Məhkəmə qərarları › İş №2(061)-1174/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1174/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1174/2025 11.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədirliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər nayon Notariat Ofisinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması və mirasın qəbulu faktının müəyyən edilməsi tələbi” nə dair ərizəsi üzrə mülki işə 11 avqust 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n E t d i: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər nayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN 0160, KOD 61113018 olan Dövlət Aktının hazırda mərhum X8 məxsus olması faktının və həmin Dövlət Aktında nəzərdə tutulan Tərtər rayonunun Xoruzlu kəndində yerləşən X3 miras qalan 0,65 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, nə də ki, ərizəyə qarşı öz yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinın nümayəndəsi X4 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, miras qoyan X13 ərizəçinin anası olmuşdur. Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı qərarına əsasən Tərtər rayonu Xoruzlu kəndi ərazisindən X5 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,65 ha pay torpaq sahəsi ayrılmış və bu barədə ona Torpağa Mülkiyyət Hüququna dair JN 0160, KOD 61113018 olan Dövlət Aktı verilmişdir. Marya Cəfərovanın əri (ərizəçinin atası) İsa Cəfərov xx.xx.1978-ci ildə, Marya Cəfərovanın özü isə xx.xx.2014-cü ildə vəfat etmiş və sözügedən torpaq sahələri ondan miras qalmışdır. Marya Cəfərovanın hazırkı Ərizəçi və digər övladları X29, X30, X33, X34, X18 və X6 ibarət yeddi nəfər vərəsəsi vardır. Miras əmlaklar barədə vərəsəlik işi açılmamış, nə də ki, heç kimə vəsiyyət edilməmişdir. Miras qoyanın başqa heç bir vsərəsəsi yoxdur. Miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Digər vərəsələr mirasın qardaşları - hazırkı ərizəçi tərəfindən qəbul edilməsinə razıdırlar və bu barədə yazılı ərizə vermişlər. Mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi, habelə torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəddə - Dövlət Aktıda uyğunsuzluq olduğu üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, ərizəçinin mərhum anasının adı Marya olsa da, sözügedən Dövlət Aktıda səhvən Mariya kimi yazılmışdır. Həmin uyğunsuzluğu aradan qaldırmadan mirasla bağlı sənədləşmə işlərini aparılması mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında maraqlı şəxs qismində dindirilən X29 izahatında göstərmişdir ki, ərizəçi onun doğma qardaşıdır. Miras qoyan X13 isə anası olmuşdur. Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı qərarına əsasən Tərtər rayonu Xoruzlu kəndi ərazisindən anası X5 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,65 ha pay torpaq sahəsi ayrılmış və bu barədə ona Torpağa Mülkiyyət Hüququna dair JN 0160, KOD 61113018 olan Dövlət Aktı verilmişdir. X43 xx.xx.1978-ci ildə, anaları Marya Cəfərovanın özü isə xx.xx.2014-cü ildə vəfat etmiş və sözügedən torpaq sahələri aanasından miras qalmışdır. X7, hazırkı Ərizəçi və digər bacıqardaşları X30, X33, X34, X18 və X6 ibarət yeddi nəfər vərəsəsi vardır. Miras əmlaklar barədə vərəsəlik işi açılmamış, nə də ki, heç kimə vəsiyyət edilməmişdir. Miras qoyanın başqa heç bir vsərəsəsi yoxdur. Miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. O və digər vərəsələr mirasın qardaşları - hazırkı ərizəçi tərəfindən qəbul edilməsinə razıdırlar. Mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi, habelə torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəddə - Dövlət Aktıda uyğunsuzluq olduğu üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, mərhum analarının adı Marya olsa da, sözügedən Dövlət Aktıda səhvən Mariya kimi yazılmışdır. Həmin uyğunsuzluğu aradan qaldırmadan mirasla bağlı sənədləşmə işlərini aparılması mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına razıdır. Məhkəmə hazırlıq iclasında maraqlı şəxs qismində dindirilən X30, X33, X34, X18 və X19 maraqlı şəxs X14 izahatına uyğun izahat vermişlər. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN 0160, KOD 61113018 olan Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı qərarına əsasən Tərtər rayonu Xoruzlu kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılan 0,65 ha pay torpaq sahəsinin mülkiyyətçisi kimi X11 qeyd olunmuşdur. İşdə olan Tərtər rayon Xoruzlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2014-cü ildə vəfat etmişdir. İşdə olan Tərtər rayon Xoruzlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1978-ci ildə vəfat etmişdir. İşdə olan Tərtər Rayon İHB-nın Xoruzlu kənd İƏD üzrə nümayəndəsi E.Qasımov tərəfindən verilmiş 102 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 əri - X15 - vəfat edib; oğlu - Ərizəçi; oğlu - X29; qızı - X30; oğlu - X33; oğlu - X34; qızı - X18; qızı - X6 ibarət vərəsələri olmuşdur. İşdə olan Mirbəşir rayon Qaradağlı k/soveti tərəfindən xx.xx.1965-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (hazırkı ərizəçinin) atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Tərtər rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2025-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X13 yazılmışdır. İşdə olan Mirbəşir rayon Qaradağlı k/soveti tərəfindən xx.xx.1986-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Mirbəşir rayon Qaradağlı k/soveti tərəfindən xx.xx.1976-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 ilə X26 arasında xx.xx.1976-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Alışov, arvada Alışova soyadı verilmişdir. İşdə olan Mirbəşir rayon Qaradağlı k/soveti tərəfindən xx.xx.1958-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Mirbəşir rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1978-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Tərtər rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2025-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Bərdə rayon Kətərparaqk/soveti tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X22 arasında xx.xx.1990-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. İşdə olan Mirbəşir rayon Qaradağlı k/soveti tərəfindən xx.xx.1967-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 atası qrafasında atası kimi X15, anası qrafasında anası kimi X11 yazılmışdır. İşdə olan Mirbəşir rayonu Xoruzlu kənd soveti tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 ilə X23 arasında xx.xx.1990-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əmirahov, arvada Əmirahova soyadı verilmişdir. İşdə olan Tərtər rayon Xüsusi Notariat Ofisi tərəfindən Tərtər Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 607 №-li məktubdan görünür ki, X13 ilə bağlı elektron məlumat informasiya sistemində açılmış vərəsəlik işi və ya təsdiq edilmiş şəhadətnamə aşkar edilməmişdir. İşdə olan X29, X30, X33, X34, X18 və X19 tərəfindən məhkəmə hazırlıq iclasında verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onlar iddianın təmin olunmasına və mirasın qardaşları Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduqlarını qeyd etmişlər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsinin və maraqlı şəxslərin (digər vərəsələrin) izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, miras qoyan X13 ərizəçinin anası olmuşdur. Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı qərarına əsasən Tərtər rayonu Xoruzlu kəndi ərazisindən X5 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,65 ha pay torpaq sahəsi ayrılmış və bu barədə ona Torpağa Mülkiyyət Hüququna dair JN 0160, KOD 61113018 olan Dövlət Aktı verilmişdir. Marya Cəfərovanın əri (ərizəçinin atası) İsa Cəfərov xx.xx.1978-ci ildə, Marya Cəfərova isə xx.xx.2014-cü ildə vəfat etmiş və sözügedən torpaq sahələri ondan miras qalmışdır. Marya Cəfərovanın hazırkı Ərizəçi və digər övladları X29, X30, X33, X34, X18 və X6 ibarət yeddi nəfər vərəsəsi vardır. Miras əmlaklar barədə vərəsəlik işi açılmamış, nə də ki, heç kimə vəsiyyət edilməmişdir. Miras qoyanın başqa heç bir vsərəsəsi yoxdur. Miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Digər vərəsələr mirasın qardaşları - hazırkı ərizəçi tərəfindən qəbul edilməsinə razıdırlar və bu barədə yazılı ərizə vermişlər. Mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi, habelə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddə - Dövlət Aktıda uyğunsuzluq olduğu üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin ərizəçinin nümayəndəsinin və maraqlı şəxslərin (digər vərəsələrin) izahatlarından və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, ərizəçinin hazırda mərhum anasının adı Marya olsa da, yuxarıda adı çəkilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddə - Torpağa Mülkiyyət Hüququna dair JN 0160, KOD 61113018 olan Dövlət Aktında səhvən Mariya kimi yazılmışdır. X25 göstərilən X11 ilə X13 eyni şəxslərdir və sözügedən Dövlət Aktı həmin şəxsə aiddir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin ... həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Torpağa Mülkiyyət Hüququna dair JN 0160, KOD 61113018 olan Dövlət Aktında göstərilən X11 ilə X13 eyni şəxslər olmaqla sözügedən Dövlət Aktı həmin şəxsə aid olduğundan hüquq müəyyənedici sənəd olan JN 0160, KOD 61113018 olan Dövlət Aktının həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, miras 2014-cü ildə açıldığından mirasın qəbuluna dair məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı normaları tətbiq edilməklə həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninəçatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarını rəhbər tutaraq və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QətEtdi: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN 0160, KOD 61113018 olan Dövlət X1 məxsus olması faktı və həmin Dövlət Aktında nəzərdə tutulan Tərtər rayonunun Xoruzlu kəndində yerləşən X3 miras qalan 0,65 ha pay torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar