Məhkəmə qərarları › İş №2(004)-4930/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4930/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4930/2021 18.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 5600 manat məbləğində nağd pulun ona qaytarılması; 17.09.2020-ci il tarixində 36 saylı Dövlət Notariat Ofisində 1000 manatın verilməsinə dair kredit müqaviləsi üçün 93 manat dövlət rüsumu, 2 manat bank üzrə xərclər, daha sonra isə 24.09.2020-ci ildə 36 saylı Dövlət Notariat Ofisində 6100 manatın verilməsinə dair kredit müqaviləsi üçün 93 manat dövlət rüsumu, 12.20 manat bank üzrə xərclər, ümumilikdə 200.20 manat məbləğində çəkilən əlavə xərclərin onun xeyrinə ödənilməsi; tərəfindən məhkəmə üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayında Cavabdeh 1000 manat, daha sonra isə 6100 manat olmaqla ümumilikdə 7100 manat məbləğində pul vəsaitini vermişdir. Belə ki, Cavabdeh onun adına Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən güzəştli kredit şərtləri ilə mənzil alınacağı adı ilə onu aldatmışdır. Güzəştli kredit şərtlərlə ona mənzil alınması üçün ondan 7100 manat nəbləğində pul vəsaitini alsa da, bu məsələ öz həllini tapmamış və cavabdeh uzun müddət ərzində ona həmin pulun qaytaracağını vəd etsə də öz öhdəliklərini lazimi qaydada icra etməmişdir. Qeyd edir ki, həmin 7100 manat məbləğində pul vəsaitindən onun təkidləri nəticəsində yalnızca 1500 manatı ona qaytarılmışdır, yerdə qalan 5600 manat pul vəsaiti isə bu günə qədər ona ödənilməmişdir. Həmçinin, Cavabdeh ondan 7100 manat pul vəsaitini aldığını özü etiraf etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xətai Rayon Məhkəməsi cinayət işinə baxmış və barəsində 1(011)-283/2021 saylı, 30.06.2021-ci tarixli hökm çıxarılmışdır. Diqqətə çatdırır ki, ibtidai istintaq zamanı Cavabdeh törətdiyi hüquq pozuntusunu etiraf edərək ondan aldığı pul vəsaitini geri qaytarmadığını təsdiq etmişdir. Onun öz ifadəsi ilə ona 7100 manat məbləğində pul vəsaitinin verilməyini, həmin məbləğdən yalnızca 1500 manatının ona qaytarıldığını təsdiq edir. Belə ki, o öz ifadəsində ona yalan vədlər verərək etibarından sui-istifadə etdiyini ilk olaraq notarial qaydada kredit müqaviləsi bağlanılmaqla 1000 manat, daha sonra isə notarial qaydada kredit müqaviləsi bağlanılmaqla 6100 manat olmaqla, ümumilikdə 7100 manat məbləğində pulu ondan almasını etiraf etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh tərəfindən alınmış 7100 manat məbləğində pul vəsaitindən 1500 manatı ona qaytarılması nəticəsində yerdə qalan 5600 manat məbləğində pul vəsaitinin ona qaytarılması qanuna uyğundur. Bundan savayı, sözü gedən pul vəsaitləri cavabdehə borc verilən zaman notarial əməliyyatların aparılması üçün dövlət rüsumları da məhz onun tərəfindən ödənilmişdir. Belə ki, 17.09.2020-ci il tarixində 36 saylı Dövlət Notariat Ofisində 1000 manatın verilməsinə dair kredit müqaviləsi üçün 93 manat dövlət rüsumu, 2 manat bank üzrə xərclər, daha sonra isə 24.09.2020-ci ildə 36 saylı Dövlət kotariat Ofisində 6100 manatın verilməsinə dair kredit müqaviləsi üçün 93 manat dövlət rüsumu, 12.20 manat bank üzrə xərclər, ümumilikdə 200.20 manat əlavə xərclər də məhz onun hesabına ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatına əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ona cəmi 1500 manat ödəniş edilmiş, hazırda isə ödənilməmiş 5600 manat məbləğində pul vəsaiti qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh cəzaçəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsinə bildiriş göndərilmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsi ilə razı olmadığını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 283/2021 saylı, 30.06.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli hökmü ilə Cavabdeh təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, lakin, onun tərəfindən mülki iddia verilməmişdir. Eyni zamanda sözü gedən hökmlə Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq edərək, sonuncudan sosial evlərdən güzəştli ev aqlmaq üçün ilk öncə 17.09.2020-ci il tarixdə 1000 manat, 24.09.2020-ci il tarixdən 6100 manat, ümumilikdə 7100 manat məbləğində pul vəsaitini mənimsədiyi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1348/2021 saylı, 16.09.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-283/2021 saylı, 30.06.2021-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı etibarından sui-istifadı etməklə onun 7100 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi, həmin məbləğdən 1500 manatını iddiaçıya qaytarılması, hazırda isə cavabdehin iddiaçıya ödənilməmiş 5600 manat məbləğində borcunun qalması təsdiq edilmişdir. Ona görə də, iddia tələbi bu hissədə təmin edilməli, 5600 manat məbləğində dəymiş ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ümumilikdə 200.20 manat məbləğində çəkilən əlavə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən sözü gedən notarial xərclərin onun tərəfindən ödənilməsinə dair məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar