Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-508/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs2 Ağasəlim oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 25 saylı Notariat Ofisi və Maraqlı şəxs2 Ağasəlim oğlu cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 25 saylı Notariat Ofisi cəlb edilməklə xüsusi icraat qaydasında “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi X6ndan miras qalmış ünvan 1 ünvanında yerləşən bağ sahəsi və bağ evindən ibarət mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi (atasının anası) X6 xx.xx.1984-cü ildə vəfat etmişdir. Atası X3 isə 01,02.2005-ci il tarixdə vəfat etmişdir. Dövlət arxivindən verilmiş arayışda atası X12 təvəllüdü (xx.xx.1922), atası - Mütəllim Nəcəfalı oğlu, anası Durna Tağı qızı kimi göstərilmişdir. X1 adına 27 may 1966-cı ildə müqavilə əsasında Xəzər rayonu, Buzovna qəsəbəsində 6 sot bağ sahəsi və ünvan 2 ünvanında bağ evi alınmışdır. Həmin əmlak alınan gündən atası, o və ailə üzvləri də orada yaşamışlar. Nənəsindən başqa heç kəs həmin ünvanda qeydiyyatda olmamışdır. Həmin yaşayış evinə dair 1992-ci ildə nənəsinin adına texniki pasport tərtib edilərək təsdiq edilmişdir. Həmin bağ sahəsi və bağ evi onun və ailəsinin faktiki sahibliyində olmuşdur. Nənəsinin sağlığında və vəfatından sonra valideynləri ilə birgə orada yaşamış və həmin əmlakı qəbul edərək faktiki sahiblik etmişdir. İndiyə kimi həmin bağ sahəsi və bağ evi onun faktiki istifadəsindədir. Bu yaxınlarda Bakı şəhəri 25 saylı notraiat ofisinə müraciət edərək nənəsi X6ndan miras qalmış əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin həmin notariat ofisi tərəfindən ona imtina verilmişdir, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası, mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Qeyd edir ki, vərəsələr arasında heç bir mübahisə yoxdur. Hal-hazırda miras əmlakı onun qəbul etməyi faktının məhkəmə qaydasında müəyyən olunması zərurəti vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, onlar uşaq olan vaxtdan onların bağları var. Həmin bağı babası 1960-cı illərdə nənəsinin adına alıb və həmin vaxtdan onun adında qalıb. X4 onun atasıdır. X6 nənəsidir – atasının anasıdır. Atası 1922-ci il təvəllüdlüdür. X16 atasının atası, X21 isə atasının anasıdır. Müqavilə atasının anasının, yəni X2 adınadır. Əvvəl necə ki, atası həmin ərazini adına keçirə bilməmişdi, o da həmin ərazini öz adına keçirə bilməmişdir. Sənədsiz evlərin qeydiyyata salınması ilə bağlı prezidentin göstərişi var, lakin bu evlərə aid deyil. 2 il əvvəl o, Asan Əmlak Agentliyinə getmiş, bildirmişlər ki, artıq icazə var. Lakin vərəsəlik müddəti ötdüyünə görə onu notariusa göndərmişlər. Orada isə demişlər ki, məsələni məhkəmə ilə həll edin, sonra gəlin. Buzovna qəsəbəsi, Lermontov küçəsi, döngə 2, ev 8 ünvanında 6 sot bağları var. Bağ 1966-1967-ci illərdə alınan gündən onlardadır. Müqavilə 1965-ci ilə aiddir. Atası həmin sənədi onlar bağı alandan bir neçə il sonra alıb. Texniki pasportdakı sahə ilə hazırki bağın sahəsi uyğundur. Bağın hasarı var, içində də ikimərtəbəli ev var. Bağda telefon, su onun adınadır. Qaz və işıq isə əvvəldən atasının adında qalıb. Onlar ailədə onunla birlikdə üç qardaş, iki bacıdırlar. Bacılarının öz həyətləri, qardaşlarının da öz bağları var. Atası rəhmətə gedəndən sonra orada o qalmışdır. Qardaşları ilə onun arasında müəyyən anlaşılmazlıqlar olduğuna görə onlar imtina barədə ərizəni təqdim etməkdən imtina etmişlər. Atası vəfat edəndən sonra orada özü yaşamışdır. Eldar öz evində yaşayıb. Həyət sənəddə 6 sot qeyd olunsa da, 10 sotdur. Əslində ondan da artıq idi, sadəcə əlavə olaraq hamam, qaraj yeri olmuş, onlar tikilmiş və Eldara verilmişdir, küçə tərəfdəki hissə də həyətə qatılmışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 Ağasəlim oğlu izahatında bildirmişdir ki, bağın Elxan tərəfindən qəbul olunması və uzun müddət onda olması faktı doğru deyil. 30 il, atasının sağlığından bağa o ailəsi ilə birlikdə baxmışdır. Sonra elə vəziyyət yarandı ki, o, qarşısındakı həyəti yoldaşının adına almışdır. Kənd Soveti qeydiyyata almadı, onu işdən çıxardılar. Lakin köhnə sənədlər yoldaşının adınadır. Sonra o, burada ev tikib ora köçmüşdür. Atasının mülkünün 50%-ni o onun üçün tikmişdir. Elxan da ailəsi ilə birlikdə deyir ki, bağı onlar istəyirlər. O, etiraz etməmiş, lakin bildirmişdir ki, o, özü üçün də həyətdə ev tikmək istəyir. Hasar da çəkmişdir. Qardaşı oranı ona vermişdi. Anası sağ olanda ona demişdir ki, Elmanın bağı yoxdu, bağın bir tərəfini də ona verək. Elman balaca qardaşıdır. Ondan böyük qardaşı Elxandır. Qardaşını bağa aparmışdır və anası da demişdir ki, bura sənə qalır. Sonra anası rəhmətə getmişdir. Kiçik qardaşına Elxan və ailəsi hücum etmişlər ki, sən niyə bizim həyətə gəlirsən. Axırda qardaşı ona demişdir ki, mən bacarmıram, anamın buranı mənə verməyinə baxmayaraq, mən sənə bağışlayıram. O, bağı özü yaratmış, özü saxlamışdır. Nənəsi öləndən sonra atası, o və anası birlikdə orada yaşamışlar. Atasının sağlığında o həyətdə ev tikmişdir. İndiki atasının sahəsi atadan uşağa pay hesab olunur. O, da payını istəyir. Atası 2003-cü ildə vəfat edib. Atası vəfat edəndən sonra orada birlikdə yaşamışlar. Kənd Sovetindən aldığı əlavə hissənin sənədi yoxdur. Atasının həyətindən öz payını istəyir. Anası 2013-cü ildə rəhmətə gedib. Anası öləndən sonra Elxangil orada yaşayıb, lakin həyət açıq həyət olub. Sayğaclar atasının adınadır. O, orada atası üçün mülk tikmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat Ofisi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Maraqlı şəxs2 Ağasəlim oğlunun xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Ərizəçi qaldırdığı ərizəsinin rədd olunmasını xahiş edir. İş materiallarında olan 27 may 1966-cı il tarixli X10 və X6 arasında bağlanmış müqaviləyə əsasən X6 X5 ünvan 2 ünvanında 6 sot torpaq sahəsində yerləşən bağ evini almışdır. İş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat Ofisinin Ərizəçi ünvanladığı 05 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. Bildirilir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.Həmçinin Mülki Məcəllənin 1248-ci maddəsində deyilir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Göstərilənlərlə əlaqədar mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası, mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət oluna bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi və maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 Ağasəlim oğlunun məhkəmədə verdiyi izahatlardan görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi – miras əmlakın qəbul edilməsi faktı ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 185, 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 25 saylı Notariat Ofisi və Maraqlı şəxs2 Ağasəlim oğlu cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-508/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-508/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver