Məhkəmə qərarları › İş №2(061)-1484/2024

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1484/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1484/2024 09.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cim il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,97 ha torpaq sahəsinə görə JN-329, KOD 61100048 “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,28 ha torpaq sahəsinə görə JN-361F KOD 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə mərhum atasının adı, soyadı, ata adı “X22” kimi yazılmasına baxmayaraq, “X24” kimi oxunması və 06 sentyabr 1998-ci ildə vəfat etmiş mərhum X7ndan və 17 avqust 2003-cü ildə vəfat etmiş X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cim il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,97 ha torpaq sahəsinə görə JN-329, KOD 61100048 “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı üzrə verilmiş torpaq sahəsinin və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynlərinə Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,28 ha torpaq sahəsinə görə JN-361F KOD 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə üzrə verilmiş torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Tərtər rayon Hüsənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. Ailədə 8 övlad olmuşlar. X7 06 sentyabr 1998-ci ildə, anası X14 isə 17 avqust 2003-cü ildə vəfat etmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynlərinə Tərtər rayon Hüsənli kəndindən 0,97 ha torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN-329, kod 61100048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bununla yanaşı Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynlərinə Tərtər rayon Hüsənli kəndindən 0,28 ha həyətyanı torpaq sahəsi və həmin sahəyə görə JN-361F, kod 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Hər iki sənədlərdə mərhum atasının adı səhvən Nəriman kimi yazılmışdır. Əslində Nərman kimi yazılmalıdır. O, valideynləri ilə bir yerdə yaşamışdır. Onlara baxıb qulluqlarında durmuşddur. Valideynləri sağ olarkən həmin torpaqlar onun istifadəsində olmuşdur. Valideynlərinin vəfatindan sonra o, faktiki olaraq həmin torpaqları miras əmlak kimi qəbul etsə də, rəsmi sənədlərdə qəbul edə bilməmişdir. Bunun səbəbi, valideynlərinin vəfatından sonra o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə notariat ofisinə müraciət edib vərəsəlik şəhadətnaməsi almışdır. Hazırda həmin torpaqları öz adına rəsmiləşdirmək istəyir. Ona görə də Notariat Ofisinə müraciət etmişdir. Digər bacı və qardaşları mərhum valideynlərindən qalan torpaqların onun tərəfindən miras əmlak kimi qəbul etməsinə etiraz etməmişlər. Maraqlı şəxslər Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X23 göstərmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. Münasibətləri yaxşıdır. X7 06 sentyabr 1998-ci ildə, anası X14 isə 17 avqust 2003cü ildə vəfat etmişdir. Ərizəçi mərhum valideynləri ilə birlikdə yaşamışlar. Onların torpaq sahələrindən Ərizəçi istifadə etmişdir. Valideynləri vəfat etdikdən sonra da Ərizəçi həmin torpaq sahəsindən istifadə etmişdir. Həmin torpaq sahələrinin qardaşı Ərizəçi adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X27 göstərmişdir ki, Ərizəçi ilə doğma qardaşdırlar. Onunla münasibətləri yaxşıdır. X7 06 sentyabr 1998-ci ildə, anası X14 isə 17 avqust 2003-cü ildə vəfat etmişdir. İradil mərhum valideynləri ilə birlikdə yaşamışdır. Onların torpaq sahələri Ərizəçi istifadəsində olmuşdur. Ərizəçi valideynləri vəfat etdikdən sonra da həmin torpaq sahəsindən istifadə etməkdə davam etmişdir. Həmin torpaq sahələrinin qardaşı Ərizəçi adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Tərtər rayon Hüsənli kəndində anadan olmuşdur və hazırda həmin ünvanda qeydiyyatdadır. İşdə olan ünvan 2ən verilmiş 331 saylı 26 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi hazırda Tərtər rayon Hüsənli kəndində yaşayır. İşdə olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X24, X15 arasında nikah xx.xx.1945-ci ildə rəsmiləşdirilmişdir. Ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İşdə olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Tərtər Rayon Hüsənli kəndində anadan olmuşdur. Həmin sənəddə ata qrafasında X24, ana qrafasında X14 qeyd edilmişdir. İşdə olan V-JQ 294801 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 06 sentyabr 1998-ci ildə vəfat etmişdir. İşdə olan V-JQ 294801 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 17 avqust 2003-cü ildə vəfat etmişdir. İşdə olan Tərtər Rayon Aqrar İslahat Komissiyasının JN-361F, kod 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X1 kimi qeyd edilmiş, X24 və X14, 0,28 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçiləri kimi göstərilmişdir. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-222, KOD 61109068 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət X2 kimi qeyd edilmiş, X24 və X14, 0,97 ha pay torpaq sahəsinin mülkiyyətçiləri kimi göstərilmişdir. İşdə olan Tərtər rayon Hüsənli kənd İƏD-i üzrə nümayəndəlik tərəfindən verilmiş 333 saylı 26 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi atası X22 JN-329 saylı Dövlət aktında və JN-361 F saylı həyətyanı torpaq sahəsinə görə verilmiş şəhadətnamədə və fərdi yaşayış evinin texniki pasportunda texniki səhv olaraq X5 qeyd edilmişdir, əslində X20r. İşdə olan Tərtər rayon Hüsənli kənd İƏD-i üzrə nümayəndəlik tərəfindən verilmiş 334 saylı 26 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi X7 06 sentyabr 1998-ci ildə, anası X14 isə 17 avqust 2003-cü ildə vəfat etmişdir. Onların övladları X23, X28, Rüstəmova (Cəfərova) Səriyyə İsa qızı, X29, X11, X27, Ərizəçi və Məmmədova (Cəfərova) Əhruzə İsa qızından ibarətdir. İşdə olan Tərtər rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 673 saylı və 674 saylı qərarlarından görünür ki, həmin qərarlarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X13 və X6 doğum və ölüm haqqında şəhadətnamələri Tərtər rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X16 məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılmasını xahiş etdiyini, razı olduğunu, ərizənin onun sözləri ilə ifadəsinə uyğun yazıldığını və düzgünlüyünü imzası ilə təsdiq etdiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X21 işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılmasını, razı olduğunu, ərizənin onun sözləri ilə ifadəsinə uyğun yazıldığını və düzgünlüyünü imzası ilə təsdiq etdiyini göstərmişdir. İşdə olan notarial qaydada verilmiş xx.xx.2024-cü il tarixli 514358 saylı, xx.xx.2024-cü il tarixli ƏN-İİ 050844 saylı, xx.xx.2024-cü il tarixli AR-İİİ 560081 saylı, 17 dekabr 2022-ci il tarixli AR-İİ 878568 saylı etibarnamələrin surətlərindən görünür ki, X30, X16, X21, X3 Yasin İsa oğlu və X17 baş etibarnamə vermişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbləri əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ərizəçinin X7 06 sentyabr 1998-ci ildə, anası X14 isə 17 avqust 2003-cü ildə vəfat etmişdir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynlərinə Tərtər rayon Hüsənli kəndindən 0,97 ha torpaq sahəsi və həmin torpaq sahəsinə görə JN- 329, kod 61100048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bununla yanaşı Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynlərinə Tərtər rayon Hüsənli kəndindən 0,28 ha həyətyanı torpaq sahəsi və həmin sahəyə görə JN-361F, kod 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Qeyd edilən sənədlər tərtib edilərkən X5 göstərilmişdir. Məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadtnamədə X8 qeyd edilmişdir. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Bunlarla yanaşı ərizəçinin mərhum atası X22 06 sentyabr 1998-ci ildə, anası X14 isə 17 avqust 2003-cü ildə vəfat etmişdir. Vəfat edərkən ərizəçinin valideynlərinin mülkiyyətində olan Tərtər rayon Hüsənli kəndində yerləşən 0,28 ha həyətyanı və 0,97 ha pay torpaq sahəsi miras qalmışdır. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, valideynləri ilə birgə yaşamış, onların mülkiyyətində olan 0,28 ha həyətyanı və 0,97 ha pay torpaq sahəsindən istifadə etmiş və onlar vəfat etdikdən sonra da həmin torpaq sahələrini faktiki olaraq qəbul etmiş və bu günə kimi istifadə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon notariat ofisinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etsə də müddəti otürdüyü əsas göstərilərək 673 və 674 nömrəli qərarlarla şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, mərhum valideynlərindən miras qalan Tərtər rayon Hüsənli kəndində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi və 0,97 ha pay torpaq sahəsi miras əmlak kimi onun tərəfindən qəbul olunmuşdur. Qanunları bilmədiyi üçün valideynlərindən miras qalmış pay torpaq sahəsini vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, ərizəçi hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi mərhum valideynlərinin qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Hazırda ərizəçi həmin miras qalmış pay torpaq sahəsinin adına qeydə alınması üçün notariat ofisinə müraciət etdikdə ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdilmişdir. Ərizəçinin göstərdikləri məhkəmədə elan olunmuş sənədlərlə tam sübut olunmuşdur. Məhkəmə iclasında ifadə vermiş şahidlər X23 və X27 məhkəmə iclasında verdikləri ifadəsində valideynlərindən miras qalmış həyətyanı və pay torpaq sahələrinin Ərizəçi adına sənədləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Eyni zamanda məhkəmədə elan olunmuş etibarnamələrdən görünür ki, digər övladlar X30, X16, X21, X29, X28 və X17 baş etibarnamə vermişlər. Məhkəmə bu halların iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənədlər ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən Tərtər rayon Aqrar İslahat Komissiyasının JN-361F, kod 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN-222, KOD 61109068 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı hüquq müəyyənedici sənədlər əhəmiyyətinə malikdir. İş materiallarından müəyyən olunur ki, JN-361F, kod 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə və JN-222, KOD 61109068 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının ərizəçinin X7na və anası X10 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Bununla yanaşı ərizəçi ərizəsində miras əmlakın qəbul edilməsi faktınında müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında elan olunmuş sənədlərdən aydın olur ki, ərizəçi mərhum valideynlərinin övladı olmaqla qanun üzrə İ dərəcəli vərəsəsidir. Ərizəçi valideynləri vəfat etdikdən sonra da onlardan miras qalmış torpaq sahələrini istifadə etdiyini bildirmiş, bununla bağlı digər vərəsələrin də etirazları olmamış, bu məqsədlə verilmiş sənədlər məhkəmə iclasında elan olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cim il tarixli 11 saylı qərarı əsasında mərhum valideynlərinə Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,97 ha torpaq sahəsinə görə JN-329, KOD 61100048 “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cim il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,28 ha torpaq sahəsinə görə JN-361F KOD 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə mərhum atasının adı, soyadı, ata adı “X22” kimi yazılmasına baxmayaraq, sənədlərin “X24”na və həmin sənəddə adları göstərilən digər ailə üzvünə məxsus olması faktı müəyyən edilməli, Ərizəçi 06 sentyabr 1998-ci ildə vəfat etmiş mərhum X7ndan və 17 avqust 2003-cü ildə vəfat etmiş X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,97 ha torpaq sahəsinə görə JN-329, KOD 61100048 “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı üzrə verilmiş torpaq sahəsinin və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cim il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,28 ha torpaq sahəsinə görə JN-361F KOD 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə üzrə verilmiş torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cim il tarixli 11 saylı qərarı əsasında mərhum valideynlərinə Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,97 ha torpaq sahəsinə görə JN-329, KOD 61100048 “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cim il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,28 ha torpaq sahəsinə görə JN-361F KOD 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə mərhum atasının adı, soyadı, ata adı “X22” kimi yazılmasına baxmayaraq, sənədlərin “X24”na və həmin sənəddə adları göstərilən digər ailə üzvünə məxsus olması faktı müəyyən edilsin. Ərizəçi 06 sentyabr 1998-ci ildə vəfat etmiş mərhum X7ndan və 17 avqust 2003-cü ildə vəfat etmiş X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,97 ha torpaq sahəsinə görə JN-329, KOD 61100048 “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı üzrə verilmiş torpaq sahəsinin və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı əsasında mərhum valideynləri X19 və X9 Tərtər rayon Hüseynli (Hüsənli) kəndindən 0,28 ha torpaq sahəsinə görə JN-361F KOD 61100048 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə üzrə verilmiş torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar