Məhkəmə qərarları › İş №2(039)-2675/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2675/2022

17.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2675/2022 17.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə və X1 Xidmət mərkəzində Notariat ofisinə qarşı «sənədin şəxsə məxsus olması faktının təsdiqi və mirasın qəbulu faktının təsdiqi» haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə və X1 Xidmət mərkəzində Notariat ofisinə qarşı «sənədin şəxsə məxsus olması faktının təsdiqi və mirasın qəbulu faktının təsdiqi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən görünür ki, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə və X1 Xidmət mərkəzində Notariat ofisinə qarşı «sənədin şəxsə məxsus olması faktının təsdiqi və mirasın qəbulu faktının təsdiqi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.7-ci maddələrində göstərilir ki, iddiaçı bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanun normasının mənasına görə Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə və X1 Xidmət mərkəzində Notariat ofisinə qarşı «sənədin şəxsə məxsus olması faktının təsdiqi və mirasın qəbulu faktının təsdiqi» tələbini bir icraatda birləşdirməklə, sözügedən qanun normasının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.1.7-ci maddələrinin tələblərinə görə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçiyə izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.2, 152.1.7, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə və X1 Xidmət mərkəzində Notariat ofisinə qarşı «sənədin şəxsə məxsus olması faktının təsdiqi və mirasın qəbulu faktının təsdiqi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar