Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-497/2022 16.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 51 saylı Notariat ofisinə qarşı "qohumluq faktının müəyyən edilməsinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 51 saylı Notariat ofisinə qarşı "qohumluq faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X6 ögey bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, M.Sənani küçəsi, ev 20 ünvanında yerləşən 4 saylı mənzilin mülkiyyətçisi onun ögey qardaşı X12 olmuşdur. O, 09.02.2021ci il tarixdə vəfat etmişdir. Tarik Manafovun birinci növbədən vərəsəsi yoxdur. Mərhumun nikahı 1975-ci ildə pozulmuşdur. Ölən günə qədər nikahda olmamışdır və övladı olmamışdır. Tarik Manafovun atası X7 ilə anası X11 nikahda olmuşdur, anası Səfurə Nağıyeva 1962-ci ildə ölmüşdür. X14 atası X2 Hüsniyyə Qurban qızı ilə evlənmişdir. Həmin nikahdan ərizəçi doğulmuşdur. X20 bir doğma bacısı və bir doğma qardaşı olmuşdur və hər ikisi vəfat etmişdir. Ögey qardaşının ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış əmlakı faktiki qəbul edərək idarə edir. Miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 51 saylı Notariat ofisinə müraciət etmiş, lakin, Tarik Manafovun doğum haqqında şəhadətnaməsini təqdim edə bilməmişdir. Belə ki, Milli Arxiv İdarəsi AR Dövlət Arxivinin 11.08.2021-ci il tarixli cavab məktubuna əsasən 1941-ci ilə dair Səbail rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Tarik Manafovun təvəllüdü haqqında məlumat yoxdur. Nəticə etibarilə, ögey qardaşı ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsini məhəkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9, 308, 309.1, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, 18.06.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən ərizəçi X10 xx.xx.1958-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X7 və anası qrafasında X9 qeyd edilmişdir. 11.02.1994-cü il tarixli familiyanın dəyişdirilməsi haqqında şəhadətnamənin surətinə əsasən ərizəçi X1 Həmidova soyadına dəyişdirilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Dövlət X18 tərəfindən ərizəçiyə təqdim olunmuş 11.12.1933-cü il tarixli 852 №-li nikah aktının təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X11 arasında nikah 11.10.2021-ci il tarixdə qeydə alınmışdır. DJ seriyalı, 242816 nömrəli hərbi biletin surətindən görünür ki, mərhumun atası İsmayıl, soyadı Manafov kimi qeyd olunmuşdur. ÖM seriyalı, 057588 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil X6 adına 09.11.2000-ci il tarixdə qeydiyyata alınmışdır. 06.02.2021-ci il tarixli 237406 saylı etibatnamənin surətindən görünür ki, X12 onu "xxxx" ASC-də və onun bütün fililallarında təmsil etməyi, adından plastik kartı (pensiya) sifariş etməyi, bankdan təhvil almağı, təhvil verməyi, dəyişdirməyi, kod nömrəsini, şifrəni almağı, dəyişməyi, bununla bağlı bütün sənədləşmə işlərini aparmağı, lazımi sənədləri təqdim etməyi, almağı, adından ərizə verməyi, imza etməyi və ortaya çıxacaq digər bütün hərəkətləri etməyi Ərizəçi etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmiş və Bakı şəhəri 51 saylı Notariat ofisində təsdiq olunmaqla reyestrdə 7E-1441 nömrə ilə qeyd edilmişdir.. İş materiallarında olan 10.03.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09.02.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin 11.08.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçinin sorğusuna cavab olaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941 -ci ilə dair Bakı şəhəri Səbail (Şəhər), Səbail (Voroşilov), Səbail (Stalin) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat olmadığı bildirilmişdir. İş materiallarında olan 17.11.2021-ci il tarixli “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” qərarın surətindən görünür ki, Ərizəçi notariat ofisinə ünvan 4 ünvanında yaşamış 09 fevral 2021-ci il tarixdə vəfat etmiş X5 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün 29 iyul 2021-ci il tarixdə ərizəsi daxil olmuşdur. Ərizəçi sənədləri təqdim edərək mərhum X6 onun qardaşı olmasını bildirmişdir. Lakin Ərizəçi tərəfindən təqdim edilən sənədlərə baxış keçirilən zaman onun miras qoyan X12 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlər aşkar olunmadı. Ərizəçi miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələbinə əsasən miras qoyan ilə arasında qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim etməsi izah edilmişdir. Lakin Ərizəçi lazımi sənədləri təqdim etməmiş və tələbini dəyişməmişdir. Qeyd olunanları nəzərə alaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır Həmin Məcələnin 308-ci maddəsinə əsasən isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcələnin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməli, Ərizəçi ünvan 4 ünvanında yaşamış 09.02.2021-ci il tarixdə vəfat etmiş X6 ögey bacısı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Gösətrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ünvan 5 ünvanında yaşamış, 09.02.2021-ci il tarixdə vəfat etmiş X6 ögey bacısı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-497/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-497/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver