Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4976/2021 02.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi-Vəkil1 oglunun, cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı “06.07.2021-ci il tarixli 102/k saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı “06.07.2021-ci il tarixli 102/k saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin "xxxx" MMC-nin Qərb regionu üzrə mühafizə xidmətinin "xxxx" MMC-nin mühafizəsini həyata keçirən atıcı vəzifəsindən AR ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə azad edilməyi barədə 06.07.2021-ci il tarixli 102/k saylı əmrin ləğvi və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şifahi vəsatət verərək, "xxxx" ASC-nin "xxxx" MMC-nin hüquqi ünvanının AZ 1026 ünvan 1 işin baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı və onun vəkili və nümayəndəsi-Vəkil1 oglu məhkəmə hazırlıq iclasında vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı “06.07.2021-ci il tarixli 102/k saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ 1026 ünvan 2lki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı “06.07.2021-ci il tarixli 102/k saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı “06.07.2021-ci il tarixli 102/k saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4976/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4976/2021
02.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver