Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4940/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı MMC-nin nümayandəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1.850 manat əsas borcun, hesablanmış 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayandəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, X5 mülkiyyətində olan “Hyundai elantra” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı MMC-nin adına 19.08.2019-cu il tarixli AR-İ 863102 seriyalı etibarnamə vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsinə əsasən İddiaçı MMC “Hyundai elantra” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 1 sutkası 50 manat olmaqla 11.02.2021-ci il saat 17:00dan 10.04.2021-ci il saat 17:00-a kimi Cavabdeh icarəyə vermişdir. Cavabdeh 11.02.2021-ci il tarixli icarə müqaviləsinin tələbini pozaraq avtomobilin mühərrikini sıradan çıxartmış və onun iddiaçıya 1.070 manat borcu yaranmışdır. Bundan əlavə müqavilənin 3.9-cu bəndinin tələbinə uyğun olaraq avtomobilin təmirdən çıxdığı vaxta kimi olan günlərinin sayı avtomobilin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Avtomobil 7 gün təmirdə olduğu müddətə 273 manat, 13 gün istifadəyə yararsız olduğuna görə 507 manat və avtomobilin mühərrikinə zərər vurulmasına görə 1070 manat olmaqla, cavabdehin iddiaçıya ümumilikdə 1.850 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Tərəflər arasında 09.03.2021-ci il tarixdə formal olaraq borc müqaviləsi bağlanmışdır, müqavilədə İddiaçı MMC-nin Cavabdeh 1070 manat borc verdiyi və Cavabdeh həmin borcu 30.04.2021-ci il tarixə kimi qaytaracağı göstərilsə də, bu borc məbləği Cavabdeh verilməmişdir. Bu müqavilə formal olaraq bağlanmaqla, Cavabdeh icarə müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi üçün yazılmışdır. Odur ki, Cavabdeh 1.850 manat əsas borcun, hesablanmış 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş və “AZEMİS” sistemi vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, DİN BDYPİ tərəfindən verilmiş 27.06.2019-cu il tarixli AD 520803 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Bakı şəhəri 5 saylı notariat ofisində verilmiş 19.08.2019-cu il tarixli 7E-5695 reyestr nömrəli etibarnamə ilə X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddət və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmiək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı MMC-yə etibar etmişdir. Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində X4 ətraflı izah edilmişdir. Bu etibarnamə “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən təkrar dövlət qeydiyyatına alınması üçün əsas olmadığına görə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. Etibarnamə beş il müddətinə verilib və 19.08.2024-cü il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsində göstərilir ki, İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 1 sutkası 50 manat olmaqla 11.02.2021-ci il saat 17:00-dan 10.04.2021-ci il saat 17:00-a kimi Cavabdeh icarəyə verir. Müqavilənin arxa tərəfdən əlyazısı ilə Cavabdeh adından 09.03.2021-ci il tarixdə qeyd edilmişdir ki, 14.02.2021-ci il tarixdə “Hyundai elantra” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Müəyyən səbəblərə görə 1070 manat borcu yaranmışdır. Təhvil-təslim aktından müəyyən edilir ki, 11.02.2021-ci il tarixdə saat 17:00-da “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir, sonradan həmin avtomobil İddiaçı MMC-yə qaytarılmışdır. Avtomobilin hansı tarixdə qaytarılması aktda göstərilməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.03.2021-ci il tarixli borc müqaviləsində göstərilir ki, İddiaçı MMC 1070 manat pul vəsaitini maliyyə yardımı kimi Cavabdeh borca verir. Cavabdeh isə bu borcu 30.04.2021-ci il tarixə kimi qaytarmaq öhdəliyini üzərinə götürür. İddiaçı MMC 09.03.2021-ci il tarixli borc müqaviləsində göstərilən 1070 manat pulu Cavabdeh ödəməsini təsdiq edən sənədi, yəni kassa məxaric orderinin qəbzini məhkəməyə təqdim etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında 09.03.2021-ci il tarixli borc müqaviləsinin formal olaraq bağlandığını, həmin müqavilə üzrə borc verilmədiyini, bu müqavilənin Cavabdeh 11.02.2021-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi üçün yazıldığını bildirmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, İddiaçı MMC 11.02.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsində “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olduğu qeyd edilsə də, həmin avtomobil İddiaçı MMC-nin mülkiyyətində deyil, 27.06.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən X2 mülkiyyətindədir və X5 özünə məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddət və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmiək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 19.08.2019-cu il tarixli etibarnamə ilə İddiaçı MMC-yə etibar etmişdir. Buna baxmayaraq İddiaçı MMC-nin X2 adına rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam vermək səlahiyyətini verən 19.08.2019-cu il tarixli etibarnaməsi olsa da, İddiaçı MMC X2 mülkiyyətində olan “Hyundai elantra” markalı, 2014-cü il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsində öz mülkiyyəti kimi göstərməklə, öz adından Cavabdeh icarəyə verilməsinə dair 11.02.2021-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Halbu ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İddiaçı MMC özlüyündə əhəmiyyətsiz olan 11.02.2021-ci il tarixli icarə müqaviləsinə (əqdə) istinad etməklə, Cavabdeh 1.850 manat əsas borcun, hesablanmış 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsini tələb edə bilməz. Çünki, iddiaçı ilə cavabdehin arasındakı müqavilə əhəmiyyətsiz müqavilə olmaqla, bağlandığı andan etibarsızdır, cavabdeh üçün hüquqi nəticə yaratmır, cavabdehin hər hansı bir qanunsuz hərəkətləri (dilekt) nəticəsində iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçının qarşısında müqavilədən irəli gələn öhdəliyi və ya delekt nəticəsində yaranmış hər hansı bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, iddiaçı məhkəmədə sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 1.850 manat əsas borcun, hesablanmış 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4940/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4940/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver