Məhkəmə qərarları › İş №2(004)-50/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-50/2022

02.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-50/2022 02.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 29 otaqlı, 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 saylı fərdi yaşayış evinin “A” tikilisinin İ mərtəbəsinin AR DƏDRX-i tərəfindən verilmiş 21.07.2007-ci il tarixli, MH ******* nömrəli çıxarışa əsasən iddiaçının payının naturada bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 29 otaqlı, 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 saylı fərdi yaşayış evi babası X5 məxsus olmuş və o, 1950-ci ildə vəfat etmişdir. Qeyd olunan ünvanda babaları X4 miras qalmış fərdi yaşayış evi vərəsəlik qaydasında cavabdehlər tərəfindən qəbul edilərək fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 3 otaq-y/s-64,4 kv.m; köməkçi sahə 91,5 kv.m, Nəcəfov X2 22 otaq, Cavabdeh1 və X1 4 otaq adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində qeydiyyata alınmaqla Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış 21.07.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Beləliklə DƏDRX-dən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 18 saylı fərdi yaşayış evi üzrə paylar göstərilsə də konkret olaraq real bölgü aparılmadığından bugünkü günə kimi ona çıxarışda qeyd olunan 2 otağın sahəsi göstərilmədiyindən həmin yaşayış sahələri cavabdehlər tərəfindən istifadə olunmaqla o mülkiyyət hüququndan məhrum olmuşdur. Bu səbəbdən də fərdi yaşayış evi üzrə mülkiyyət hüququnu təsdiq edən çıxarışda göstərilən müəyyən olunmuş 2 otağa mülkiyyət payını onun istifadəsinə və sərəncamına verilməsi üçün real bölgünün aparılmasını zəruri hesab edir. İş üzrə cavabdeh olan paylı mülkiyyətçilər arasında mülkin faktiki olaraq real bölgüsü mübahisəlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 21.07.2007-ci il taixli çıxarışa əsasən hər bir mülkiyyətçinin payları, bəzilərinin otaqlarının sahəsi göstərilsə də, bu mülkin real bölgüsünü əks etdirmir, ona görə də mübahisəli mülkün real bölgüsünün aparılması zəruridir. Məhkəmə iclaslasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 2-242/2005 nömrəli, 24 yanvar 2005-ci il tarixli Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş Qiyabi Qətnaməyə əsasən Cavabdeh1 və İddiaçı Bakı şəhəri, Ağayev küçəsi, 18 saylı evin 4 otağına vərəsəlik hüquqları tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 1ndə istifadədə olan 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı, 506,7 kv.m yaşayış, 275,4 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 3 otaq-y/s-64,4 kv.m; köm.s-91,5 kv.m, Cavabdeh3 22 otaq, Cavabdeh1 və İddiaçı 4 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 23 may 2008-ci il tarxili “real bölgü haqqında” müqaviləyə əsasən Cavabdeh1 və İddiaçı əmlakın real bölgüsü haqqında müqavilə imzalayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 21.07.2007-ci il tarixli, ******* nömrəli çıxarışına əsasən ünvan 1ndə yerləşən 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan 4 otağın sahələrini aşağıdakı kimi müəyyən etməklə gələcəkdə həmin sahələrə dair bir-birlərinə qarşı heç bir iddialarının olmayacağı barədə öhdəlik götürmüşlər: -Cavabdeh1 - № 8-də sahəsi 13,5 kv.m olan otaq, № 9-da sahəsi 13,9 kv.m olan otaq və 9-li otağın qarşısındakı həyətyanı sahə; -İddiaçı – №17-də sahəsi 13,0 kv.m olan otaq, №19-da sahəsi 15,5 kv.m olan otaq, №15-də sahəsi 8,9 kv.m olan mətbəx, №13-də sahəsi 3,2 kv.m olan köməkçi sahə, №14də sahəsi 3,2 kv.m olan köməkçi sahə. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.01.2021-ci il tarixli, 10/4628 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasaamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 3 otaqy/s-64,4 kv.m köməkçi sahə 91,5; Cavabdeh3 22 otaq, Cavabdeh1 və İddiaçı 4 otağının paylarına uyğun olaraq naturada real bölünməsi və İddiaçı payına düşən 2 otağın yardımçı sahələri ilə birlikdə naturada ayrılması inşaat norma və qaydalarına uyğun olaraq mümkündür. Bunun üçün A letirli yaşayış evinin birinci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13,14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmalıdır. Əlavə olaraq qeyd olunmuşdur ki, tikililər təcrid şəkildə olduğundan əlavə işlərin aparılmasına zərurət yaranmır. Məhkəmə qeyd edir ki, tərəflərin hər biri müstəqil mülkiyyətçidir və hər birinin payı məlumdur, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213 və 214-cü maddələrinə əsasən onlar hər biri paylı mülkiyyətçidir. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı paylı mülkiyyətdə olan ünvan 1ndə 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 29 otaqlı, 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 saylı fərdi yaşayış evindən onun payının naturada ayrılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən və işin digər materiallarından da göründüyü kimi paylı mülkiyyətin naturada ayrılması mümkündür. Odur ki, məhkəmə hesab edir ki, ekspert rəyinə hüquqi qiymət verilərək o sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, tikinti-texniki ekspertizasının 24.01.2021-ci il tarixli, 10/4628 nömrəli rəyinə uyğun bölgü cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxarmır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, ünvan 1ndə 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payı naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 1ndə 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payı naturda ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar