Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4935/2024 22.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "DARKLEN” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin üçüncü şəxs AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin noyabr ayında Sumqayıt Məşğulluq Mərkəzinə müraciət etdi. Məqsədi işsiz kimi qeydiyyata düşmək idi. Orada ona bildirdilər ki, onun artıq sistemdə aktiv əmək müqaviləsi görünür. O da onlara dedi ki, heç yerdə işləmir. Özü işə düzəlmək istəyir, iş axtaran kimi sistemdədir. Lakin işə düzəlməyi barədə ona heç bir məlumat verilməyib, ona məsləhət gördülər ki, AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etsin. Bundan sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidməti Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etdi. Təxminən 2023-cü ilin dekabr ayında DİN-ə 102 qaynar xidmətinə zəng edib bu barədə xəbər verdi. Lakin Azərbaycan Respublikası DİN-dən müsbət nəticə ala bilmədi. DARKLEN MMC ilə aralarında əmək müqaviləsinin bağlanmasına baxmayaraq, o, bir gündə olsun həmin MMC-də işləməmişdir .Dəfələrlə həmin MMC-ə ilə əlaqə saxlamağa cəhd göstərməyinə baxmayaraq, buna nail olmamışdır. Hazırda cavabdehlə aralarında olan əmək müqaviləsi aktiv olduğuna görə heç bir müəssədə işə .düzələ bilmir. DARKLEN MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xilam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsi ilə bağlı üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Üçüncü şəxs tərəfindən ona ünvanlanmış 14 dekabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “DARKLEN MMCdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət örnək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinə ünvanladığı müraciətə baxılmışdır. Müraciətlə əlaqədar ətraflı izahat verməyinizi və müavfiq sənədləri araşdırmaya təqdim etməyiniz məqsədilə ünvanınıza 3-17-5/2-E- 47550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli izahata dəvət məktubu göndərilmişdir. Lakin siz araşdırmaya izahatınızı ya əmək haqqı bank hesabınızdan çıxarışı təqdim etməmisiniz, eyni zamanda müraciətin Cavabdeh MMC ilə bağlı hissənin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ünvanına (Z1141, ünvan 3545/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla (SS885029070AZ) müraciət olunaraq sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunun 7.9-cu maddəsinə müvafiq olaraq, təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt qəbzində bu ünvanda yoxdur bina sökülüb” qeydi ilə qaytarılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-1VQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin elektron informasiya sistemində daxil edilməsi üçün işəgötürənə müraciət etməyi tövsiyə olunmuşur. Nəzərinizə çatdırırıq ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Qeyd olunanlarla əlaqədar işəgötürənlə aralarında mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Bununla bağlı, mediasiya şurasına müraciət etsə də cavabdeh ilkin mediasiya prosesində iştirak etməmiş, ona görədə mediasiya prosesi baş tutmamışdır. Bununla bağlı mediasiya təşkilatından rəsmi arayış verilmişdir. Ona görə də hazırda tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə, X2 Xidməti müstəqil tələb jrəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, "DARKLEN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Azemis” X1 çıxarışdan görünür ki, İddiaçı "DARKLEN” Məhdud Məsuliyyətli Cəmiyyətində təchizatçı vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 14 dekabr 2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “...Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxıl edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsıstemmə daxıl edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əməl müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir”. Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbi ilə 18 may 2024-cü il tarixli mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMCdə heç bir əmək fəaliyyəti ilə məşğul olmur və həmin müəssisədən heç bir əmək haqqı almır. Lakin hazırki vaxtadək elektron portalda xx.xx.2019-cu il tarixli əmək müqaviləsi qüvvədədir. İddiaçının tələbinin əsasını formal olaraq, təchizatçı vəzifəsinə təyin edilməsi, orada faktiki olaraq, işləməməsi, hər hansı formada əmək haqqı almaması, Cavabdeh MMC-nın rəhbərlərini tanımaması, onlarla heç bir əlaqəsi olmaması, onun adına əmək müqaviləsinin hələ də aktiv olması təşkil etmişdir. İddiaçı pozulmuş hüquqları ilə bağlı müvafiq qurumlara müraciət etsə də, əmək müqaviləsinin xitam verilməsindən imtina edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatda işləməməklə, həmin MMC ilə bağlı hər hansısa bir şəkildə əlaqəsi yoxdur, həmin qurumun faktiki olaraq hansı ünvanda fəaliyyət göstərib göstərməməsini bilmir. Buna baxmayaraq, onun əmək hüquqları kobud şəkildə pozulmuş adından əmək müqaviləsi bağlanaraq, hazırda da elektron informasiya sistemində qüvvədə qalır. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X2 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X2 Xidmətinin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və buna dair (xitam verilməsinə dair) müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və buna dair (xitam verilməsinə dair) müvafiq qeydlərin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-4935/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4935/2024
22.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver