Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5023/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onların qanuni istifadələrində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 46,23 kv.m olan 6 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 46,23 kv.m olan 6 nömrəli mənzili Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 012217 nömrəli orderi ilə qaynatası X9 verilmişdir. Mənzil onlara təhvil verildikdən sonra köçərək orada yaşamışlar. Mənzilin təmirə ehtiyacı olduğu üçün müvəqqəti başqa mənzili kirayəyə götürərək orada yaşamışlar. 1993-cü ildə Ağdam köçkünləri ev təmirdə olduğu zaman mənzilə qanunsuz girərək zəbt etmiş və bugünə qədər dəfələrlə tələb etsələr də çıxmamışlar. Qanuni istifadələrində olan mənzilə aid vərəsəlik hüququ haqqında Çıxarışın alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsələr də, cavabdehlər idarənin əməkdaşlarını mənzilə buraxmamış, onları təhqir etmişlər. Bugünkü gündə o və uşaqları cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində kirayədə yaşamağa məcburdur, buna görə də kirayə haqqı ödəyir ki, bu da onun onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 2025-ci ilin sentyabr ayına qədər ona möhlət verilməsini xahiş edir. Əldə etdiyi məlumata əsasən həmin müddətə qədər onları evlə təmin edəcəklər. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X27 və X19 iddia tələbini qəbul etmədiklərini bildirmişlər və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 105 nömrəli Arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, ailə tərkibi X28 və X10 ibarətdir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, 012247 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil xx.xx.1993-cü il tarixdə X8 mülkiyyətinə vverilmişdir. İş materiallarında olan 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 103 nömrəli Arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Ailə tərkibi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ibarətdir. İş materialalrında olan 3 saylı “ASAN Xidmət” mərkəzinin Notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsələri X28 və X22 tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” mərkəzinin Notariat kontoruna müraciət daxil olmuşdur. X8 xx.xx.2016-cı il tarixdə vəfatı ilə əlaqədar vərəsələri - X20 və X12 ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ünvanında yerləşən ev 12, 6 saylı mənzilə dair Çıxarışın verilməsi xahiş olunur. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı 537733 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X26, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 2082 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 896344 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X26, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 406 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X22 tərəfindən 3 saylı “ASAN Xidmət” mərkəzinin Notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, X22 xx.xx.2016-cı ildə vəfat etmiş babası X5 qalmış miras əmlakı qəbul etdiyini bildirmişdir. X10 başqa digər vərəsələr arvadı X21, nəvəsi X28 və qızı X6r. İş materiallarında olan X28 tərəfindən 3 saylı “ASAN Xidmət” mərkəzinin Notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, X28 xx.xx.2016-cı ildə vəfat etmiş babası X5 qalmış miras əmlakı qəbul etdiyini bildirmişdir. X16 başqa digər vərəsələr arvadı X21, nəvəsi X22 və qızı X6r. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ seriyalı 785058 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 1047 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ seriyalı 838116 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 1428 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan X20 ünvan 5 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2016-cı ildə onun babası X17 (xx.xx.2015-ci ildə ölmüş atası X29) ölmüşdür. X5 qalmış miras əmlakı qəbul edir. İş materiallarında olan X12 ünvan 5 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2016-cı ildə onun babası X17 (xx.xx.2015-ci ildə ölmüş atası X29) ölmüşdür. X5 qalmış miras əmlakı qəbul edir. İş materiallarında olan X2 (X3) ünvan 5 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2016-cı ildə onun atası X17 ölmüşdür. X5 qalmış miras əmlakı qəbul edir. (ərizə S.PETERBURQ Ş.NOT.DAİRƏ NOT.LOZOVA D.K.Ə/EŞQORDONAOVA D.S tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 78/153-н/78-20xx-xx-1585 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı tərəfindən imzalanmışdır) İş materiallarında olan Sankt-Peterburq Hökumətinin VVAQ Komitəsinin Vıborq rayonunun VVAQ Şöbəsi tərəfindən verilmiş İİİ-ИК seriyalı, 575571 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 ilə X11 xx.xx.2019cu il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu il oktyabr ayının 26-cı günündə **********00302029005 saylı akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra kişiyə İsmayılov, qadına İsmayılova soyadı verilmişdir. İş materiallarında olan ünvan 6 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, vərəsə X4 (X3) (etibarnamə əsasında nümayəndəsi: İddiaçı), ünvan 5 müraciət edərək, xx.xx.2016-cı ildə vəfat etmiş, ünvan 7 ünvanda qeydiyyatda olmuş, xx.xx.1952-ci il təvəllüdlü X5 (FİN 1AST7DM) miras qalmış əmlaka (ünvan 7) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlak üzərində (ünvan 8 ünvanında yerləşən əmlak) xx.xx.2016-cı ildə vəfat etmiş miras qoyan X8 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən aarayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışı (forma 37), sorğunu təqdime dən vərəsə X4 (X3) (etibarnamə əsasında nümayəndəsi: İddiaçı) vasitəsilə verilməsinin təmin edilməsi xahiş edilir. İş materiallarında olan Sankt-Peterburq notariat dairəsinin notariusu X7 səlahiyyətlərini müvəqqəti icra edən X25 tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş78/153-н/78-20xx-xx- 1585 reyestr nömrəli etibarnamədən görünür ki, X3 xx.xx.2016-cı il tarixində X8 vəfat etməsindən sonra qalan mirası qəbul etmək hüququ ilə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı işləri aparmaq, onun adından ərizələr vermək və onları imzalamaq və s. kimi səlahiyyətləri İddiaçı etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi mənzilin mülkiyyətçisi olmamasına baxmayaraq, cavabdehlərin həmin mənzildən çıxarılması tələbi ilə bağlı subyektiv hüquq sahibidir. Belə ki, iddia ərizəsindən, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da bəlli olur ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil xx.xx.1993-cü il tarixli, 012247 nömrəli order əsasında həmin tarixdən X8 mülkiyyətində olmuşdur. 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün olan hazırki mülki iş üzrə cavabdehlər həmin mənzildə müvəqqəti olaraq məskunlaşmışlar. xx.xx.2016-cı ildə X17 vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri olan X8 nəvələri - hazırki mülki iş üzrə iddiaçının övladları xx.xx.2004-cü il təvəllüdlü X28, xx.xx.2007-ci il təvəllüdlü X22 və X8 qızı X3 notariat orqanına müraciət edərək, X5 qalmış miras əmlakın qəbuluna dair iradə ifadələrini bəyan etmişlər. Belə ki, iş materiallarından da göründüyü kimi, X8 oğlu X26 atasından əvvəl xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Buradan da belə nəticəyə gəlmək olur ki, X8 X13 olan nəvələri xx.xx.2004-cü il təvəllüdlü X28 və xx.xx.2007-ci il təvəllüdlü X22 da qanun üzrə 1-ci növbə vərəsə sayılırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi hazırki halda X8 vərəsəsi olacaq oğlu X26 atasından əvvəl vəfat etdiyindən X18 İddiaçı ilə birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X28 və xx.xx.2007-ci il təvəllüdlü X22 babalarının vərəsəsi kimi atalarına çatası paydan bərabər miras almaq hüquna malikdirlər. Buradan görünən odur ki, xx.xx.2004-cü il təvəllüdlü X28 və xx.xx.2007-ci il təvəllüdlü X12 X1 miras əmlakı olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə gözlənilən mülkiyyət hüquqları vardır. Belə olan halda, yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının övladının adından (yetkinlik yaşına çatmayan) hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin mülkiyyətçisi olmasa belə, övladlarının həmin mənzilə gözlənilən mülkiyyət hüquqları olduğundan cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qaqnunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunan odur ki, cavabdehlər mənzilin mülkiyyətçisi olan X1 ailə üzvü deyil, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər faktiki olaraq mənzili özbaşına tutmaqla 1993-cü il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayır. X1 cavabdehlərin mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Ən yaxşı nəticədə, cavabdehlər müvəqqəti sakin kimi qiymətləndirilə bilər və belə olan halda da cavabdehlər mənzilin mülkiyyətçisinin (mənzilə gözlənilən mülkiyyət hüququ olan şəxslərin) tələbi ilə mənzili dərhal boşaltmalıdır. İddiaçı da hazırda məhz bunu tələb edir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, 012247 nömrəli orderdən də göründüyü kimi, mübahisəli mənzil mərhum X9 məxsusdur və X17 vəfat etdiyindən onun vərəsələri miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişlər, X8 miras əmlakı hesab edilən ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. Mənzilə gözlənilən mülkiyyət hüququ olan iddiaçının övladları həmin mənzildən istifadə edə bilmir, bu mülkiyyətlərindən faktiki olaraq məhrum edilmişlər. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkəti nəticəsində iddiaçının övladlarının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla mənzilin mülkiyyətçisi arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin mərhum X9 məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə mərhumun vərəsələrinin həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, mərhumun vərəsələri olan nəvələri hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Məhkəmə xüsusilə vurğulayır ki, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bu baxımdan qanuniliyindən asılı olmayaraq, cavabdehlərin 1993-cü ildə mübahisəli mənzildə məskunlaşmasının əsasında onun yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması dururdusa, hazırda bu ehtiyac da aradan qalxmışdır. Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Məhkəmə cavabdehlərin həmin mənzildə təmir-tikinti, abadlaşdırma işləri aparmaqları ilə bağlı gətirdikləri dəlilə münasibət bildirərək qeyd edir ki, cavabdehlər 1993-cü ildən həmin mənzildə qanunsuz əsaslarla yaşayır və hər hansı təmir-tikinti işləri görmüşdürsə də, bu işləri özbaşına və özünün qanunsuz yaşayışının təmin edilməsi (yaxşılaşdırılması) məqsədi ilə görmüşdür. Digər tərəfdən bu halın mövcudluğu belə hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdehlərin hazırda hər hansı hüquqi əsas, o cümlədən mənzilə gözlənilən mülkiyyət hüququ olan şəxslərin razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi mülkiyyətçinin (gözlənilən) öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5023/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5023/2024
29.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver