Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-501/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) “qulluq etməyə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə qulluq etməyə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1958-ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşayan Ərizəçi mərhum qaynanası X3 2000-2009-cu illər arasında qulluq etməyə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və həmin dövrünn sosial sığorta stajı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxx 1958-ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşayan Ərizəçi mərhum qaynanası X3 2000-2009-cu illər arasında qulluq etməyə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il də Azərbaycan Respublikasının Gədəbəy rayonunda, Daryurd kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvnamnda rəsmi qeydiyyatda olmaqla faktiki orada ailə üzvləri ilə birlikdə yaşayır. Eyni zamanda 16 may 1980-ci il tarixindən 25 fevral 1956-cı ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı X4 ilə birgə nikaha daxil olmuş və bu günədək birgə yaşayır. Qanunvericiliyin tələbinə əsasən pensiyaya çıxmaq üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də ona imtina verilmişdir. Qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə 1932-ci ildə anadan olmuş qaynanası (eyni zamanda mənəvi anası) X7 2000-ci ildən vəfat etdiyi 2009-ci il tarixinədək onlarla yaşamışdır. Bu illər ərzində ona qulluq edərək öz övladlıq borcunu verməyə çalışmışdır. Hal-hazırda məhkəməyə müraciət etmək zərurəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü bəndinə əsasən yaranmışdır ki, o, qaynanası X3 2000-2009-cu illər aralığında qulluq etməsi faktını sübut etsin. Onun bu məsələlərlə bağlı təsvvürü olmadığına görə vaxtında bunu sənədləşdirə bilməmişdir. Lakin hesab edir ki, bu heç zaman gec deyildir və sübut etmə vəzifəsinin üzərində olduğunu dərk edərək məhkəməyə təqdim edəcəyi sübutlar əsasında ədalət mühakiməsini həyata keçirən məhkəmənin onun ərizəsini təmin edəcəyinə inanır. Müvafiq sənədləşmənin vaxtında aparılmaması və yaşlı qaynanasına qullu etmə faktının təsdiq edən lazımı sənədlərin başqa qaydada alınması mümkün olmaması səbəbindən o, məhkəməyə qaynanası X3 qulluq etmə faktının təsdiq və sübut edilməsi üçün məhkəməyə qonşuların iştirakı ilə səlahiyyətli orqanlara təqdim etdikləri notarial qaydada təsdiq olunmuş ərizəni təqdim etmişdir. X1, X5 və X2 imzaladığı və 14 saylı notariat kontorunun təsdiqlədiyi ərizənin məzmunundan da göründüyü kimi o, qaynanası X3 rəhmətə gedən günədək qulluq etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında ərizəçinin tələbinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və ərizəçiyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi tövsiyə olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) “qulluq etməyə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə ilkin olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin müraciətə imtina cavabı aldığı halda isə, sözügedən qurumun hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malik olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-501/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-501/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver