Məhkəmə qərarları › İş №2(004)-502/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-502/2024

16.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-502/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X12 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 10 noyabr 2022-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsi X1 Filialının işsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis karyera məsləhətçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində xx.xx.2020-ci il tarixli **********2 nömrəli əmri ilə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasında olan qeydə əsasən xx.xx.2022-ci il tarixli **********9 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbləri kobud surətdə pozulmaqla razılığı olmadan və yeni əmək müqaviləsi bağlamadan başqa işə yəni X1 Filialının işsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. Bundan başqa cavabdeh X7 mövcud olmayan əmək müqaviləsinə istinad edərək əmək müqaviləsinin müddətinin qurtarmasına (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi) əsasən xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmrlə onu işdən azad etmişdir. İşdən azad olunmağı barədə əmrin surəti sonuncu iş günü ona verilməli olduğu halda verilməmişdir. Xeyli yazışmadan sonra işdən azad olunmağı barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmrin surətini xx.xx.2023-ci ilin oktyabr ayında almışdır. Lakin yenə sonuncu əmək müqaviləsini ona göndərməmişlər. İşdən azad olunduqdan sonra müraciətlərinə əsasən bildirmişlər ki, şikayətlə əlaqədar onu qəbul edib, dinləyəcəklər. 2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirinin Müavini cənab Vüsal Nəsirli tərəfindən qəbul olunmuş, şikayəti dinlənilmiş, Göstəriş verilmişdir ki, əsassız işdən çıxarılıb, işinə qaytarılsın. Bundan əlavə sədr müavini Cəmaləddin də ona vəd vermişdir ki, işinə qaytarılacaq. Məhz bu səbəblərdən müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilməmişdir. Hesab edir ki, müddət üzürlü səbəblərdən buraxılmışdır. Həmçinin 45-ci maddənin 5-ci bəndində qeyd edilir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşə götürən cavabdeh X7 qeyd edilən qanunun tələblərini pozmuş, əmək müqaviləsi bağlanarkən razılığı alınmamışdır. İşlədiyi vəzifə daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Bundan başqa həmin idarədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi fasiləsiz işləməyini nəzərə almamış “bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmişdir. Müddətli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallarda bağlana bilər. İşlədiyi vəzifə qeyd edilən hüquq normasında nəzərdə tutulmamışdır. Belə halda onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. İşəgötürən bu tələblərə əməl etməyibdir. Belə ki, işəgötürənin adından Agentliyinin 15 mart 2022-ci il tarixli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli razılaşmasındakı imza onun deyildir. Əmək müqaviləsinə dəyişiklik edilməsinə razılığı alınmamışdır. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Hesab edir ki, işəgötürən əmək qanunvericiliyinin bu tələblərinə əməl etməmişdir. Daha sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, iddiaçı Zaidov X6 05 avqust 2020ci il tarixli **********2 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuş və Agentliyin 10 noyabr 2022-ci il tarixli **********0 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İddiaçıyla əmək münasibətlərinin rəsmiləşdirildiyi zaman olduğu kimi, xitam verildiyi halda da Agentlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericilik həm tərəflər arasında, həm də işin məhkəmə qaydasında mübahisələndirildiyi hallarda yarana biləcək fikir ayrılıqlarının qarşısını almaq məqsədi ilə işçinin hüquqlarının pozulduğu anı da müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekınin) verildiyi həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin 10 noyabr 2022-ci il tarixdə xitam edilməsi hazırki məhkəmə işi üzrə işin mübahisəsiz halıdır. İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması aparılmalıdır. İddiaçının əmək müqaviləsinə xitam verildiyi gündən 1 ildən artıq müddət keçmişdir və iddiaçı özü də iddia ərizəsində iddia müddətini ötürdüyünü etiraf etmişdir. Göründüyü kimi, iddiaçı üzrlü səbəb olmadan iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işi daimi xarakter daşıdığından onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Ümumilikdə onunla bağlanmış on ədəd əmək müqaviləsindən yalnız dördü ona təqdim edilmişdir. Bundan başqa əmək kitabçasında olan qeydə əsasən xx.xx.2022-ci il tarixli **********9 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbləri kobud surətdə pozulmaqla razılığı olmadan və yeni əmək müqaviləsi bağlanmadan başqa işə yəni X1 Filialının işsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşmadakı imza onun imzasına bənzəsə də, ona məxsus deyil. Bundan başqa AR Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Belə ki, o, 2017-ci ildən etibarən Məşğulluq Mərkəzində müddətli əmək müqaviləsi əsasında işləmişdir. 2020-ci ildən isə idarənin adı dəyişdirildi. Məşğulluq Mərkəzində 3 il, X4 isə 2 il 8 ay işləmişdir. X5 Mərkəzinin nəzdində yaradılmışdır. Bundan başqa AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Son haqq-hesab ona 2022-ci ilin dekabr ayının sonunda ödənilmişdir. Fevral ayında poçt vasitəsi ilə əmək kitabçası, oktyabr ayında əmrin surəti ona göndərilmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X12 nümayəndəsi Nümayəndə “iddia müddətinin tətbiq edilməsinə dair” ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya əmək kitabçasını götürməsi ilə bağlı müraciət edilmişdir. İddiaçının X4 5 il 8 ay işləməsi ilə bağlı qeyd etmək istəyir ki, X7 xx.xx.2019-cu ildə yaradılmışdır. X7 Dövlət Məşğulluq Xidmətinin hüquqi varisi olsa da, fərqli təsisatlardır. İddiaçıya son haqq-hesab 2022-ci ilin sonunda ödənilmişdir. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X10 05 avqust 2020-ci il tarixli, **********2 saylı Əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X14 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsi işçi İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli Razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinin “işçi əsas iş yeri üzrə X3 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilir” redaksiyasında verilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 10 noyabr 2022-ci il tarixli **********0 saylı Əmrinə əsasən X3 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsində çalışan İddiaçı 10 noyabr 2022-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, o, 01 mart 2017-ci il tarixdə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Astara rayon X8 məşğulluq tədbirləri sektorunda böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Nazirliyin tabeliyində X3 05 avqust 2020-ci il tarixli **********2 nömrəli əmri ilə 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək funksiyalarının icrası zamanı bilik və bacarıqlarınızı zəif nümayiş etdirdiyinə görə Agentliyin 29 dekabr 2021-ci il tarixli **********5 nömrəli əmri ilə ona yazılı xəbərdarlıq elan edilmiş və Agentliyin 15 mart 2022-ci il tarixli əmri ilə X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. Ona əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə Agentliyin 14 sentyabr 2022ci il tarixli **********3 nömrəli əmri ilə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Agentliyin 10 noyabr 2022-ci il tarixli **********0 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar müqaviləyə xitam edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 saylı məktubundan görünür ki, İddiaçı tərəfindən ******* nömrəli əmək kitabçasını təhvil alması və ya bu mümkün deyilsə əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razılıq verməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X10 05 avqust 2020-ci il tarixli, **********2 saylı Əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli Razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinin “işçi əsas iş yeri üzrə X3 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilir” redaksiyasında verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 10 noyabr 2022-ci il tarixli **********0 saylı Əmrinə əsasən X3 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsində çalışan İddiaçı 10 noyabr 2022ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, İddiaçı hakimin məhkəmə iclasında ona verdiyi suala cavab olaraq bildirmişdir ki, son haqq-hesab ona 2022-ci ilin dekabr ayının sonunda ödənilmişdir. Bundan əlavə iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan da görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra müraciət etmişdir. Odur ki, X3 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 10 noyabr 2022-ci il tarixdə xitam verilmiş, son haqq-hesab ona 2022-ci ilin dekabr ayında ödənilmiş və İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar