akt qeydi aparılmışdır. Növsan Bələdiyyəsinin verdiyi 31.03.2021-ci il tarixli 136 nömrəli arayışdan müəyyən edilir ki, Cəfərova X6 rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsi 64 nömrəli evdə qeydiyyatsız yaşayır. Ərizəçi mərhum babası X7 ölüm akt qeydində yol verilmiş yalnışlığın düzəldilməsi üçün müvafiq sənədlərlə birlikdə Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etməli, düzəlişin aparılmasından imtina edildikdə isə həmin inzibati orqanın qərarından inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Hazırkı halda, Ərizəçi babasının ölümünə dair Suraxanı rayon Qeydiyyat şöbəsində ölüm akt qeydləri kitabında babası Cəfərov İldara (Eldar) dair 21.11.1986-cı ildə aparılmış 32-B nömrəli ölüm akt qeydində hər hansı bir yalnışlığın və ya səhvin mövcud olduğu təqdirdə, həmin yalnışlığın və ya səhvin düzəldilməsi və aradan qaldırılması üçün Suraxanı rayon Qeydiyyyat şöbəsinə ərizə ilə müraciət etməlidir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən mövcud olan yalnışlığın və ya səhvin düzəldilməsindən imtina edildiyi təqdirdə, ərizəçi Natəvane X1rşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalı və bu məsələyə həmin icraatda qiymət verilməlidir. Həmçinin, Ərizəçi babasının adına dair vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərin (adın düzgün yazılmaması) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldildikdən sonra, marası qəbul etmək üçün notariusa müraciət etməlidir. Bakı şəhəri 14 saylı notariat ofisinin 31.07.2019-cu il tarixli 1218 nömrəli məktubundan müəyyən edilir ki, X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X8 30.05.2019-cu ildə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Ərizəçi Bakı şəhəri 14 saylı notariat ofisinin 31.07.2019-cu il tarixli 1218 nömrəli məktubu ilə ona məhkəməyə müraciət edilməsinin tövsiyyə edildiyini qeyd etsə də, həmin məktubda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qeyd edilməmişdir. Yəni ərizəçi miras qalmış əmlaklara dair hüquq müəyyən edici sənədlləri notariusa təqdim etməklə, miras əmlakları öz adına sənədləşdirə bilər. Bu barədə mübahisə yoxdur. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Həmin Qərarın 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Hazırkı halda, Ərizəçi “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının” müəyyən edilməsi və “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsində biri-biri ilə əlaqəli olmayan tələbləri bir neçə tələbi birləşdirmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi qərardadda göstərilən nöqsanları aradan qşaldırdıqdan sonra “miras qalmış əmlaklara dair hüquq müəyyənedici sənədlərin onun babasına məxsus olması faktının” müəyyən edilməsinə dair ərizə ilə isə özünün faktiki yaşadığı ünvan 1 ünvan üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 152.1.3, 152.1.7, 263-264, 268, 309-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar