Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5061/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2, mənzil 62 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2, mənzil 62 ünvanında yeləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 1888 saylı, xx.xx.2019-cu il tarixli müqavilə əsasında əldə olunmuş, sonradan həmin mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsi, xx.xx.2019-cu il tarixli mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq çıxarış eyni qaydada İddiaçı adına qeydə alınmışdır. Beləliklə, qeyd edilən sənəddən göründüyü kimi İddiaçı sözügedən mənzilin mülkiyyətçisidir. İddiaçı oğlu X2 2019-cu ilin 11 noyabr tarixində Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmuş, Cavabdeh qeyd edilən mənzilə gəlin gəlmişdir. Daha sonra tərəflər bu mənzildə mülkiyyətçi, cavabdehin həyat yoldaşı ilə birlikdə yaşamışlar. Tərəflərin nikahından heç bir övladı dünyaya gəlməmişdir. Lakin, 2020-ci ilin yay aylarında Cavabdeh ilə mülkiyyətçinin oğlu arasında ailə münasibətləri pozulduğundan Cavabdeh sözügedən mənzili tərk etmişdir. Daha sonra cavanların ailəsini bərpa etməyin mümkün olmaması səbəbinə görə Cavabdeh qohumları xx.xx.2020-ci il tarixində mülkiyyətçiyə məxsus mənzilə gələrək Fatimənin əşyalarını və ona məxsus bütün gətirilmiş cehiz əmlakını mənzildən çıxararaq yük maşınında geri aparmışlar. Beləliklə, hadisənin təsvir edilən tarixindən də göründüyü kimi Cavabdeh 2020-ci ilin iyul ayının 22-dən etibarən İddiaçı məxsus mənzildə yaşamır. Hətta həmin mənzildə ona məxsus əşyalar da mövcud deyildir. Bundan başqa artıq Cavabdeh ilə Ağamalı Ağayev (iddiaçının oğludur) aralarında olan nikaha VVADQ orqanında xitam verilməsi üçün müraciət etmişlər. Hazırda Cavabdeh sözügedən mənzildə yaşamamasını təsdiq edən fakt qonşular tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Akt da mövcuddur. Beləki, həmin aktın məzmunundan göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixində mənzilə gələrək özünəməxsus cehiz əşyalarını evdən aparması və bir daha həmin gündən sonra həmin mənzilə geri qayıtmaması halı öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin baş direktoru X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1888 saylı Yaşayış sahəsi üçün müqavilədən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən 3 saylı yaşayış binasının 11ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.77 m2 olan, 2 otaqlı 62 saylı mənzil sahəsi cavabdeh İddiaçı satılmış, cavabdeh isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı qonşuları olan X5, X3 və X6 sözügedən aktda öz imzaları ilə təsdiq etmişdirlər ki, qonşuları İddiaçı toy edərək Cavabdeh gəlin gətirmiş və ünvan 1, mənzil 62 ünvanında xx.xx.2019-cu il tarixdən yaşamışlar. Lakin, xx xxxx 2020-ci il tarixində İddiaçı gəlini evdən getmiş və həmin tarixdən etibarən Cavabdeh İddiaçı evində yaşamır. Cavabdeh gəlin köçərkən gətirdiyi cehiz əşyalarını da xx.xx.2020-ci il tarixində valideynləri və qohumları vasitəsi ilə aparmışdır. Hal-hazırda Cavabdeh sözügedən ünvandakı mənzilə yaşamır. İş materiallarında olan “xxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh həqiqətən “xxxxxxxxxx” MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 3 ünvanında yerləşən binanın 11-ci mərtəbəsinin 62 saylı mənzilində xx.xx.2020-ci il tarixdən etibarən yaşamır. İş materiallarında olan xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı 62 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ seriyalı, 345548 saylı şəhadətnamədən müəyyən olunur ki, X2 ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 136 nömrəsi ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra qadına Babayeva soyadı verilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla müəyyən olunmuşdur ki, Cavabdeh ilə X1rasında 2019-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra tərəflər İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 62 saylı mənzildə yaşamışdır. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsinin nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Habelə Cavabdeh iddiaçının oğlu ilə arasında olan nikahı pozulduqdan sonra iddiaçıya məxsus mənzildən köçüb getmişdir. Göründüyü kimi, mübahisəli mənzillə bağlı hüquq münasibəti 2019-cu ildə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev 2019-cu ildən iddiaçının mülkiyyətində olduğundan, o cümlədən cavabdeh evin mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin mülkiyyətçisinin digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, onun göstərilən mənzildən istifadə hüququnun itirilməsinə dair İddiaçı iddia ərizəsi təmin edilməlidir. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən evin mülkiyyətçisi ilə Cavabdeharasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından Cavabdehqeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 62 saylı mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5061/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5061/2020
21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver