Məhkəmə qərarları › İş №2(004)-5070/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5070/2022

20.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5070/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı “mükafatın verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı “mükafatın verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dünya Azərbaycanlarının Həmirəlik Günü və Yeni il Bayramı, habelə 2022-ci ilin Novruz və Ramazan bayramlarına görə işçilərə verilmiş mükafatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1980-cı ildən hal-hazıra qədər cavabdeh qurumda müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Sonuncu dəfə Daşınmaz Əmlakın Dövlət Reestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləmişdir. Bir sözlə, cavabdeh təşkilatda 42 il fasiləsiz əmək fəaliyyəti vardır. Bayramlarda cavabdeh tərəfindən işçilərə pul mükafatı verilir. Lakin, 2021-ci ilin 31 dekabr Dünya Azərbaycanlılarının Həmirəlik Günü və Yeni il Bayramı ilə əlaqədar işçilərə pul mükafatı verilmişdir. Ona qarşı qərəzli münasibət, digər işçilərlə müqayisədə ayrı-seçkilik daha sonradan səhhətində bəzi xoşagəlməz problemlərə gətirib çıxarmışdır. Bu kimi hallar növbəti bayramlarda da təkrarlanmışdır. Belə ki, 2022-ci ilin Novruz və Ramazan bayramlarında da işçilərə pul mükafatı verilmiş, o nəzərə alınmamışdır. Bunu özünə və 42 illik fasiləsiz əmək fəaliyyətinə qarşı hörmətsizlik hesab edir. 2021-ci ilin 31 dekabr X1 Günü və Yeni il Bayramı ilə əlaqədar mükafatın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin, bir müddət xəstəliyi ilə əlaqədar büllettendə olduğuna görə cavabdeh həmin mükafatı ona verməkdən imtina etmişdir. Bundan sqpra 2022-ci ilin Novruz və Ramazan bayramlarında da mükafatı ala bilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən açıq-aydın ayrı-seçkiliyə məruz qalmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimaisosil mənşəyinə, yaşma, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işgüzar keyfiyyətləri, peşakarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 157-ci maddəsinin 2-ci hissəsinə görə, işəgötürən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin müxtəlif formalarını tətbiq edə bilər. Həmən Məcəllənin 157-ci maddəsinin 6-cı hissəsinə əsasən mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Uzun müddət xəstə olmasının səbəbi də cavabdehin rəhbərliyinin münasibəti olmuşdur. Belə ki, rəhbərlik tərəfindən ona qarşı qərəzli münasibəti səhhətində ciddi problemlər yaratmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki İddiaçı arasında bağlanmış xx.xx.1980-ci il tarixli əmrlə Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosuna texnik-inventarizator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli əmrlə 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edilməsi) ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi H.Mustafayevin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və həftəlik iş vaxtının mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi barədə iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçıya ərizəsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 25 təqvim günü (xx.xx.2018-xx.xx.2019-cu iş ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortas! üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən məzuniyyət dövründə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək xəstə olmağı ilə bağlı təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinə uyğun olaraq həmin dövr üçün (14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına) müavinətin ödənilməsi təmin edilir. Eyni zamanda, 2-ci qrup əlil olduğuna görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftə ərzində qısaldılmış iş vaxtı tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini N.Alimovanın xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılmış iş rejiminin tətbiq edilməməsi barədə iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq əmrləri ilə iddiaçıya 2-ci qrup əlil olduğuna görə 2018/2019-cu iş ili üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119cu maddəsinin 2-ci hissəsinə əsasən 42 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. 2-ci qrup əlil olduğuna görə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftəlik qısaldılmış iş vaxtı tətbiq edilməsi ilə bağlı əmək müqaviləsinə edilmiş dəyişiklikləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi M.Rəşidovun xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, iddiaçı Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında əlilliyin qiymətləndirilməsi barədə sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli 0108003MC2A nömrəli məlumatın surətini xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. İİ qrup əlil kimi qısaldılmış iş vaxtının tətbiq olunması barədə ərizə ilə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciəti həmin gün Xidmətin Kadrlar şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əmək müqaviləsinə qısaldılmış iş vaxtının tətbiq olunması barədə dəyişikliklər və əlavələr edilməsi barədə məlumat göndərilmiş, iddiaçı həmin əlavəni imzalamaqdan imtina edərək, müqavilənin tam şəkildə dəyişdirilib göndərilməsini və yalnız bundan sonra həmin müqaviləni imzalayacağını bildirmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tabeldə iddiaçının gündəlik iş saatı 8 saat, bayram günləri qabağı iş saatı 7 saat göstərilmişdir. Həmin müddətdə işlədiyi günlərin sayı 313, bayram günləri qabağı 6 gün olmuşdur. 2018-2019-cu iş ilindən qalan məzuniyyətin verilməsi üçün xx.xx.2019-cu il tarixli ərizəsi həmin gün Xidmətin Kadrlar şöbəsinə göndərilmişdir. Xidmət rəisinin xx.xx.2019-cu il tarixli 1003/Ş nömrəli əmrinə əsasən xx.xx.2019-cu il tarixdə məzuniyyət verilmiş, müvafiq olaraq 9, 10, 11 dekabr 2019-cu il tarixli günlər tabeldə məzuniyyət günləri kimi göstərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, qanunda nəzərdə tutulmuş həftəlik iş saatından artıq işlədiyi üçün keçirdiyi stress, əsəb və təşviş nəticəsində səhhətində yaranmış vəziyyətlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2010-xx.xx.2011-ci iş ilindən qalan məzuniyyətindən istifadə etməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, səhhəti ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən 2020-2021-cı iş ili üçün əmək məzuniyyətindən istifadə etməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubovun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, əmək məzuniyyətinə çıxması ilə bağlı rəsmi cavab verilməməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibəti ilə mükafatlandırılan işçilərin siyahısına adının daxil edilməməsi barədə iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 25 yanvar 2022-ci il tarixli əmri ilə 2020/2021-ci iş ili üçün iddiaçıya 42 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bayram günlərində işçilərin mükafatlandırılması qaydalarına ciddi riayət edən, qarşıya qoyulan hədəfləri vaxtında və vicdanla yerinə yetirən əməkdaşlara üstünlük verilir. 2021-ci ilin istehsalat təqvimi ərzində iş fəaliyyəti yuxarıda göstərilən meyarlara uyğun gəlmədiyinə, həmçinin bu və ya digər səbəblərdən 186 gün işdə olmadığına (əsasən əmək qabiliyyətinin olmaması vərəqəsi) görə adı bayram münasibəti ilə mükafatlandırılan işçilərin siyahısına daxil edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X4 sədr müavini E.Məmmədovun xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqlarının pozulması barədə iddiaçının təkrar müraciətinə aidiyyəti üzrə baxılmış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 xx.xx.2022-ci ıl tarixli əmri ilə 2020/2021-ci iş ili üçün 42 təqvim günü müddətinə əmək məzuniyyətinin verilməsi və işçilərin mükafatlandırılması, onların həvəsiəndirilməsi, motivasiyası, iş ahənginin yaxşılaşdırılması ilə bağlı 22 fevral 2022-ci il tarixli **********91 nömrəli məktubla məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi M.Rəşidovun xx.xx.2021-ci il tarixli, 100 saylı əmrinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı uzun müddətli səmərəli fəaliyyəti nəzərə alınaraq 65 illik yubileyi münasibəti ilə aylıq vəzifə tarif maaşının yüz faizi məbləğində mükafatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi M.Rəşidovun xx.xx.2021-ci il tarixli, 112 saylı əmrinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin işçilərinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibəti ilə vəzifə maaşının 1,6 misli məbləğində mükafatlandırılması əmr olunmuşdur. (siyahı əlavə olunur). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi M.Rəşidovun xx.xx.2022-ci il tarixli, F015 saylı əmrinin surətindən görünür ki, İdarənin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə, 2021-ci ilin ikinci yarımili üzrə əmək fəaliyyətində xüsusi fərqlənmiş işçiləri aylıq vəzifə maaşının 100 faizi məbləğində mükafatlandırılmışdırlar (siyahı əlavə olunur). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X4 sədri N.Alimovanın xx.xx.2022-ci il tarixli M-001 saylı əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci və 119-cu maddələrinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 42 təqvim günü müddətinə əmək məzuniyyəti (xx.xx.2020- 01 07 2021 -ci ış ili üçün) verilmiş, məzuniyyət dövrü ərzində bayram günü (xx.xx.2022-cı il) nəzərə alınaraq, xx.xx.2022-ci il tarixi işə başladığı gün müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi M.Rəşidovun xx.xx.2022-ci il tarixli, F035 saylı əmrinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin işçilərinin (barələrində intizam tənbehi görülmüş və qismən ödənişli sosial məzuniyyətdə olan işçilər istisna olmaqla) vəzifə maaşının 100 faizi məbləğində mükafatlandırılması əmr olunmuşdur. (siyahı əlavə olunur). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi M.Rəşidovun xx.xx.2022-ci il tarixli, F046 saylı əmrinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin işçilərinin (barələrində intizam tənbehi görülmüş və qismən ödənişli sosial məzuniyyətdə olan işçilər istisna olmaqla) vəzifə maaşının 100 faizi məbləğində mükafatlandırılması əmr olunmuşdur. (siyahı əlavə olunur). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X4 sədr müavini E.Məmmədovun xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, müvafiq iş illəri üzrə bayramlarda İddiaçı mükafat verilməməsinə dair məsələnin araşdırılması ilə bağlı müraciətə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 6-cı bəndinə əsasən, mükafat dedikdə əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti nəzərdə tutulur. Göründüyü kimi burada əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi əsas meyar kimi çıxış edir. Qanunvericilikdə konkret olaraq əlamətdar bayram günlərində və ya əmək müqaviləsində nəzərdə tutulmayan hallarda işçilərin mükafatlandırmasını şərtləndirən hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən müxtəlif həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. Bu tip mükafatlandırmalar əmək haqqı sisteminə daxil edilmir. Əmək müqaviləsində qeyd edilməyən birdəfəlik mükafatlar işəgötürənin qərarı əsasında təyin edilir. Qanunvericilikdə birdəfəlik mükafatın müəssisə rəhbəri tərəfindən məcburi qaydada verilməsi ilə bağlı, həmçinin bu məsələdə onun üzərində öhdəçilik yaradan hər hansı bir müddəa nəzərdə tutulmamışdır. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayına qədər olan dövr ərzində İddiaçı mütəmadi olaraq əmək qabiliyyətinin itirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etmiş və qeyd olunan dövr ərzində əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dünya Azərbaycanlarının Həmirəlik Günü və Yeni il Bayramı, habelə 2022-ci ilin Novruz və Ramazan bayramlarına görə işçilərə verilmiş mükafatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin Məcəllənin 157-ci maddəsinin 6-cı hissəsinə əsasən, mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 158-ci maddəsinin 1-ci hissəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Nizamnamənin 4.1-ci bəndinə əsasən DƏDKR-in idarəetmə orqanı İdarə Heyətidir. 4.9.11-ci bəndinə görə isə, İdarə Heyətinin sədri DƏDKR-in işçilərinin əmək haqlarının, əmək haqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 3-cü bəndinə görə, dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. Əsasnamənin 4-cü bəndinə əsasən dövlət qulluqçularının kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir: dövlət orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; mühüm dövlət tapşırıqlarının dövlət orqanı tərəfindən vaxtında yerinə yetirilməsi; qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar. Əsasnamənin 5-ci bəndinə əsasən xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərindən də göründüyü kimi, mükafat dedikdə əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti nəzərdə tutulur və əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi əsas meyar kimi çıxış edir. Qanunvericilikdə konkret olaraq əlamətdar bayram günlərində və ya əmək müqaviləsində nəzərdə tutulmayan hallarda işçilərin mükafatlandırmasını şərtləndirən hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən müxtəlif həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. Halbuki, iş materiallarından da göründüyü kimi, İddiaçı mübahisələndirdiyi dövr ərzində, yəni, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayına qədər olan dövr ərzində mütəmadi olaraq əmək qabiliyyətinin itirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etmiş və qeyd olunan dövr ərzində əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı “mükafatın verilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar