Məhkəmə qərarları › İş №2(004)-497/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-497/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-497/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndəsi Fazyl Mansyrovun (Fazil Mansurov) iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 2021-ci ilin may ayında aldığı 1200 (min iki yüz) manat məbləğində əsas borcun, həmin məbləğə bu illər ərzində hesablanmış bank faiz dərəcələri əlavə edilməklə və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu alınıraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2021-ci ilin may ayında problemlərinin həll edilməsi adı ilə onun etibarından sui-istifadə edərək ondan 1200 (min iki yüz) manat məbləğində borc adı ilə qaytarmaq şərtilə pulunu alaraq mənimsəmiş və bu günə kimi qaytarmaqdan imtina edir. Dəfələrlə tələb etsə də, söz verməsinə baxmayaraq, pulunu qaytarmır. O, onun bu qanunsuz hərəkətləri ilə bağlı Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Polis idarəsində araşdırma apardıqdan sonra ona məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Hesab edir ki, Cavabdeh ona məxsus pul vəsaitini qaytarmamaqla ona xeyli miqdarda ziyan vurmuşdur. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 449-cu maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şərtlərlə gecikdirməklə və ya başqa şəxsin vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyini və onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbinin qərarının çıxarıldığı gün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, Cavabdeh borc əsasında alıb qaytarmadığı 1200 (min iki yiız) manatın üzərinə əlavə olaraq bank faiz dərəcələri və ödənilmiş dövlət rüsumu da əlavə edilməklə, alınıb ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Fazyl Mansyrov (Fazil Mansurov) iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh iddiaçının o vaxtlar müəllimi olmuşdur. Cavabdeh anası rəhmətə getmiş və o, iddiaçıdan pul istəmişdir, oğlu da ona o pulu borca vermişdir. Cavabdeh bildirmişdir ki, anasını dəfn edib pulu qaytaracaq. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sms yazışmalarından görünür ki, X3 19 dekabr 2020-ci il tarixdə Cavabdeh məxsus **********354181 saylı kart nömrəsinə 1200 (bir min iki yüz) manat məbləğində pulu köçürmüşdür. Cavabdeh müxtəlif bəhanələrlə 23 fevral 2022ci il tarixə kimi borcu ödəməkdən yayınmışdır. İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin vətəndaş İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən onun tanışı Cavabdeh verdiyi 1200 manat borc pulun qaytarılmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətinə İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Bildirmişlər ki, aparılmış araşdırma ilə müraciətində göstərdiyi xüsusatların mülki xarakterli olmaqla məhkəmə orqanının səlahiyyətinə aid olması məlum olmuşdur. Odur ki, məsələnin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 32 (otuz iki) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçı X3 19 dekabr 2020-ci il tarixdə Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pulu borca vermiş, cavabdeh aldığı borcdan heç bir ödəniş etməmişdir. Belə ki, bu hal məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan iddia ərizəsi ilə və sms yazışmaları ilə öz əksini tapmışdır. Məhkəmə iddia tələbinin 1200 (bir min iki yüz) manat məbləğinə bu illər ərzində hesablanmış bank faiz dərəcələri əlavə edilməklə borcun tutulması hissəsi ilə belə qərara gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf məhkəmə iclasında bu halı sübut edə biləcək hər hansı mötəbər bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh iddiaçı X1 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. İş üzrə ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı X1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar