Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5106/2021 13.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 29,8 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 04.05.2012-ci il tarixli, 3871 nömrəli icarə müqaviləsi ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, Cavabdeh 31.05.2021-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 1898 (min səkkiz yüz doxsan səkkiz) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06.09.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 29,8 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 04.05.2012- ci il tarixli, 3871 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 31.05.2021-ci il tarixinə 1898 (min səkkiz yüz doxsan səkkiz) manat icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur.Cavabdehə 08.05.2021ci il tarixli, **********88 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29.09.2021-ci il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcmini artırmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 29,8 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 04.05.2012-ci il tarixli, 3871 nömrəli icarə müqaviləsi ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, Cavabdeh 30.09.2021-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 2158 (iki min yüz əlli səkkiz) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 3871 saylı, 04 may 2012-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, “İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 04.05.2012-ci il tarixli, 137 saylı Sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29.8 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfat Departamenti, Yasamal rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədi ilə “icarəçi” Cavabdeh 1 m2 sahəsinin illik icarə haqqı 5 manat olmaqla ümumi sahə üçün illlik 521.5 manat icarə haqqı ödənilməsi şərti ilə icarəyə verilmişdir. İcarə müqavilsinin müddəti 04.05.2012-ci ildən 04.11.2012-ci ilədək müəyyən edilmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, icra müddəti ərzində icra haqqını cari ayın 10-dək ödəmək vəzifəsi daşıyır. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən icarə müqaviləsinə xitam verildikdən sonra “İcarəçi” icarəsində olan əmlakı “İcarəverənə” qaytarmağa bocludur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maliyyə, İqtisadi Proqnozlaşdırma və X2 28.09.2021-ci il tarixli Şəxsi hesab vərəqindən müəyyən olunur ki, icarəçi Cavabdeh 09.05.2012-ci il tarixdən 09.09.2021-ci il tarixinədək müvafiq aylar üzrə ödənişlər etmiş, ən sonuncu ödənişi 19.02.2020-ci il tarixdə 50 manat olmuşdur və ümumilikdə 30.09.2021-ci il tarixinə mövcud 2157,9 manat məbləğində icarə haqqı üzrə borcu vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08.05.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq olunmuş, əks halda müqavilənin ləğvi və icarə haqqının tutulması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl etməmiş, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı vaxtlı-vaxtında ödənilməmişdir. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, borclu tərəfindən “İcarə haqqında” Azərbaycan Qanununun 7-ci maddəsinin və icarə müqaviləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qanunvericiliyin sadalanan müddəalarından və tərəflər arasında bağlanılmış 3871 saylı, 04 may 2012-ci il tarixli icarə müqaviləsinin şərtlərindən çıxış etməklə məhkəmə hesab edir ki, icarə haqqı üzrə yaranmış borc cavabdehdən tutulmalıdır. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 3871 saylı, 04 may 2012-ci il tarixli icarə müqaviləsinin 8.1-ci maddəsinə əsasən icarə haqqı iki dəfə ardıcıl müddət üçün ödənilmədikdə bu, “İcarəçinin” müqavilənin icrasından birətəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər” Azərbayc Respublikası İcarə haqqında Qanunun 13-cü maddəsinə əsasən Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Məhkəmə müəyyən edir ki, cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü vəzifəsini lazımınca yerinə yetirməmiş, icarə haqqını vaxtlı-vaxtında ödəməmiş, rəsmi qaydada borcun ödənilməsi barədə ona müraciət olunsa da icarə haqqını ödəməkdən yayınmışdır. Bundan əlavə cavabdeh icarə müqaviləsi üzrə ödənişləri iki dəfədən artıq müddət üçün ödəmədiyindən icarə müqaviləsinin 8.1-ci maddəsini əsas götürərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 29,8 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 04.05.2012-ci il tarixli, 3871 nömrəli icarə müqaviləsi ləğv edilməlidir. Həmin müqavilə üzrə Cavabdeh 30.09.2021-ci il tarixinə mövcud olan ödənilməmiş icarə haqqı borcu üzrə 2158 (iki min yüz əlli səkkiz) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulmalı və ünvan 1 ünvanında yerləşən 29,8 kv.m. qeyriyaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 29,8 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 04.05.2012-ci il tarixli, 3871 nömrəli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh 2158 (iki min yüz əlli səkkiz) manat məbləğində icarə haqqı iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. ünvan 1 ünvanında yerləşən 29,8 kv.m. qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5106/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5106/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver