Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-469/2025 05.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Rirudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X31 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X31 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1963-cü ildə Tərtər şəhərində anadan olmuşdur. X7 02.052007-ci ildə, atası X25 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən az bir müddət sonra atası X25 xx.xx.2007-ci ildə özünə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evini ona vəsiyyət etmiş və bu barədə vəsiyyətnamə qoymuşdur ki, bu vəsiyyətnamə də xx.xx.2007-ci il tarixdə 7E-3-1038/1039 nömrə ilə Reystrdə qeydə alınmışdır. O mərhum valideynləri X25 və X17 həm Qanun üzrə, həm də vəsiyyət üzrə birinci dərəcə vərəsəsidir. Belə ki, mərhum atası X25 tərəfindən xx.xx.2007-ci ildə özünə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evini ona vəsiyyət etdiyi üçün o vəsiyyət üzrə vərəsədir. Bununla yanaşı o Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 №-li qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-359F, kod 61101004 saylı Şəhadətnamə əsasında mərhum valideynləri X25 və X17 mülkiyyətinə verilmiş 0,006 ha həyətyanı torpaq sahəsini, yəni onlardan miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etdiyi üçün həm də qanun üzrə vərəsədir. Ona görə də o “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” və “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Notariat Ofisinin Xüsusi X2 31 oktyabr 2024-cü il tarixli, 773 №-li qərarı ilə ona mirasın qəbulu üçün AR MPM-in 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdığı və hüquqmüəyyənedici sənədlərdə ad və soyad səhvləri olduğu üçün “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” və “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilməsindən imtina etmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. O da məhkəməyə müraciət edərək xx.xx.2015-ci ildə vəfat etmiş atası X9 xx.xx.2007-ci il tarixdə 7E-3-1038/1039 nömrə ilə Reyestrdə qeydə alınmış vəsiyyətnamə əsasında ona vəsiyyət edilmiş miras əmlakın (onun özünə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin) onun tərəfindən qəbul edilməsi faktının, xx.xx.2015-ci ildə vəfat etmiş atası X25 və xx.xx.2007-ci ildə vəfat etmiş X7ndan miras qalmış əmlakın (Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 №-li qərarı ilə “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-359F, kod 61101004 saylı Şəhadətnamə əsasında verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin) onun tərəfindən qəbul edilməsi faktının, “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-359F, kod 61101004 saylı X1 adının səhvən X21, X17 adının səhvən X22, X3 adının səhvən X18, X10 adının səhvən X4 yazılmasına baxmayaraq həmin sənədlərin xx.xx.2015-ci ildə vəfat etmiş X19, xx.xx.2007-ci ildə vəfat etmiş X23, X5, X20 və X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatları qanuni və əsaslı hesab edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, mülki iş üzrə mübahisələndirilən “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-359F Kod 61101004 saylı Şəhadətnamənin təsdiq olunmuş surətində adları mülkiyyətçi kimi qeyd olunmuş X18, X27 və X26 məhkəmə iclasında rəsmi ərizə təqdim edərək qardaşına, anasına, özünə düşən paylarını istəyirlər.Məmmədova Gülnaz yaşadığı (qeydiyyatda olduğu) evdən qanuni olaraq övladlarına, özünə düşən paylarını istəyirlər. Belə ki, iş materiallarında olan mülki iş üzrə mübahisələndirilən “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-359F Kod 61101004 saylı Şəhadətnamənin təsdiq olunmuş surətində adları mülkiyyətçi kimi qeyd olunmuş X18, X27 və X14 ərizələrinə görünür ki, qardaşına, anasına, özünə düşən paylarını istəyirlər. Məmmədova Gülnaz yaşadığı (qeydiyyatda olduğu) evdən qanuni olaraq övladlarına, özünə düşən paylarını istəyirlər. Beləliklə məhkəmə prosesinin gedişində hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəçinin ərizəsinə baxdıqda hüquq haqqında mübahisə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarına əsasən mülki iş üzrə mübahisələndirilən “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-359F Kod 61101004 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin mərhum valideynləri və hazırda sağ olan X6, X15 və X14 adları mülkiyyətçi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 1.5-ci bəndində göstərilmişdir ki, Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlanıldığından dövlət rüsumu olan 100 (bir yüz) manat məbləğində pul Ərizəçi qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X31 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Ərizəçiyə ümumi əsaslarla iddia icraatı qaydasında iddia qaldırmaq hüquqları izah olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (maraqlı tərəf Tərtər rayon Xüsusi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X31 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla) “mirasın qəbul etmə faktının və hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilən 100 (bir yüz ) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia icraatı qaydasında iddia qaldırmaq hüquqları izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-469/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-469/2025
05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver