Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4937/2022 07.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, Ərizəçi maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal İstismar sahəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal İstismar sahəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərə alaraq qeyd edirəm ki, ərizə MPM-in 152.1.9-cu maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal İstismar sahəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. xx.xx.2022-ci il tarixli, 20162 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4937/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4937/2022
07.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver