Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5003/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı tarixində Ermənistan SSR-n Sisian rayonunun Vağadi kəndində dünyaya gəlmişdir. Onun anası X5 və atası X2r. Ona doğum haqqında şəhadətnaməni doğulduğu yerin qeydiyyat şöbəsi vermişdir. Daha sonra o 1984-cü ildə Sumqayıt şəhərinə təhsil almaq məqsədilə gəlmişdir. 1987-ci ildən bu günə kimi isə Bakı şəhərində yaşayır. Hal-hazırda Azərbaycan Respublikasının vətəndaşıdır. Nəzərə çatdırmaq istəyir ki, o doğum haqqında şəhadətnaməsini bir neçə il bundan əvvəl itirmişdir. Onun axtarışı ilə bağlı göstərdiyi səylər heç bir nəticə verməmişdir. Beləliklə, o doğum haqqında şəhadətnamənin yenidən əldə edilməsi məqsədi ilə Maraqlı şəxsnə müraicət etmişdir. xx.xx.2021-ci il tarixli 05/76-506/15 saylı cavab məktubunda ona bildirilmişdir ki, doğum qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər təqdim edilmədiyindən ərizəni təmin eləmək mümkün deyildir. Qeyd etmək istəyir ki, doğum qeydinin əvvəllər mövcud olduğunu sübut etmək onun imkanları xaricindədir. Belə ki, o 1996-cı ildə doğulmuşdur və həmin ildə onun üçün doğum haqqında şəhadətnamə alınmışdır. Doğum faktını qeydə alan qeydiyyat şöbəsi halhazırda Ermənistan Respublikasının ərazisindədir. Odur ki, doğum faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən o Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı xx.xx.1996-cı tarixində Ermənistan SSR-in Sisiyan rayonunun Vağadi kəndində dünyaya gəlmişdir. X1 və atası X3r. Hər ikisi rəhmətə getmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan: Elektron sistemdən əldə edilmiş materiallara görə Ərizəçi xx.xx.1996-cı il tarixində Qarakilsədə doğulmuşdur. Bakı şəhəri 3 saylı Asan xidmətin verdiyi xx.xx.2020-ci il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsini Bakı şəhəri 3 saylı Asan xidməti vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 05/76-506/15 nömrəli məktubun məzmunundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Maraqlı şəxsnə daxil olmuş müraciətinə baxılmışdır. Bildirirlər ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyiniz üçün xahişi təmin edilməsi imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət etməyini məsləhət görülür. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.2023-cü il ildə Ermənistan SSR-in Sisiyan rayonunda anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-in Sisiyan rayonunda doğulması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5003/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5003/2023
05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver