Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4941/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı MMC-nin nümayandəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 manat əsas borc, hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayandəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, X6 mülkiyyətində olan “Hyundai elantra” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı MMC-nin adına 17.04.2021-ci il tarixli ƏN-İ 866448 seriyalı etibarnamə vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsinə əsasən İddiaçı MMC “Hyundai elantra” markalı 2012-ci il buraxılışlı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili 1 sutkası 60 manat olmaqla 26.05.2021-ci il saat 13:59-dan 05.06.2021-ci il saat 13:59-a kimi Cavabdeh icarəyə vermişdir. Cavabdeh 26.05.2021-ci il tarixli icarə müqaviləsinin 8.4-cü bəndinin tələbini pozaraq avtomobili yetkinlik yaşına çatmayan oğluna ötürmüşdür. Avtomobilin sürət həddini aşdığını CPS vasitəsilə müəyyən etmişlər, əlaqə saxladıqda Cavabdeh dərsdə olduğunu və avtomobili onun oğlunun idarə etdiyini öyrənmişlər. Avtomobil 01.06.2021-ci il tarixdə Cavabdeh oğlu İsmayılov Fatih tərəfindən İddiaçı MMC-yə qaytarılmışdır. Cavabdeh 26.05.2021-ci il tarixli icarə müqaviləsinin 8.4-cü bəndinin tələbini pozduğuna görə İddiaçı MMC-yə 1.000 manat cərimə ödəməlidir. Odur ki, Cavabdeh 1.000 manat əsas borc, hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş və “AZEMİS” sistemi vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, DİN BDYPİ tərəfindən verilmiş 17.04.2021-ci il tarixli AE100665 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai elantra” markalı, 2012-ci il buraxılışlı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Bakı şəhəri 19 saylı notariat ofisində verilmiş 17.04.2021-ci il tarixli 7E-5649 reyestr nömrəli etibarnamə ilə X6 17.04.2021-ci il tarixli AE100665 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Hyundai elantra” markalı, 2012-ci il buraxılışlı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilini müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi İddiaçı MMC-yə etibar etmişdir. Etibarnamə üç il müddətinə verilib və 17.04.2024-cü il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsində göstərilir ki, İddiaçı MMC mülkiyyət hüququ ilə ona məxsus olan “Hyundai elantra” markalı, 2012-ci il buraxılışlı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili 1 sutkası 60 manat olmaqla 26.05.2021-ci il saat 13:59-dan 05.06.2021-ci il saat 13:59-a kimi Cavabdeh icarəyə verir. İcarə müqaviləsinin 8.4-cü bəndində göstərilir ki, icarəyə verən tərəfindən idarə etməni digər şəxsə ötürülməsi aşkarlanarsa icarəçi 1.000 manat cərimə edilir. Təhvil-təslim aktından müəyyən edilir ki, 26.05.2021-ci il tarixdə saat 13:59-da “Hyundai elantra” markalı, 2012-ci il buraxılışlı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir, 01.06.2021-ci il tarixdə saat 17:30-da həmin avtomobil İddiaçı MMC-yə qaytarılmışdır. X5 təhvil vermişdir. X2 tərəfindən İddiaçı MMC-yə qaytarılması, Cavabdeh həmin avtomobili idarə etmək üçün digər şəxsə verilməsini təsdiq etmir. Bu barədə səlahiyyətli orqan olan DYPİ-nin vəzifəli şəxsinin tərtib etdiyi protokol və inzibati tənbeh vermə haqqında qərarı mövcud deyildir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, İddiaçı MMC 26.05.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsində “Hyundai elantra” markalı, 2012-ci il buraxılışlı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olduğu qeyd edilsə də, həmin avtomobil İddiaçı MMC-nin mülkiyyətində deyil, 17.04.2021-ci il tarixli AE100665 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X4 mülkiyyətindədir və X6 avtomobili müvəqqəti istifadə etməsi üçün 17.04.2021-ci il tarixli etibarnamə əsasında İddiaçı MMC-yə vermişdir. İddiaçı MMC-nin X4 mülkiyyətində olan avtomobilin üzərində sərəncam vermək səlahiyyəti olmamışdır. Buna baxmayaraq İddiaçı MMC X4 mülkiyyətində olan “Hyundai elantra” markalı, 2012-ci il buraxılışlı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyəti kimi göstərməklə, öz adından Cavabdeh icarəyə verilməsinə dair 26.05.2021-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Halbu ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli avtonəqliyyat müqaviləsinin icarə müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İddiaçı MMC özlüyündə əhəmiyyətsiz olan 26.05.2021-ci il tarixli icarə müqaviləsinə (əqdə) istinad etməklə, Cavabdeh 1.000 manat əsas borc, hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsini tələb edə bilməz. Çünki, iddiaçı ilə cavabdehin arasındakı müqavilə əhəmiyyətsiz müqavilə olmaqla, bağlandığı andan etibarsızdır, cavabdeh üçün hüquqi nəticə yaratmır, cavabdehin hər hansı bir qanunsuz hərəkətləri (dilekt) nəticəsində iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçının qarşısında müqavilədən irəli gələn öhdəliyi və ya delekt nəticəsində yaranmış hər hansı bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, iddiaçı məhkəmədə sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 1.000 manat əsas borcun, hesablanmış 200 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4941/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4941/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver