Məhkəmə qərarları › İş №2(004)-4928/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4928/2021

18.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4928/2021 18.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndələri X3 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 15.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh 16.06.2021-ci il tarixli 163-k nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Səhiyyə Nazirliyindən beş nəfər işçi ilə birlikdə o, Əczaçılıq İdarəsinə gəlmişdir. Onu qeydiyyat şöbəsinə keçirmişlər. O, Nazirlər Kabinetinin 2012-ci il tarixli qərarını rəhbər tutaraq iş yerində yeni sistem qurmuşdur. O, işlədiyi dövrdə 2 dəfə təşəkkürnamə və 2 dəfə mükafat almışdır. Cavabdehn direktoru Murad Süleymanov həmişə ona işində peşəkar olduğunu və işində heç bir səhv görmədiyini bildirmişdir. O, Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə işləmişdir. 09.06.2021-ci il tarixə kimi işində heç bir problemi olmamışdır. Onun vəzifə təlimatı müfəttişlərdən dərmanları alıb, sistemə daxil etmək, dərman qutularının və istifadə təlimatlarının Səhiyyə nazirinin müavini Elsevər Ağayevin imzası ilə təsdiq edilmiş təlimatda göstərilən qaydada vahid nümunəyə əsasən təsdiq edilmiş qablaşdırılmaya uyğunluğunu yoxlayır. O, qutuların üzərində uyğunluğa dair qeyd aparır, tarix yazaraq qutuların üzərinə “ + “ və ya “ - ” işarəsi qoyur və əlavə olaraq siyahıda dərmanların qarşısında qeydiyyat aparır. X7 dərmanları digər müfəttişdən təhvil alır, dərmanların tamlığını və təlimata uyğun olubolmamasını, bir sözlə dərmanların sayını və tamlığını yoxlayır. Dərman qaydalara uyğun olarsa analitik bazaya daxil edir və bundan sonra ona verir. 09.06.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələri gəlmişdir. Dərman qutusunun içərisində təlimata uyğun olaraq Azərbaycan dilində tərtib edilmiş istifadə təlimatı olmamışdır, o, qutusunun üzərində “ - “ işarəsi qoymuş və bazaya qeyd etməsi üçün Fəxriyəyə Həmidovaya vermişdir. Fəxriyyə Həmidova ona bildirmişdir ki, dərman qutusunun içərisində içlik olmuşdur. Yəqin torbanın içərisində qalıb. Lakin torbanın içərisində başqa əzilmiş və cırılmış təlimat vərəqələri olmuşdur. Bir neçə dəfə belə hadisələr olub ki, o qutunun üzərində “ + ” işarəsi, Fəxriyyə isə “ - “ işarəsi qeyd etmişdir. Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitəsinin təlimatını Fəxriyyə Həmidova onun otağında olan zibil qutusundan tapıb gətirərək, şöbə müdiri Sərvinaz Tağıyevaya vermişdir. Fəxriyyə Həmidovaya işi o, özü öyrətmişdir, münasibətləri yaxşı olmuşdur. O, Fəxriyyən həmişə sülhə dəvət etmişdir. Soyuducunun açarı həmişə onda olmuşdur. O, başqa dərmanları yoxlayarkən Fəxriyyə onun otağını axtarmış və kserks aparatının yanında olan zibil qutusunda təlimat vərəqəsini cırılmış şəkildə tapıb gətirmişdir. Fəxriyyə təlimatı şöbə müdirinə vermiş və şöbə müdiri ondan nəyə görə təlimatı cırdığını soruşmuşdur. O, isə təlimatı cırmadığını və təlimatı Fəxriyyənin özünün cırıb atmış ola biləcəyini demişdir. Bundan sonra ondan izahat tələb edilmişdir. Lakin o, hüquqşünas çağırmağı tələb etmiş və izahat verməmişdir. İzahatı öz otağında yazıb verəcəyini desə də, ona icazə verilməmişdir. Bu səbəbdən izahat yazmamışdır. 14.06.2021-ci il tarixdə ona öz ərisəsi ilə işdən çıxması, əks halda əmrlə işdən çıxardılacağı bildirilmişdir. 10.06.2021-ci il tarixdə işdən çıxanda onun çantası yoxlanılmış, səbəb olaraq dərman itməsi bildirilmişdir. Şöbə müdiri Sərfinaz Tağıyeva, həmçinin həmkarlar ittifaqı təşkilatının sədridir və ona qarşı qərəzli olub. O, direktor müavini Namiq müəllimin qəbulunda olmuş, lakin onun işi düzgün araşdırılmamışdır. 14.06.2021-ci il tarixdə Eldar müəllim ona ərizəsini yazaraq işdən çıxmasını bildirmişdir. Həmin gün saat 14:40-da iclasa dəvət etmişlər. O, təxminən 5-6 dəqiqə ərzində HİK-nin iclasında olmuşdur. İclasda Namiq müəllim onu işdən çıxartmaq istədiklərini bildirmişdir. Hesab edir ki, onun işdən çıxarılmasına heç bir əsas olmamışdır, 16.06.2021-ci il tarixli əmrlə qanunsuz olaraq işdən çıxarılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iş üzrə yaradılmış görüntü ondan ibarətdir ki, guya insident yaşanıb və bu hal Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsini tərkibini yaradıb. Lakin iddiaçı heç bir “insident” və ya “hadisə”yə səbəb olmamışdır. Sadəcə olaraq, dərman vasitələrinin istifadəsi ilə bağlı “təlimat” kağızının cırılması müzakirə olunmuşdur. İddiaçı da müzakirədə “təlimat’’ cırmadığını bildirmişdir. “Təlimat” kağızını iddiaçı cırmamışdır, necə və kim tərəfındən çırılması ona məlum deyildir. Ümumilikdə bütün bu proseslərin əsasında məhkəməyə təqdim edilmiş “izahatlar" dayanır. Cavabdeh müəssisənin səlahiyyətli şəxsləri heç bir mötəbər faktı təsdiq etməyən izahatlar əsasında işçinin əməlində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tərkibinin yarandığı qənaətindədir. Bu qənaət tamamilə əsassızdır. Müvcud vəziyyət iddiaçının ƏM-nin 70-ci maddəsi ilə işdən çırarılmasına əsas vermir. Bütün bu proseslərin uydurma və əsassız olduğunu görmək üçün ilk əvvəl işin başlama əsası olan izahatlar tədqiq edilməlidir. Ümumilikdə izahatı alınmış şəxslərin heç biri iddiaçının hər hansı “təlimat" kağızını cırdığını gördüklərini demirlər. Heç kim iddiaçının hər hansı təlimat kağızını çırması ilə bağlı fikir belə səsləndirmirlər. İddiaçının məhz 09.06.2021-ci il tarixdə insident yaratdığını da demirlər. Həmçinin izahatı alınmış şəxslərin verdikləri izahatlarda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tərkibini yaradacaq mötəbər məlumatlar da yoxdur. Qeyd edilən izahatlarda kağızın çırılmasının İddiaçı tərəfindən edildiyi sübut edilmədiyi halda, xidməti məruzədə iddiaçıya qarşı belə mövqe tutulması qərəzli münasibətin nəticəsidir. Heç zaman belə bir hal olmamışdır. Əgər belə hallar tez-tez olurdusa bu günə kimi barəsində müvafiq tədbir görülərdi. Necə olur ki, indi tutduğu vəzifədən azad edilən şəxsə eyni “hərəkəti” “əməlləri” əvvəllər tez-tez törədə və buna görə heç xəbərdarlıq, töhmət və ya şidddətli töhmət verilməsin. İddiaçı hazırda da bildirir ki, əmək müqaviləsi üzrə öhdəliklərini pozmamış, hər hansı bir dərman təlimatı içliyini cırmamışdır. İçliyin İddiaçı tərəfindən cırılması heç nə ilə sübut olunmur. Eləcə də içlik deyilən təlimat kağızının İddiaçı tərəfindən bilavasitə cırılıb zibil qutusuna atılmasını heç kəs görməmişdir. İzahat verən şəxslər belə, İddiaçı hər hansı bir kağız içliyin (təlimatın) cırmasını və ya onu zibil qutusuna atmasını gördüklərini demirlər. İş üzrə sənədlərin tədqiqi bir daha göstərir ki, təlimat icliyinin İddiaçı cırması ilə bağlı qənaəti ancaq bir ehtimaldır. Bundan başqa, hər kəs kağızıları cıra və həmin zibil qutusuna ata bilərdi. Çünki, iddiaçının iş otağının qapısı daim açıq olur və orada ümumi zibil qutusu mövcuddur. Amma F.Həmidovanın həmin cırılmış, əzilmiş kağız parçalarını əli ilə qoymuş kimi, həmin qutudan götürüb gətirməsi, əslində iş üzrə özündə çox şeyi ehtiva edir. Cavabdeh 16 iyun 2021-ci il tarixli əmri ilə əmək müqaviləsini ləğv etsə də, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələblərini pozaraq İddiaçı ilə bağlanmış əmək müqavilənin pozulmasının zəruriliyini əsaslandırmamışdır. Məlum təlimat kağızının İddiaçı tərəfindən cırılması mötəbər, şübhədən kənar sübutlarla isbat edilmədiyi kimi, həmin kağızın çırılmasının hansı ağır hüquqi nəticələrə səbəb olması və hansı halın işçinin əmək müqaviləsinin ləğvi zərurəti yaratdığı da əsaslandırılmamışdır. Qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı işdən çıxarılmasına heç bir əsas yoxdur. İddiaçı bu günədək heç intizam tənbehi almamışdır. İddiaçı 1989-cü ildən əczaçılıq sahəsində çalışır və olduqca təcrübəli işçidir. Ömrümün 30 ildən çoxunu bu işlərə sərf etmişdir. Bu sahəni mükəmməl bildiyindən, layihələrin yazılmasında da iştirak etmişdir. Hazırkı vəziyyətdə uydurma əsaslarla işdən çıxarılmışdır. Əgər aparılmış araşdırma obyektiv olsa, İddiaçı “təlimat kağızının cırılmasına münasibətdə” təqsiri sübuta yetirilsə belə, o, ƏM-nin 186-cı maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilərək (xəbərdarlıq, töhmət və ya şiddətli töhmət verilməklə) cəzalanmalı idi. İddiaçı əmək funksiyasının icrası zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və 72-ci maddəsinin təkibini yaradan hərəkətə yol verməmişdir. Odur ki, cavabdehin 16.06.2021-ci il tarixli əmrinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5nin 01.04.2015-ci il tarixli 15 nömrəli əmri ilə İddiaçı “Dərmanların keyfiyyətinə Nəzarət” şöbəsinə provizor vəzifəsinə təyin edilmişdir. 01.04.2016-cı il tarixli 63 nömrəli əmlə “əczaçılaq subyektləri ilə iş” şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 18.07.2016-cı il tarixli 163 nömrəli əmrlə “dərman vasitələrinin qeydiyyatıekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 31.10.2016-cı il arixli 204 nömrəli əmrlə “əczaçılıq subyektləri ilə iş” şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 02.02.2017-ci il tarixli 42-k nömrəli əmrlə “dərman vasitələrinin idxal ekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 18.11.2019-cu il tarixli 105 nömrəli əmrlə “dərman vasitələrinin idxal ekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01.06.2021-ci il tarixli 42 nömrəli əmrlə “dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinə mütəxəssis (tibb üzrə) vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı bir çox şöbələrdə çalışmış və işlədiyi müddət ərzində əməkdaşlarla ünsiyyət qurmaqda çətinlik çəkmiş, daim iş mühitində gərginlik yaratdığı üçün rəhbərlik tərəfindən hümanistlik göstərilərək müxtəlif şöbələrə keçirilmişdir. İddiaçının işdən azad edilməsinə dair Cavabdeh 16.06.2021-cu il tarixli 163-k nömrəli əmri tam qanuni olaraq qəbul edilmişdir. Belə ki, “Dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinin müdiri 10.06.2021-ci il tarixdə yazılı şəkildə xidməti məruzə ilə müraciət edərək, şöbənin tibb mütəxəssisi İddiaçı 09.06.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etdiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra xidməti araşdırılma aparılmış və baş vermiş hadisəyə münasibət bildirilməsi məqsədilə İddiaçı 11.06.2021-ci il tarixdə saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmişdir. İddiaçı otağa daxil olarkən mobil telefonun səs yazısı funksiyasını aktiv edərək, telefonu masa üzərinə qoymuşdur. Bundan sonra baş vermiş insident barədə xidməti məruzə ona təqdim edilmiş və sonuncu yazılanlarla tanış olmuşdur. Tanış olduqdan sonra İddiaçı qeyd olunanlar barədə yazılı izahat verilməsi xahiş edilmişdir. O, buna cavab olaraq həyat yoldaşının Dövlət Təhlükəsizlik Xidmətində çalışdığını, sözügedən qurumun bütün qanunlarından xəbərdar olduğunu əsəbi tərzdə bildirmişdir. İddiaçı sakitləşməsini, yalnız baş vermiş fakta münasibət bildirilməsi xahiş edilsə də, o hüquqşünas tələb edərək Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə və digər qurumlara şikayət edəcəyini, özünün şöbədə şöbə müdiri tərəfindən təhqir olunduğunu söyləyərək, böhtan xarakterli ifadələr səsləndirərək, izahat yazmaqdan imtina etmiş və hüquq şöbəsinin əməkdaşlarının dəvət edilməsi təklif olunduqda isə əsəbi şəkildə otağı tərk etmişdir. İddiaçı 14.06.2021-ci il tarixdə məsələyə münasibət bildirilməsi məqsədilə həmkarlar ittifaqının iclasına dəvət edilsə də, iclasda bir neçə dəqiqəlik iştirak etmiş, məsələ barəsində məlumat verməkdən və çıxış etməkdən imtina edərək iclası tərk etmişdir. “Dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinin mütəxəssisi Fəxriyyə Həmidovanın izahatından müəyyən edilmişdir ki, “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitəsinin içliyinin olmaması ilə bağlı şöbə müdirinin otağında İddiaçı ilə söhbət edərkən, sonuncu israrla ümumiyyətlə içlik vərəqəsinin olmadığını bildirmişdir. Bundan sonra Fəxriyyə Həmidova İddiaçı işlədiyi otağına daxil olmuş və digər işçi Vüsalə Məmmədovanın yanında masaların üstünə baxmış və sonradan zibil qutusunun içərisinə də baxan zaman xırdalanmış, əzilmiş içlik vərəqəsini, cibliyi aşkar edərək onları zibil qabından çıxarmışdır. Bunu otaqdakı Vüsalə Məmmədova da görmüşdür. Bundan sonra qırıntıları şöbə müdiri Sərfinaz Tağıyevanın iş masasının üzərinə qoymuş və bunları İddiaçı zibil qabından çıxartdığını bildirmişdir. Bundan sonra İddiaçı bununla bağlı izahat verilməsi tələb edilsə də, o həyəcanlı şəkildə səsinin tonunu yüksəldərək, nalayiq sözlərlə belə bir iş görmədiyini və guya Fəxriyyə Həmidovanın kağızı çırıb onun zibil qutusuna atdığını bildirmişdir. Otaqda olan digər işçi də həmin günü Fəxriyyə Həmidovanın ümumiyyətlə onların otağına gəlmədiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2019-cu il tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın 7.1-ci bəndinə əsasən dərman vasitəsinin idxalı zamanı həyata keçirilən ekspertizanın məqsədi dərman vasitəsinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin, habelə dərman vasitəsinin qablaşdırılmasının və istifadə təlimatının “Dərman vasitələri haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsidir. İstifadə təlimatı mövcud olmayan dərman vasitələrinin ölkə ərazisinə idxal edilməsinə icazə verilmir. Ölkə ərazisində pandemiya şəraiti mövcuddur və dərman vasitələrinin idxal edilməməsi ölkədə dərman qıtlığı yarada bilər. İddiaçı hərəkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh baş direktorunun 22.12.2020-ci il tarixli 113 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili intizam qaydalarının” 2.5-ci bəndinə ziddir. İddiaçı işdən çıxarılmasını qanunsuz və çıxarılma səbəblərini isə uydurma hesab edir. Lakin sübutlara və iş materiallarına nəzərə saldıqda isə bunun tam əksi görünür. Belə ki, iddiaçı yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edərək, özünü haqlı çıxarmağa çalışsa da, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozmasını qəbul etmək istəmir. İddiaçının işlədiyi şöbənin əməkdaşlarının izahatları ilə bir daha sübut olunur ki, İddiaçı vəzifə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Belə ki, İddiaçı əsas vəzifə öhdəliklərindən bir qismi bunlardır: müfəttişlər tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edir, onların dövlət qeydiyyatında olub-olmadığını, qablaşdırmanın təsdiq edilmiş qablaşmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olub-olmadığını yoxlayaraq bazaya daxil edir. Bundan başqa etiraza əlavə edilmiş işçilərin izahatlarından görünür ki, İddiaçı işlədiyi müddət ərzində şöbə əməkdaşları ilə normal münasibət qurmamış, daim konflikt yaratmış, işin ahəngini pozmuşdur. Mövcud qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərini sübut etməlidir. Lakin iddiaçı tələbini sübut edə bilməmiş, yalnız ümumi sözlərdən istifadə etmiş, özünün peşəkar işçi olmasına iddia edərək iddiasının əsaslı olmasını sübut etməyə çalışmışdır. Lakin iş materiallarına nəzər saldıqda isə bunun əksi görünür. Həmçinin, Cavabdeh 16.06.2021-cu il tarixli əmrinin qanuni olması iş materialları ilə, hadisənin şahidlərinin yazılı izahatları ilə tam sübut olunur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, digər nümayəndə X3 izahatı ilə razı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Cavabdehndə idxal-ixrac şöbəsinin mütəxəssisi vəzifəsində işləyir və iddiaçını tanıyır. O, 09.06.2021-ci il tarixdə “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitəsini bazaya daxil edərkən, onun istehsalçısını qeydiyyat bazası və içlik vərəqəsi ilə müqayisə etmək üçün qutunun tamlığını pozaraq içlik vərəqəsini götürərək baxmışdır. Hətta, həmin dərmanın içində içlik vərəqəsi ilə yanaşı ayrıca blisteri qoymaq üçün rəngli və sərt ciblik olmuşdur. İstehsalçısının dəqiqləşdirdikdən sonra böyük ölçüdə olan içlik vərəqəsini səliqə ilə qatlayıb cibliklə birlikdə qutuya qoymuşdur. Digər dərmanları da yoxlayıb bazaya daxil etdikdən sonra həmişə olduğu kimi qablaşma və içliyini yoxlamaq üçün bunlara baxan mütəxəssisə, yəni İddiaçı vermişdir. Onun bazaya daxil etdiyi dərmanları digər otaqda əyləşən mütəxəssis Sevda Əkbərova yoxlayır. Bir neçə saat keçdikdən sonra İddiaçı dərman torbalarını ona qaytarmışdır. Bundan sonra o, baxılan qablaşma içliklərində problem varsa onları yenidən həmin analiz nömrəsi ilə bazaya əlavə etmişdir. Bu zaman o, “Yarina tablet N21” dərman vasitəsinin üzərində içlik vərəqəsinin ümumiyyətlə içərisində olmadığı barədə yazını görmüş və problem olaraq onu bazaya əlavə etmişdir. Sonra bunu dəqiqləşdirmək, yəni içlik səbəbinin məhz bu olduğunu bilmək üçün gedib İddiaçı özündən soruşmuşdur. İddiaçı qutunun içində içlik olmadığını, yalnız blister olduğunu bildirmişdir. O, İddiaçı şəxsən qutunu açıb baxdığını və içliyi yenidən qutuya qoyduğunu bildirmişdir. İddiaçı ona kobud cavab vermiş və içliyi onun özünün harasa atdığını, işləyə bilmədiyini və sair demişdir. O, işin sonunda problemli dərmanlarla birlikdə bu dərmanı da şöbə müdirinin otağını aparmışdır. Qeydiyyatla bağlı problemləri şöbə müdiri ilə təhlil etmiş, şöbə müdiri qablaşma və içlik problemlərini təhlil etmək üçün otağına çağırmışdır. Şöbə müdiri “Yarina tablet N21” dərmanının probleminin nədən ibarət olduğunu soruşduqda, İddiaçı həmin dərmanın içliyinin ümumiyyətlə olmadığını bildirmişdir. O, içliyi görüyünü bildirdiyi üçün şöbə müdiri Sərfinaz Tağıyeva təəcüblənmişdir. O, özünə əmin olduğu üçün İddiaçı otağına getmişdir. Həmin vaxt digər işçi Vüsalə Məmmədova da otaqda olmuşdur. O, Vüsaləyə dərmanın içlik vərəqəsinin yerində olmadığını bildirmiş və İddiaçı stolunun üstünə göz gəzdirmişdir. Lakin stolun üstündə içliyi görməmişdir. Bundan sonra X9 Ələkbərovanın zibil qabının hansı olduğunu soruşmuşdur. Çünki, İddiaçı əvvəllər də bir neçə dəfə dərmanları, sənədləri və içlikləri otağında saxlamış və ya digər dərman torbalarının içindən tapılmışdır. Vüsalə Məmmədova stolun yanındakı zibil qabının İddiaçı məxsus olduğunu bildirdi. Bundan sonra o, zibil qabına xırdalanmış və əzilmiş içlik vərəqini və cibliyi aşkar etmişdir. Onları zibil qabından çıxartmış və ovcuna yığaraq şöbə müdirinin otağına aparmış və ona göstərmişdir. Vüsalə Məmmədova da bunu görmüş və təəccüblənmişdir. Sərfinaz Tağıyeva çırılmış içliyi və cibliyi gördükdə cox əsəbiləşmiş və İddiaçı izahat yazmasını istəmişdir. İddiaçı həyacanlı şəkildə səsinin tonunu qaldıraraq, qadına yaraşmayan tərzdə nalayiq sözlərlə özünü təmizə çıxartmağa çalışmış və bunları guya onun cırıb zibil qabına atdığını bildirmişdir. Digər otaqda olan işçi onun ümumiyyətlə İddiaçı otağına digər vaxtlarda girmədiyini və doğrudan da, qırıntıları onun zibil qabından götürdüyünü təsdiq edir. İddiaçı əvvəlki aylarda və illərdə onunla və digər işçilərlə xoşagəlməz hadisələr baş vermişdir. O, hamıya qarşı təhqirli sözlər işlətmiş, hamını savadsız saymış, şübhə ilə davranmış və özünü hamıdan savadlı hesab etmişdir. Məhkəmə tərəflərin iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatları, şahidin ifadəsi və işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5nin 01.04.2015-ci il tarixli 15 nömrəli əmri ilə İddiaçı “Dərmanların keyfiyyətinə Nəzarət” şöbəsinə provizor vəzifəsinə təyin edilmişdir. 01.04.2016-cı il tarixli 63 nömrəli əmlə “əczaçılaq subyektləri ilə iş” şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 18.07.2016-cı il tarixli 163 nömrəli əmrlə “dərman vasitələrinin qeydiyyatı-ekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 31.10.2016-cı il arixli 204 nömrəli əmrlə “əczaçılaq subyektləri ilə iş” şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 02.02.2017-ci il tarixli 219 nömrəli əmək müqaviləsinə əsasən 02.02.2017-ci il tarixli 42-k nömrəli əmrlə “dərman vasitələrinin idxal ekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 18.11.2019-cu il tarixli 105 nömrəli əmrlə “dərman vasitələrinin idxal ekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01.06.2021-ci il tarixli 42 nömrəli əmrlə “dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinə mütəxəssis (tibb üzrə) vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh baş direktoru Murad Süleymanov tərəfindən təsdiq edilmiş 20.11.2019-cu il tarixli “Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinin mütəxəssisinin vəzifə təlimatı”na əsasən mütəxəssisinin vəzifə öhdəliklərinə aşağıdakılar aiddir: Dərman vasitələrin, tibbi vasitələrin (tibbi cihazların, avadanlıqların alətlərin, ləvazimatlarının, reagentlərin və optik ləvazimatları) idxalı ilə əlaqədar şöbəyə daxil olan sənədləri şöbə müdirinin dərkənarı əsasında icra edir, keyfiyyət və mənşə sertifikatlarının düzgünlüyünün yoxlanılmasını həyata keçirir. Bir pəncərə xidmətində Əczaçılıq subyektləri ilə iş üzrə şöbənin müfəttişləri tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edir, onların dövlət qeydiyyatında olubolmadığnı, qablaşdırmanın təsdiq edilmiş qablaşdırmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olub-olmadığını yoxlayaraq bazaya daxil edir. Bir pəncərə xidmətində Əczaçılıq subyektləri ilə iş üzrə şöbənin müfəttişləri tərəfindən təqdim edilmiş dərman nümunələrini laboratoriyaya vaxtında çatdırılmasını təmin edir. Sənədləri Ümumi şöbədən götürərək şöbənin müvafiq jurnalında qeydiyyatını aparır, şöbə müdirinin dərkənarından sonra mütəxəssislərə yönəldir, sənədlər icra edildikdən sonra Mərkəzin rəhbərliyinin imzasına təqdim edir, daha sonra ümumi şöbədə xaric olma nömrəsi və son qeydiyyat prosessindən keçirir, xaric olacaq məktubları şöbəyə gətirir, baş mütəxəssislərə qiymətləndirmə üçün təqdim edir, jurnalda son qeydiyyat apardıqdan sonra Bir pəncərə xidmətinə və mühasibatlığa təqdim edir. Aylıq hesabatların (Mərkəzin rəhbərliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim edilməsi məqsədi ilə iki müxtəlif formada) hazırlanmasını həyata keçirir. Mütəxəsisslər tərəfindən icra edilmiş sənədlərin komputerdə tərtibatını həyata keçirir və yoxlanması üçün icraçı mütəxxəsisə təqdim edir. Ehtiyac olduqda icraatda olan sənədlərin icra vəziyyəti barədə müraciət edən şirkət nümayəndələrinə məlumat verir. Saxlama müddət keçmiş sənədləri arxivə təhvil verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2019-cu il tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın 7.1-ci bəndinə əsasən dərman vasitəsinin idxalı zamanı həyata keçirilən ekspertizanın məqsədi dərman vasitəsinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin, habelə dərman vasitəsinin qablaşdırılmasının və istifadə təlimatının “Dərman vasitələri haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsidir. İstifadə təlimatı mövcud olmayan dərman vasitələrinin ölkə ərazisinə idxal edilməsinə icazə verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh direktoru X11 və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) İddiaçı barəsində toplanmış materialları və Həmkarlar İttifaqı Komitəsinin qərarını nəzərə alaraq, Əmək Məcəlləsinin 70, 72, 77, 80-ci maddələrini və Cavabdeh nizamnaməsinin 5.5.12-ci bəndini rəhbər tutaraq, 16.06.2021-ci il tarixli 163-k nömrəl əmri ilə Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) İddiaçı ilə bağlanmış 219D nömrəli əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci madəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) 16.06.2021-ci il tarixdən ləğv edilmişdir. İşçi ilə 16.06.2021-ci il tarixdə son haqq-hesab aparılmış, o cümlədən istifadə edilməmiş məzuniyyət günləri üçün (01.04.2020-2021ci iş ili üçün 30 gün, 01.04.2021-2022-ci iş ili üçün 7 gün) 37 gün pul əvəzi ödənilmişdir. Əmrin verilməsinə əsas: xidməti məruzə, aktlar, qərar və izahatlar olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh baş direktorunun 22.12.2020-ci il tarixli 113 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili intizam qaydalarının” 2.1-ci bəndinə əsasən bilavasitə rəhbərliyin və müvafiq şöbə müdirlərinin göstərişlərini, habelə onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi əmək funksiyasını (rəhbərlik tərəfindən təsdiq olunmuş vəzifə təlimatına uyğun) dəqiq və vicdanla yerinə yetirmək; 2.5-ci bəndinə əsasən əmək funksiyalarını yerinə yetirərkən ona təqdim olunmuş sənədlərin tamlığını və konfidensiayallığını qorumaq mərkəz işçisinin əsas vəzifələrindəndir. “Dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinin müdiri 10.06.2021-ci il tarixdə yazılı şəkildə xidməti məruzə ilə müraciət edərək, şöbənin tibb mütəxəssisi İddiaçı 09.06.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd etdiyini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra xidməti araşdırılma aparılmış və baş vermiş hadisəyə münasibət bildirilməsi məqsədilə İddiaçı 11.06.2021-ci il tarixdə saat 11:30 radələrində işlədiyi şöbənin müdirinin otağına dəvət edilmişdir. İddiaçı izahat verməkdən imtina etmişdir. İddiaçı 14.06.2021-ci il tarixdə məsələyə münasibət bildirilməsi məqsədilə həmkarlar İttifaqının iclasına dəvət edilsə də, iclasda bir neçə dəqiqəlik iştirak etmiş, məsələ barəsində məlumat verməkdən və çıxış etməkdən imtina edərək iclası tərk etmişdir. Həmkarlar İttifaqı Komitəsi iddiaçının işdən azad edilməsinə razılıq vermişdir. İddiaçı əsas vəzifələrindən biri də, müfəttişlər tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edərək, onların dövlət qeydiyyatında olub-olmadığını, qablaşdırmanın təsdiq edilmiş qablaşmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olub-olmadığını yoxlayaraq bazaya daxil etməkdən ibarət olmuşdur. İddiaçı 09.06.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin istifadə təlimatını cırıb zibil qutusuna ataraq, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, dərman vasitəsinin təlimat vərəqində problem olduğunu qeyd edərək, bazaya problemli dərman vasitəsi kimi qeyd edilməsi üçün Fəhriyyə Həmidovaya vermişdir. İşin bu halı şöbə müdiri Sərfinaz Tağıyevanın xidməti məruzəsi və yazılı izahatı, 09.06.2021-ci il tarixli akt, 11.06.2021-ci il tarixli akt, mütəxəssislər Vüsalə Məmmədova və Fəxriyyə Həmidovanın yazılı izahatları və digər sübutlarla öz təsdiqii tapır. Yəni, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi əmək funksiyasını (rəhbərlik tərəfindən təsdiq olunmuş vəzifə təlimatına uyğun) dəqiq və vicdanla yerinə yetirməmiş, əmək funksiyalarını yerinə yetirərkən ona təqdim olunmuş sənədlərin tamlığını və qorumamış, dərman vasitələrinin idxalı zamanı ekspertizanın aparılması üçün vacib olan sənədi məhv etməklə, Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınmasına səbəb ola biləcək hərəkəti etməklə, “Daxili intizam qaydalarının” 2.1 və 2.5-ci bəndlərinin tələblərinə zidd olaraq işəgötürənin mənafeyinə xələl gətirmişdir. Bu isə işəgötürənə iddiaçının əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməyə əsas vermişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəllənin 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı “16.06.2021-ci il tarixli 163-k nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə - Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar