Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-501/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul tutulması, tələbinə ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul tutulması, tələbinə ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2018-ci il tarixli RB/MF-5190 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 24.518,69 manat, faiz borcuna görə 3.602,36 manat, cərimə borcuna görə 770,56 manat olmaqla borcun cəmi məbləğində 28 891,61 manat və X3 Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması;tələbin Cavabdeh2 qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində 10 nömrəli binada yerləşən 83,75 kv.m. ümumi, 59,85 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 25 nömrəli mənzilə yönəldilməsi və həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018-ci il tarixli, RB/MF-5190 saylı Baş kredit müqaviləsi üzrə cəmi 28 891,61 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmeti olan Cavabdeh2 qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində 10 nömrəli binada yerləşən 83,75 kv.m. ümumi, 59,85 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 25 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci lay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, yetkinlik yaşına çatmayan X1, yetkinlik yaşma çatmayan X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində 10 nömrəli binada yerləşən 83,75 kv.m. ümumi, 59,85 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 25 nömrəli mənzildən çıxarılması və cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2020-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə razılaşma əldə edildiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul tutulması, tələbinə ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-501/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-501/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver