Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4952/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğumun qeyd edilmə faktı" ərizəsinə dair mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğumun qeyd edilmə faktı" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə dünyasını dəyişmiş qardaşı X4 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi; Onun doğum haqqında akt qeydinin uşaq bəndində “X10” təvəllüdü “xx.xx.1967”-ci il, doğum yeri “Ermənistan Razdan şəhəri”, ata bəndində “X16” milliyyəti “azərbaycanlı”, ana bəndində “X5” milliyyəti “azərbaycanlı” yazılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X10 xx.xx.1967-ci ildə Ermənistan, Razdan şəhərində doğulmuşdur. Onunla Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 26-da birlikdə yaşayırdılar. Subay idi. xx.xx.2024-cü il tarixdə dünyasını dəyişmişdir. Onun ölümü xx.xx.2024-cü il tarixdə 446 saylı akt qeydi ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Müəyyən səbəblərdən bugünkü günə qədər doğum haqqında şəhadətnaməni bərpa edə bilməmişdilər. X4 doğum haqqında şəhadətnaməsinin alınması bugünkü gündə və gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Bu səbəbdən tərəfindən xx.xx.2024-cü il tarixdə qardaşının doğumun qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15/4001/2024 saylı məktubla cavab verilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişimizin təmin edilməsi imkanları xaricində olduğunu bildirmişlər. Tövsiyə olaraq məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Həmçinin Bakı Şəhəri Maraqlı şəxs tərəfindən ona ünvanlanmış imtina məktubunda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər oldüğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında şəhadətnaməsi olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilən səbəblərə görə X4 doğum faktının məhkəmə qaydasında müəyyən edilməsinə əsas yaratmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, Əliyev Cəbrayıl və Ərizəçi onun qardaşlarıdı. Ailədə ümümilikdə 10 uşaq olmuşdular. O, özü 1982-1983-cü il tarixlərindən Bakıda yaşayır. Xəstə olarkən də ona o baxmışdır. Əliyev Cəbrayıl Ermənistanının Razdan şəhərində anadan olmuşdur. Qardaşı iyul ayının 5-də dünyasını dəyişmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, Əliyev Cəbrayıl onun qaynı olmuşdur. Onlar onunla uzun müddət birgə yaşayırdılar. Əliyev Cəbrayıl 1967-ci ildə iyunun 3-də Ermənistanın Razdan rayonunda anadan olmuşdur. O gəlin köçməzdən əvvəl Əliyev Cəbrayıl yoldaşı ilə birgə yaşayırdı. Cəbrayılın öz ailəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ЗЖ seriyalı, 259410 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1956-ci il tarixdə X16 ilə X1 rayonun Çaykənd kəndində nikahlarını bağlamışdırlar. Nikaha daxil olduqdan sonra ərə Əliyev, arvada Əliyevə soyadı verilmişdir. İ-ЖЗ seriyalı, 659159 saylı doqqum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1963-ci il tarixdə Ermənistan SSR-də anadan olmuşdur. X6, anası X3r. AZE seriyalı 17266580 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1967-ci il tarixdə Ermənistan, Razdan rayonunda anadan olmuşdur. qeydiyyat ünvanı ünvan 2diyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı, 441747 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ölümün səbəbi ağciyər-ürək çatmamazlığının digər dəqiqiləşdirilimiş formaları göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-168/8-15/4001/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum qardaşı X4 doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciəti baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəa!ar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının arxivi sorğuya cavab 28 noyabr 2024-cü il tarixli, 3-16-5/4-13-11519/2024 məktubundan görünür ki, X4 doğumunun və bu barədə şəhadətnamənin surətinin, həmçinin valideynləri və barəsində informasiya sistemində olan bütün məlumatların istənilməsi barədə baxılmışdır. Bildirilər ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cəbrayıl Əliyevin doğumu və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilmədi. Qeyd edirik ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrində saxlanılmır. Həmçinin qeyd edirik ki, Cəbrayıl Əliyev Ermənistan Respublikasında doğulduğundan onun valideynləri haqqında məlumatın müəyyən edilməsi mümkün olmamışdır. İİİ-ЖГ seriyalı, 440453 saylı Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X13 27 fevral 1985-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Rzayev, arvada isə Rzayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 03 iyun 1967-ci il tarixdə Ermənistanın Razdan rayonunda andan olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun qohumunun (qardaşının) müraciəti əsasında müvafiq qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizədə göstərilən hallar iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizə əsaslı olub təmin edilməli, X4 03 iyun 1967-ci il tarixdə Ermənistanın Razdan rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməlidir. Doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi - 03 iyun 1967-ci il, doğulduğu yer – Ermənistan, Razdan rayonu, ata qrafasında - X16 (milliyyəti azərbaycanl), ana qrafasında - X5 (milliyyəti azərbaycanlı) qeyd edilməklə məlumatlar göstərilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 03 iyun 1967-ci il tarixdə Ermənistanın Razdan rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi - 03 iyun 1967-ci il, doğulduğu yer – Ermənistan, Razdan rayonu, ata qrafasında - X16 (milliyyəti azərbaycanl), ana qrafasında - X5 (milliyyəti azərbaycanlı) qeyd edilməklə məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-4952/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4952/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver