Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-316/2025 07.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədində “X12” kimi yazılmasına baxmayaraq həmin sənədin “X13”na və ona məxsus olması, Tərtər rayon Xoruzlu kəndində yerləşən 1,17 ha pay torpaq sahəsinə görə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədi üzrə torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, X3, anası X13 olmuşdur. X3 xx.xx.2016-cı ildə, anası X13 xx.xx.2002-ci ildə vəfat etmişdir. Yaşadığı Tərtər rayon Xoruzlu kəndində valideynlərinin adına 1,17 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə görə reyestr nömrəsi **********14 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2017-ci il olan, seriya nömrəsi ******* olan çıxarış vardır. Həmin sənəddə mərhum anasının adında, soyadında və ata adında yanlışlığa yol verilmişdir. Mərhum anası X5 adı həmin çıxarışda texniki səhv olaraq X1 yazılmışdır. Mərhum valideynləri vəfat edənədək bir yerdə yaşamışlar. Bir övlad kimi onların qulluğunda durmuşdur. Valideynlərindən miras qalmış torpaq sahəsini idarə etmişdir. Hazırda da istifadə etməkdədir. O, faktiki olaraq həmin torpaq sahəsini miras əmlak kimi qəbul etsə də sənədləşdirə bilməmişdir. Mərhum valideynlərinin İ dərəcəli vərəsəsidir. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu xx.xx.2024-cü il tarixli, 808 saylı qərarı ilə ona mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və bununla bağlı Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Beləliklə notariat orqanı lazımi sənədlərin olmamasına və təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini verməkdən imtina etmişdir. Belə olduğu halda notariat orqanı lazımi sənədlərin olmamasına görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi üçün o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün deyildir. Göstərdiklərinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını bir daha məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Tərtər rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X18 göstərmişdir ki, Ərizəçi oğlu onun doğma qardaşıdır. Ailədə 4 bacı, 2 qardaş olmuşlar. Hərənin özünün təsərrüfatı mövcuddur. Ərizəçi mərhum valideynlərinə məxsus olan 1,17 ha pay torpaq sahəsindən əvvəldən, hazırda da istifadə etmişdir. Həmin sənəddə anasının adı səhvən Zenfira kimi qeyd edilmişdir. Halbu ki, mərhum anasının adı bütün sənədlərdə Zənfirə kimi qeyd edilmişdir. X3 xx.xx.2016-cı ildə, anası X13 xx.xx.2002-ci ildə vəfat etmişdir. Onların yas mərasimlərini qardaşı Ərizəçi keçirmişdir. Valideynlərinə məxsus olan 1,17 ha pay torpaq sahəsinin qardaşı Ərizəçi adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1970-ci il təvəllüdlü olmaqla, ata qrafasında X17, ana qrafasında X14 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1931ci il təvəllüdlü olmaqla, ata qrafasında X24, ana qrafasında X22 qeyd edilmişdir. İşdə olan Tərtər rayon Xoruzlu kənd İƏD -i üzrə nümayəndəlik tərəfindən verilmiş 239 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, arayış verilmişdir Tərtər rayon Xoruzlu kənd sakini Ərizəçi ondan ötəri ki, JN-03 saylı “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktında onun anası X6 adı texniki səhv olaraq Zenfira kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədində “X12” kimi yazılmışdır. İşdə olan Tərtər rayon Xoruzlu kənd İƏD -i üzrə nümayəndəlik tərəfindən verilmiş 240 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhumlar X9 və X7 ailə tərkibi qızı X15, oğlu X18, oğlu X19, oğlu, oğlu X16 və qızı X2 ibarətdir. İşdə olan evlənmək haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X17 ilə X20 nikahları xx.xx.1950-ci il tarixdə 15 nömrə ilə qeydə alınmışdır. Ərə və arvada Əbdüləzimov soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2002-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Notariat Ofisinin 12 dekabr 2024-cü il tarixli 808 saylı qərarından görünür ki, həmin qərarla Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan İsmayılova (Əbdüləzimova) Sülhiyyə Əhməd qızının xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, qardaşı Ərizəçi ərizəsindən xəbəri olduğunu, şəxsi işləri və səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini göstərmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. İşdə olan X18, X19 və X8 xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, onlar qardaşları Ərizəçi ərizəsindən xəbəri olduqlarını, şəxsi işləri və səhhətləri ilə bağlı məhkəməyə gələ bilmədiklərini göstərmiş və ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin X3, anası X13 olmuşdur. Onun X3 xx.xx.2016-cı ildə, anası X13 xx.xx.2002-ci ildə vəfat etmişdir. Ərizəçinin yaşadığı Tərtər rayon Xoruzlu kəndində valideynlərinin adına 1,17 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə görə reyestr nömrəsi **********14 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2017-ci il olan, seriya nömrəsi ******* olan çıxarış alınmışdır. Həmin sənəddə mərhum anasının adında yanlışlığa yol verilmişdir. Mərhum anası X5 adı həmin çıxarışda texniki səhv olaraq X1 yazılmışdır. Bu hallar məhkəmə iclasında elan olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, mərhum valideynləri vəfat edənədək bir yerdə yaşamışlar. Bir övlad kimi onların qulluğunda durmuşdur. Valideynlərindən miras qalmış torpaq sahəsini idarə etmişdir. Hazırda da istifadə etməkdədir. O, faktiki olaraq həmin torpaq sahəsini miras əmlak kimi qəbul etsə də sənədləşdirə bilməmişdir. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər Rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Notariat Ofisinin xüsusi notariusu xx.xx.2024-cü il tarixli, 808 saylı qərarı ilə ona mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmiş və bununla bağlı Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən reyestr nömrəsi **********14 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2017-ci il olan, seriya nömrəsi ******* olan çıxarış hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. İş materiallarından müəyyən olunur ki, ərizəçinin reyestr nömrəsi **********14 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2017-ci il olan, seriya nömrəsi ******* olan çıxarışın X3na və anası X10 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı ərizəçi ərizəsində Tərtər rayon Xoruzlu kəndində yerləşən 1,17 ha pay torpaq sahəsinə görə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədi üzrə torpaq sahəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını da xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi ərizəçi mərhum valideynlərinin sağlığında və onlar vəfat etdikdən sonra onlardan miras qalmış 1,17 ha pay torpaq sahəsindən istifadə etmişdir. Bununla da o faktiki olaraq həmin əmlaklara sahiblik etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin mərhum valideylərindən miras qalmış torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki,mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi təmin edilməli, Ərizəçi xx.xx.2016-cı ildə vəfat etmiş anası X4 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədinə əsasən Tərtər rayonu, Xoruzlu kədində yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilməli, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədində mülkiyyətçi “X12” kimi göstərilməsinə baxmayaraq həmin sənədin X10 və Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-cı ildə vəfat etmiş anası X4 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədinə əsasən Tərtər rayonu, Xoruzlu kədində yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanun üzrə vərəsə kimi qəbul etməsi faktı müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli Çıxarış sənədində mülkiyyətçi “X12” kimi göstərilməsinə baxmayaraq həmin sənədin X10 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-316/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-316/2025
07.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver