Məhkəmə qərarları › İş №2(004)-504/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-504/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-504/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması” tələbinə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Mercedes-Benz C200 CDİ” minik markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri baradə bildiriş göndərilmişdir. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbini qəbul etmədiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatında bildirmişdir ki, “Mercedes-Benz C200 CDİ” minik markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobil ona məxsus olmuşdur. O, həmin avtomobili etibarnamə əsasında qonşusu Aqilə 8.500 manata satmışdır. Aqil ona 6.000 manat vermiş, qalan 2.500 manatı isə sonra verəcəyini öhdəsinə götürmüşdür. Aqil vəfat etmişdir. Eşitdiyinə görə Aqil avtomobili xx.xx.2013-cü ildə etibarnamə əsasında X2 adlı şəxsə satmışdır. O, Cavabdeh tanımır, ona etibarnamə və avtomobil verməmiş, avtomobil satmamış və ondan pul almamışdır. Cavabdeh ona hər hansı borcu yoxdur. İddia ərizəsini vəkili tərtib etmişdir, iddia ərizəsində qeyd edilənlər doğru deyildir. Avtomobilə dair sonuncu etibarnamə Cavabdeh adına yazıldığına görə, o, Cavabdeh kimi qeyd etmişdir. O, pandemiya ilə bağlı dövlət təroəfindən işləməyən şəxslərə verilən 190 manatı ala bilmir. Çünki, onun adında avtomobil qeydiyyadadır. O, avtomobili adından çıxartmaq istəyir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia qəbul etməmiş və izahatında bildirmişdir ki, o, 2015-ci ildə yararsız avtomobil almaq istəmişdir ki, ehtiyyat hissələrindən istifadə edib öz avtomobilini təmir etdirsin. Bu məqsədlə “Mercedes Benz C200 CDİ” minik markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili X1 2.000 manata almağa razılaşmışdır. X2 ona avtomobilə dair xx.xx.2015-ci il tarixli etibarnamə vermişdir. Onlar birlikdə “Tərlan” şadlıq sarayının arxasında olan dayanacağa gedərək avtomobilə baxmışlar. Avtomobilin qəza nəticəsində tamamilə yararsız vəziyyətə düşdüyünü görmüş və avtomobili almaqdan imtina etmişdir. Onun adına yazılmış etibarnaməni ləğv etdirməyə ehtiyac duymamışdır. O, iddiaçını tanımır, ona borcu yoxdur və ondan avtomobil almamışdır. İddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdikləri izahatlarını, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri 6 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə verilmiş ƏN-İİİ seriyalı 501291 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz C200 CDİ” minik markalı ** FK *** dövlət qeyiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh etibarnamə verilmişdir. Etibarnaməni İddiaçı adından X2 vermişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi xx.xx.2020-ci il tarixli məktubla İddiaçı DİN-in Baş Dövlət X4 ünvanladığı müraciətinə cavab olaraq bildirmişdir ki, “Mercedes-Benz C200 CDİ” minik markalı ** FK *** dövlət qeyiyyat nişanlı avtomobilə dair verilmiş etibarnamənin ləğvi, eləcə də üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulması ilə əlaqədar Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli xx/xx-9067-3 nömrəli məktubu baradə Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin şəxsi heyəti təlimatlandırılmışdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı iddia ərizəsində “Mercedes-Benz C200 CDİ” minik markalı ** FK *** dövlət qeyiyyat nişanlı avtomobili cavabdehlə aralarındakı razılığa əsasən 8.500 manata dəyərləndirib və hissəhissə ödəməklə, razılaşdırılmış məbləğ tam ödənildikdən sonra, avtomobili cavabdehin mülkiyyətinə keçirilməsini, cavabdehin avtomobilin ümumi dəyərindən 6.000 manat ödədiyini, qalıq məbləği ödəməkdən yayındığını iddia etsə də, məhkəmə iclasındakı izahatında iddia ərizəsində qeyd etdiklərinin həqiqət olmadığını, cavabdehi tanımadığını, ona avtomobil satmadığını, cavabdehin ona borcu olmadığını, etibarnamə adı göstərildiyinə görə Cavabdeh qismində qeyd etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz C200 CDİ” minik markalı ** FK *** dövlət qeyiyyat nişanlı avtomobil Cavabdeh olmadığına, iddiaçı cavabdehə avtomobil satmadığı, cavabdehin iddiaçıya borcu olmadığı sübuta yetirildiyinə görə, iddia özü özlüyündə əsassız olduğundan rədd edilməlidir. İddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Mercedes benz C200 CDİ” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması” tələbinə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar