Məhkəmə qərarları › İş №2(004)-5013/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5013/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5013/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli RB/FS-3928_RES nömrəli kredit müqaviləsi üzrə 116.979,90 manat əsas borc, 18.115,70 manat faiz borcu, 27.700 manat cərimə olmaqla, ümumilikdə 162.795,60 manat borcun və bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 61 manat rüsumun tutulması, tələbin Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 giriş 1 ünvanda yerləşən 233,1 kv.m ümumi sahədən ibarət 13 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 162.795,60 manat borcun və 61 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənillməsi, ipoteka predmeti olan Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 giriş 1 ünvanda yerləşən 233,1 kv.m ümumi sahədən ibarət 13 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh4 qeyd edilən mənzili boşaldılmış vəziyyətdə təhvil verməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC xx.xx.2020-ci il tarixli ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə razılaşma əldə edildiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalı və sənədlərin əsli iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaərizəsininqaytarılmasıbarəsindəərizəverildikdəvəcavabdehişinmahiyyətiüzrəhəllolunmasınıtəl əbetmədikdə məhkəmə ərizənibaxılmamışsaxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Sənədlərin əsli iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar