Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5021/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 22.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 335,57 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına 04.03.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, atası X5 16.02.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh mərhum atasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 29.02.2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 935,57 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X8 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 935,57 manat məbləğindən çıxılmış, qalan 335,57 manat pul vəsaiti isə bugünədək Mərkəzi filialının hesabına qaytarılmamışdır. Cavabdeh yaranmış 335,57 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə 02.03.2021-ci il tarixdə məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 335,57 manat dövlət borcu Mərkəzi Filialın hesabına ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə +**********78 mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.02.2020ci il tarixli AZ-İİ 076262 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən 16.02.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.02.2020-ci il tarixdə 404 nömrə ilə qeydiyyat aparılmışdır. X3 oğlu Cavabdeh ərizə ilə 04.03.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, atası X5 16.02.2020-ci il tarixdə vəfat etməsi barədə məlumat vermiş və dəfn xərcinin ona ödənilməsinə sərəncam verilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 07.09.2021-ci il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, sonuncu dəfə 14.02.2021-ci il tarixdə X5 **********278 nömrəli şəxsi hesabına 1.937,97 manat pul köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8.1-ci maddəsində 29.12.2020-ci il tarixdə edilmiş və 01.01.2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən əmək pensiyaçısı vəfat etdikdə bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi, bu halın yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. “Əmək pensiyaları haqqında” Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Göründüyü kimi, qanunverici əmək pensiyasının dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu olan şəxs kimi əmək pensiyaçısını nəzərdə tutmuşdur. Hazırkı halda əmək pensiyaçısı olan X7 16.02.2020-ci ildə vəfat etmişdir. Onun ölümu barədə məlumatı oğlu Cavabdeh 21.02.2020-ci il tarixdə ölüm haqqında şəhadətnaməni əldə etdikdən sonra 03.04.2020-ci il tarixdə pensiyasını təyin edən orqana rəsmi məlumat vermişdir. Bundan sonra növbəti ayın, yəni 2020-ci ilin mart ayı üçün pensiyanın verilməsi dayanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qeyd edir ki, fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdırdığından və hüquq məsuliyyətini aradan qaldırdığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 37.8.1-ci maddəsinin geriyə qüvvəsi vardır. X5 pensiyası hesabına köçürüldüyü 14.02.2021-ci il tarixdə, o sağ olmuş və həmin pul vəsaitinə sərəncam vermək hüququna malik olmuşdur. Mərhumun oğlu Cavabdeh atasının ölümündən sonra ağlabatan müddət ərzində atasının ölümü barədə pensiya təyin edən orqana - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat vermişdir. X3 hesabına əmək pensiyası sonuncu dəfə fevral ayı üçün onun sağ olduğu vaxtda, yəni ölümündən iki gün əvvəl 14.02.2020-ci il tarixdə köçürülmüş və növbəti aydan da ona əmək pensiyasının verilməsi dayandırılmışdır. 14.02.2021-ci il tarixdə X5 **********278 nömrəli şəxsi hesabına fevral ayı üçün ödənilmiş 1.937,97 manat pensiya məbləği bütövlükdə onun mülkiyyəti sayılır, onun vəfat etdiyi 16.02.2020-ci ildən ayın sonuna qədər olan müddət üçün 935,57 manat onun vərəsəsi olan oğlu Cavabdeh geri tələb edilə bilməz. Çünki, bu məbləğ X1 14.02.2021-ci il tarixdə onun hesabına köçürülməklə tam sərəncamına verilmişdir. Bu səbəbdən, pensiyaçının öldüyü 2020-ci ilin fevral ayı üzrə ödənilmiş əmək pensiyasının qalıq məbləği onun vərəsəsindən geri tələb edilə bilməz. X3 dəfn xərci üçün ayrılmış 600 manat vəsaitin onun oğlu Cavabdeh ödəməkdən imtina edilməsi və artıq ödənildiyi iddia edilən 935,57 manat vəsaitdən 600 manatın çıxılması qanunsuz və əsassız olmuşdur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş 335,57 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5021/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5021/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver